Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1607/2021 19.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 və vəkili X1, cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi tələbi haqqında” iddiasına dair mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdeh Birlik tərəfindən ona əsassız olaraq hesablanmış 324 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Yevlax şəhəri H.Aslanov küçəsi ev 39 ünvanda yaşayır. Hamı kimi onun da mənzili təbii qazdan istifadə etməyə görə dövlət tərəfindən sayğacla təmin edilmişdir. Həmin sayğac onun həyətində yox, əhalinin ümumi istifadəsində olan küçədə hasarına vurulmuşdur. İstifadə etdiyi qazın ödənişini vaxtında və zamanında ödəmişdir. Onun üzərinə əsasız olaraq 2010-cu il tarixdən bəri yüksək məbləğdə borc yazılıb. 2011-ci ildə 136 manat, 2012-ci ildə 186 manat, 2013-cü ildə 294 manat, 2014-cü ildə 311 manat, 2015-ci ildə 324 manat, 2016-ci ildə 324 manat, 2017-ci ildə 324 manat olmaqla hər il borc məbləği hesablanmışdır. Hazırda üzərində 529 manat borcu qaldığı bildirilir. Həmin məbləğin 324 manatı köhnə illərin borcu olaraq yığılıb qalıb. Bu səbəbdən 2017-ci ilədək olan 324 manat məbləğində borcun üzərində silinməsini istəyir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Birliyin nümayəndəsi İ.Xəlilov məhkəmə iclasında iştirak edərək bildirmişdir ki, mübahisələndirilən borc məbləğinin hazırkı iddiaçıdan tutularaq “Azəriqaz” İB-yə ödənilməsi qət edilmişdir. Birlik tərəfindən tələb etmə müddəti ötürülməmiş və bu barədə artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. İddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iş üzrə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Birlik tərəfindən tərtib edilmiş İddiaçı məxsus “Abonentin saldosundan” görünür ki, abonentin 2010-2017-ci illər üçün istifadə etdiyi qaz sərfiyyatına görə borcu 324,80 manat təşkil edir. İş materiallarında olan Yevlax Rayon Məhkəməsinin 2(039)-1643/2019 saylı iş üzrə çıxartdığı 01.08.2019-cu il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı təbii qazdan istifadəyə görə yaranmış 324,80 manat borcun tutularaq “Azəriqaz” İstehsalat Birliyinə hesabına ödənilməsi qət edilmişdir. Qeyd olunan Qətnamə ilə abonent İddiaçı istifadə etdiyi təbii qaza görə Birliyə 324,80 manat borcunun yarandığı və həmin borc məbləğinin İddiaçı tutularaq Birliyin hesabına ödənilməsi müəyyən olunur. Qətnamədən apellyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü tələb əsassızdır və təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi tələbi haqqında” iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1607/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1607/2021
19.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver