Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1568/2023 03.07.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi “sənədin şəxsə məxsus olması faktın müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax Ərazi İdarəsini maraqlı şəxs qismində qeyd etməklə, ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Yevlax rayon Aqrar İslahat Komissiyasının 04 iyul 1998-ci il tarixli, 33 saylı qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair JN-590 Kod-90100028 nömrəli dövlət aktının Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının 04 iyul 1998-ci il tarixli, 33 saylı qərarı ilə Ərizəçi torpağın mülkiyyət verilməsinə dair JN-590 Kod-90100028 nömrəli dövlət aktına əsasən ümumilikdə 0.40 hektar kənd təsərrüfatı məhsulların istihsalı üçün həyatının torpaq sahəsi verilmişdir. Sözü gedən torpaq sahəsində dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsinə dair Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. Lakin Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə tədim etdiyi sənədləri araşdırılarkən müəyyən olunmuşdur ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının 04 iyul 1998-ci il tarixli, 33 saylı qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair JN-590 kod 90100028 nömrəli dövlət aktında səhvən, Ərizəçi əvəzinə X1 qeyd olunmuşdur. Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə təqdim etdiyi dövlət aktında, göstərilə ad Ərizəçi şəxsiyyətini təstiq edən sənəddəki adı ilə uyğun gəlmədiyi müəyyən olunmuşdur. Bununla əlaqədar Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə 04 iyul 1998-ci tarixli 33 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında Ərizəçi şəxsiyyətini təstiq edən sənəddəki adı ilə uyğun gəlmədiyini və həmin sənəddə olan səhvi düzəldilməsi xahiş edilmişdir. Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi xx.xx.2023-cü il tarixli məktubu ilə torpağın mülkiyyət hüququna dair dövlət aktında olan yanlışlığı düzəldilməsi və yeni sənədin verilməsi üçün Ərazi İdarəsinin səlahiyyətində aid olunmadığı bildirməklə, bundan imtina edilmidir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçlərinin, habelə şahidlərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Ərizəçi məxsus xx.xx.1965-ci il tarixdə verilmiş A3 №-li ******* doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1965-ci il tarixdə Yevlax şəhərində anadan olmuşdur; atası-X10, anası-X3r. Ərizəçi məxsus xx.xx.2010-cu il tarixdə verilmiş 12 09.299117 №-li pasportun surətindən ərizəçinin soyadı “Muxtarov”, adı “Qabil”, atasının adı “Səlim”, doğulduğu yer “Yevlax rayonu”, doğulduğu tarix isə “xx.xx.1965”, göstərilmişdir. JN-590 KOD 90100028 №-li “torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, X4 Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 33 saylı qərarı ilə Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı üçün 0,40 ha torpaq sahəsi verilmişdir. DƏDRX-in 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-590 KOD 90100028 №-li torpağın mülkiyyət hüququna dair dövlət aktında hər hansı bir düzəlişin və ya dəyişikliyin edilməsi DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid deyildir. Yevlax rayonu Qoyunbinəsi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 189 saylı, xx.xx.2023-cü il tarixrli arayışdan görünür ki, Nümayəndə həqiqətən də mərhum X2 övladları vardır X11 (vəfat etmiş), X5, X17 (vəfat etmiş) X12 (vəfat etmiş), X13, X6, X14, X7, Ərizəçi, Nümayəndə və anası X15 (vəfat etmiş) qeyd X2 və X9 adlı övladı yoxdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X8 və X16 ifadələrində bildirmişdir ki, ərizəçi onların həmkəndlisidir. Ərizəçinin adı “Qabil” olduğunu bildirmişdirlər. Qeyd olunanlara əsasən müəyyən edilir ki, ərizəçilərin, JN-590 KOD 90100028 №-li “torpağa mülkiyyət hüququna dair şəhadətnamə”də göstərilmiş ərizəçinin “adı” ilə doğum haqqında şəhadətnaməsində göstərilən “adı” ilə düz gəlmir, şəhadətnaməsində “Ərizəçi Səlım oğlu” əvəzinə “X9” yazılmışdır. Məhkəmə, mövcud mübahisəninin həlli ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Qeyd olunan prosessual hüquq normalarının tələblərindən çıxış edən məhkəmə hesab edir ki, JN-590 KOD 90100028 №-li “torpağa mülkiyyət hüququna” dair dövlət aktında göstərilən “X9” Ərizəçi məxsus olan A3-İ seriyalı, ******* №-li doğum haqqında şəhadətnamədə göstərilən ilə eyni şəxsdir, ərizəçin həmin dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsini tələb etməkdə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-590 KOD 90100028 №-li “torpağa mülkiyyət hüququna” dair dövlət aktında göstərilən “X9” Ərizəçi məxsus olan A3-İ seriyalı, ******* №-li doğum haqqında şəhadətnamədə göstərilən ilə eyni şəxs olması, həmin dövlət aktının ona məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1568/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1568/2023
03.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver