Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1622/2022 24.11.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə aralarında 11 yanvar 2022-ci i tarixdə Bərdə regional “ASAN” xidmət mərkəzi qeydiyyat şöbəsində 66 sayla qeydiyyata alınmış nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin haları: İddia tələbi belə əsaslandırılmışdır ki, o, cavabdehlə faktiki evlənərək ailə həyatı qurmuşdur. Daha sonra 11 yanvar 2022-ci il tarixdə Bərdə regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 66 sayla rəsmi nikah qeydindən keçmişlər. Birgə nikahdan övladları dünyaya gəlməmişdir. Cavabdehlə evləndiyi ilk günlərdə mehriban olsalar da, sonradan münasibətləri soyuqluq yaranmağa başlamışıdır. Dəfələrlə ailəninin dağılmaması üçün təşəbbüslər göstərsə də, lakin heç bir nəticəsi olmamışdır, övladlarının olmaması isə bu problemi daha da kəskinləşdirmişdir. Daha sonra aralarındakı mübahisənin qeydiyyat şöbəsində və mediasiya qurumu (mediator) vasitəsi ilə həllinə, bu mübahisənin orda bitməsinə çalışsa da, cavabdeh bunlardan da yayınmışdır.. Tərəflərin izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqramla müraciət edərək işə iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, iclasa gəlməmiş, bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinin tələblərinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutlar: Təqdim edilmiş şəhadətnamə ilə təsdiq olunur ki, İddiaçı ilə Cavabdeh nikahları 05 fevral 2022-ci il tarixdə 11 yanvar 2022-ci i tarixdə Bərdə regional “ASAN” xidmət mərkəzi qeydiyyat şöbəsində 66 nömrə ilə qeydə alınmışdır. Hüquqi məsələlər: Ailə Məcəlləsi: Maddə 20.2. Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Maddə 36.9. nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, verilmiş müddət ərzində barışığın olmadığını və iddiaçının nikahın pozulmasında təkid etdiyini nəzərə alaraq hesab edir ki, nikah pozulmalıdır. Bundan başqa tərəflərə izah edilməlidir ki, nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Məhkəmə xərclərinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh edilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı Cəbrayılova (Həsənzadə) Səidə İslam qızı ilə Cavabdeh arasında bağlanmış nikah pozulsun. (11 yanvar 2022-ci i tarixdə Bərdə regional “ASAN” xidmət mərkəzi qeydiyyat şöbəsində 66 nömrə ilə qeydə alınmışdır). Cavabdeh 50 manat ödənilmiş dövlət rüsumunun əvəzi, 50 manat mediasiya üçün ödənilmiş məbləğin əvəzi, cəmi 100 (bir yüz) manat İddiaçı xeyrinə tutulsun. Boşanma haqqında şəhadətnamə verilərkən Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu alınsın, İddiaçı həmin xərcdən azad edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1622/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1622/2022
24.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver