Məhkəmə qərarları › İş №2(039)-1573/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1573/2023

14.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1573/2023 14.06.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı «faktın müəyyən edilməsi» haqqında mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı «faktın müəyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, JN-031F kod 90103028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsinin, JN-0040 kod 90103028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının ona və mərhum anası X4 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izah etdi ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının 20 dekabr 1997-ci il tarixli 20 saylı qərarı ilə ona və mərhum anasına Yevlax rayonu, Əcəmi kəndi ərazisində 0.10 hektar həyətyanı və 0.74 hektar kənd təsərrüfatı məhsulları üçün nəzərdə tutulmuş torpaq sahəsi verilmişdir. Torpaq şəhadətnaməsində və dövlət aktında onun adı səhv olaraq Fəzail kimi, mərhum anasının adı isə səhvən Zenfira kimi qeyd edilmişdir. Hazırda Yevlax rayonu, Əcəmi kəndində yerləşən torpaq sahəsinə dair Dövlət Reyestrindən çıxarışın alınması tələbi ilə DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin torpağa mülkiyyətə hüququna dair Dövlət aktında olan uyğunsuzluqla bağlı ərizənin icrasının mümkün olmadığı barədə ona bildiriş göndərilmişdir. Qeyd edilən faktın başqa formada bərpası mümkün olmadığından ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxsın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsın Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsindən verilmiş 08 may 2023-cü il tarixli, **********83 saylı məktubdan görünür ki, Ərizəçi şəhadətnamədə və dövlət aktında düzəlişin edilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən torpağın mülkiyyətə verilməsinə dair JN-031F KOD 90103028 saylı şəhadətnamədən məlum olur ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının 20 dekabr 1997-ci il tarixli 20 saylı qərarı ilə X5 və X11 0.10 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən torpağa mülkiyyət hüququna dair JN-0040 KOD 90103028 saylı dövlət aktından məlum olur ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının 20 dekabr 1997-ci il tarixli 20 saylı qərarı ilə X6 və X7 0.74 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 05 sentyabr 1978-ci il tarixli V-JQ 438550 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, Ərizəçi 27 avqust 1978-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 19 noyabr 2012-ci il tarixli Az-l 565587 saylı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X8 17 noyabr 2012-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nın Salamabad kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyinin 16 may 2023-cü il tarixli 234 saylı arayışından məlum olur ki, JN-031F, kod 90103023 torpağa mülkiyyət verilməsinə dair şəhadətnamədə Fəzali, səhvən Fazil kimi və X3 adı səhvən X1 yazılmışdır. JN-0040, kod 90103023 torpağa dair Dövlət aktında Fəzali, səhvən Fəzail kimi və mərhum X3 adı səhvən X2 yazılmışdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 305.1 və 305.1.1-ci maddələrinin tələbinə görə məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.1 və 307.2.11-ci maddələrinin tələbinə görə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları məhkəmə həmin şəxsə məxsus olması faktını müəyyən edir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının Qanununun 9 və 10-cu maddələrinə və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il tarixli 534 №-li Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Məhkəmə iclasında təkzib edilməz sübutlarla müəyyən edilir ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının 20 dekabr 1997-ci il tarixli, 20 saylı qərarı əsasında ərizəçiyə və onun anasına 0.10 hektar həyətyanı və 0.74 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Torpağa mülkiyyət hüququna dair JN-031F KOD 90103023 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə və JN-0040 KOD 90103023 saylı dövlət aktında texniki səhvə yol verilmiş Ərizəçi adı Fəzail kimi, anasının adı isə Zenfira kimi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və ailə üzvlərinin adına verilmiş Yevlax rayon Aqrar İslahat Komissiyası tərəfindən tərtib edilmiş JN-031F KOD 90103023 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və JN-0040 KOD 90103023 saylı dövlət aktının 27 avqust 1978-ci il tarixdə anadan olmuş, Yevlax rayonu, Əcəmi kəndində qeydiyyatda olan Ərizəçi və 17 noyabr 2012-ci il tarixdə vəfat etmiş X4 məxsusluğu faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 312-316 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi və ailə üzvlərinin adına verilmiş Yevlax rayon Aqrar İslahat Komissiyası tərəfindən tərtib edilmiş JNJN-031F KOD 90103023 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və JN-0040 KOD 90103023 saylı dövlət aktının 27 avqust 1978-ci il tarixdə anadan olmuş, Yevlax rayonu, Əcəmi kəndində qeydiyyatda olan Ərizəçi və 17 noyabr 2012-ci il tarixdə vəfat etmiş X4 məxsusluğu faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Yevlax Rayon Məhkəməsi vasitəsilə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar