Məhkəmə qərarları › İş №2(039)-1595/2022

Yevlax Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(039)-1595/2022

22.09.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1595/2022 22.09.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı1 iştirakı ilə, İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mirasda payların müəyyən edilməsi» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mirasda payların müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X3 miras qalmış Yevlax şəhəri, Saleh Musayev küçəsi 18 ünvanında yerləşən fərdi yaşayış evinə (tam) və həyətyanı torpaq sahəsinin 1/5 hissəsinə münasibətdə hər iki iddiaçının (İddiaçı1 və İddiaçı2 nəzərdə tutulur) mirasdan paylarının müəyyən edilməsi; X1 miras qalmış Yevlax şəhəri, Saleh Musayev küçəsi 18 ünvanında yerləşən həyətyanı torpaq sahəsinin 1/5 hissəsinə münasibətdə birinci iddiaçının (İddiaçı1 nəzərdə tutulur) mirasdan payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı2 məhkəməyə ərizə ünvanlayaraq, iddianın ona aid hissəsinə baxılmasını istəmədiyini bildirmişdir. İddianın ona aid hissədə baxılmamış saxlanılmasını xahiş etmişdir. İddiaçı1 məhkəməyə ərizə ünvanlayaraq, Yevlax şəhəri, Saleh Musayev küçəsi 18 ünvanında yerləşən X4 miras qalmış 1/5 torpaq sahəsində onun, X2nun, Cavabdeh1 və Cavabdeh2 hər birinin 1/4 hissədə paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 iddia tələbini müdafiə edərək izah etdi ki, mərhum X8 onun oğlu idi. Valeh 12 avqust 2016-cı il tarixdə vəfat etmişdir. X2 isə həyat yoldaşı olmuşdur. Sabir 01 yanvar 2018-ci il tarixdə vəfat etmişdir. Onların Yevlax şəhəri, Saleh Musayev küçəsi 18 ünvanında yerləşən birgə torpaq sahələri vardır. Həmin torpaq sahəsində Valehin 1/5 hissədə payı var. Ailə üzvləri ilə daima həmin ünvanda yaşayırlar. Ölən günə Vaheh subay olmuşdur. Dörd nəfər birinci növbə vərəsəsi olmuş, o, mərhum əri və iki övladı. Hazırda hər birinin 1/4 hissədə payının müəyyən edilməsini istəyir. İddiaçı1 məhkəməyə ərizə təqdim edərək iş üzrə cavabdehlər məhkəmə iclasına gəlmədiyindən işə qiyabi icraat qaydasında baxılmaqla qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Qanuni nümayəndə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasi MPM-nin 238.1-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 29 aprel 2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan məlum olur ki, Yevlax şəhəri, Saleh Musayev küçəsi 18 ünvanında yerləşən X5 yaşayış evi tam, torpaq sahəsi 1/5 hissədə, İddiaçı1 torpaq sahəsi 1/5 hissədə, X6 torpaq sahəsi 1/5 hissədə, Qanuni nümayəndə torpaq sahəsi 1/5 hissədə, Cavabdeh1 torpaq sahəsi 1/5 hissədə payı vardır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Notariat ofisinin 26 may 2022-ci il tarixli 319 saylı məktubundan məlum olur ki, İddiaçı1 mirasın qəbulu ilə bağlı məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsinin 06 may 2022-ci il tarixli 1185 saylı arayışından məlum olur ki, 10 yanvar 1940-cı il tarixdə Bərdə rayonu Güloğlular kəndində anadan olan və Yevlax şhəri, S.Musayev küçəsi m. 18-də qeydiyyatda olmuş X2 və ailə üzvlərinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama 06 may 2022-ci ilədək aparılmış və ailə tərkibi barədə aşağıdakı məlumatlar aşkar edilmişdir: həyat yoldaşı İddiaçı1 xx.xx.1946, qızı X7 xx.xx.1974, oğlu İddiaçı2 xx.xx.1975, oğlu X8 xx.xx.1971 (vəfat edib), oğlu X10 xx.xx.1970 (vəfat edib). İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nın Yevlax şəhər 1 nömrəli sahə inzibati dairəsi üzrə nümayəndəliyinin 10 may 2021-ci il tarixli 2241 saylı arayışından məlum olur ki, X2 vəfat edənədək Yevlax şhəri, S.Musayev küçəsi 18 saylı evdə qeydiyyatda olub və yaşamışdır. Ölümündən sonra onun aşağdakı vərəsələri qalmşdır: arvadı İddiaçı1, oğlu İddiaçı2, qızı X7. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsinin 06 may 2022-ci il tarixli 1185 saylı arayışından məlum olur ki, X2 adına Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 27 fevral 2018-ci il tarixli 87 nömrəli ölüm haqqında akt qeydi tərtib olunmuşdur. Ölüm haqqında akt qeydində sonuncu yaşayış yeri Yevlax şəhəri, S.Musayev küçəsi m.18 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsinin 06 may 2022-ci il tarixli 1184 saylı arayışından məlum olur ki, mərhum X8 adına Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 06 sentyabr 2016-cı il tarixli 285 nömrəli ölüm haqqında akt qeydi tərtib olunmuşdur. Ölüm haqqında akt qeydində sonuncu yaşayış yeri Yevlax şəhəri, S.Musayev küçəsi m.18 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nın Yevlax şəhər 1 nömrəli sahə inzibati dairəsi üzrə nümayəndəliyinin 10 may 2021-ci il tarixli 2239 saylı arayışından məlum olur ki, mərhum X8 vəfat edənədək Yevlax şhəri, S.Musayev küçəsi 18 saylı evdə qeydiyyatda olub və yaşamışdır. Ölümündən sonra onun aşağdakı vərəsələri qalmşdır: anası İddiaçı1, oğlu Cavabdeh1, qızı Cavabdeh2, mərhumun digər vərəsəsi atası X9 vəfat etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsinin 06 may 2022-ci il tarixli 1184 saylı arayışından məlum olur ki, 22 sentyabr 1971-ci il tarixdə Yevlax şəhərində anadan olan və Yevlax şhəri, S.Musayev küçəsi m. 18-də qeydiyyatda olmuş mərhum X8 və ailə üzvlərinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama 06 may 2022-ci ilədək aparılmış və ailə tərkibi barədə aşağıdakı məlumatlar aşkar edilmişdir: oğlu Cavabdeh1 xx.xx.2004, qızı Cavabdeh2 xx.xx.2005. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nın Yevlax şəhər 1 nömrəli sahə inzibati dairəsi üzrə nümayəndəliyinin 10 may 2021-ci il tarixli 2240 saylı arayışından məlum olur ki, mərhum X8 vəfat edənədək Yevlax şhəri, S.Musayev küçəsi 18 saylı evdə qeydiyyatda olub və yaşamışdır. Ölümündən sonra onunla birgə yaşamış aşağıdakı ailə üzvləri qalmışdır: anası İddiaçı1, mərhumun digər varisi atası X9 vəfat etmişdir. Beləliklə məhkəmədə müəyyən edildi ki, X8 12 avqust 2016-cı il tarixdə vəfat etmişdir. X4 0.0503 ha torpaq sahəsinin 1/5 hissəsi hissəsi miras qalmışdır. Miras qoyanın 4 nəfər birinci növbə vərəsələri vardır və hər biri miras əmlakı qəbul edərək yiyələnmişlər. İddiaçı məhkəməyə müraciət edərək, hər birinin 1/4 hissədə mirasda paylarının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara qərəzsiz, obyektiv hüququ qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Yevlax şəhəri, Saleh Musayev küçəsi 18 ünvanında yerləşən X4 miras qalmış 1/5 torpaq sahəsində İddiaçı1, X2nun, Cavabdeh1 və Cavabdeh2 hər birinin 1/4 hissədə payları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsindən məlum olur ki, Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2-ci maddəsindən məlum olur ki, Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsindən məlum olur ki, Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsindən məlum olur ki, ölənin uşaqları birinci növbə vərəsədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras vərəsəlik açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 213, 240-245-ci maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. Yevlax şəhəri, Saleh Musayev küçəsi 18 ünvanında yerləşən X4 miras qalmış 1/5 torpaq sahəsində İddiaçı1, X2nun, Cavabdeh1 və Cavabdeh2 hər birinin 1/4 hissədə payları müəyyən edilsin. Qiyabi qətnamədən 10 (on) gün müddətində qətnamənin ləğvi üçün Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar