Məhkəmə qərarları › İş №2(039)-1636/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1636/2024

07.10.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1636/2024 07.10.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Cavid Faiq oğlunun katibliyi, Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” barədə ərizəsi üzrə işə məhkəmə iclаsındа bахаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Yevlax şəhəri İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasını qeyd etməklə “şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəmə iclasında ərizəsini müdafiə edərək bildirdi ki, onun oğlu xx.xx.2006-cı il təvəllüdlü X3 anadan gəlmə kvadroplegi spastik serebral iflic, kvadroplegik spastik serebal iflici, tetraplegik forma, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır kəmağıllıq diaqnozu ilə müddətsiz olaraq əmək qabiliyətini itirməklə 1-ci qurub əlildir. Uşaq artıq 19 yaşına keçsədə nə özünü idarə edə bilmir, nədə öz hüquqlarını həyata keçirməyə və müdafiə etməyə qadir deyildir. X4 onda olan ciddi xəstəlik və psixi qüsurlar səbəbindən yataq vəziyyətindədir. Onun müstəqli şəkildə özünü idarə etmək qabliyyəti vardır, nədə fiziki gücü vardır. Uşaq anadan olduğu gündən bu vəziyyətdədir. O, birinci qurub əlilik təyin etmişdir. Onun fəaliyyət qabliyyəti olmayan hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş maraqlı şəxs Yevlax Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Ərizəçi1 Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, üzürlü səbəbdən xx.xx.2024-cü il tarixə saat 10:20-ə təyin olunmuş məhkəmə prosesində iştirak edə bilməyəcəyini və onun iştirakı olmadan işə baxılmasını və tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi2 ərizəyə uyğun izahat verərək, məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X1 atası X2, anası Ərizəçi1dır. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Ərizəçi2 nəvəsi Ümid Abdullazadənin üzərində qəyyum təyin edilə bilinmədiyi üçün onun fəaliyyət qabliyyəti olmayan hesab edilməsi ilə əlaqədar aidiyyəti məhkəməyə müraciət etməyini tövsiyə edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair xx.xx.2023-cü il tarixli məlumatından görünür ki, X1 əlili və ya sağlamlıq imkanları məhdudluğu və kənar şəxsin qulluğuna ehtiyacı var. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 568 №li məhkəmə psixiatrik ekspertiza rəyindən görünür ki, X3 yüngül dərəcəli kəmağıllıq (ifadə olunmuş debillik səviyyəsində) uşaq serebral iflicinin davamlı qalıq əlamətləri ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10-cu baxış) F70.1 xəstəliyi keçirilməsi səbəbindən o, öz hərəkətlərinin mənasını tam başa düşmək və ya öz hərəkətlərinə tam rəhbərlik etmək iqtidarında deyildir. X3 hal-hazırda fəaliyyət qabliyyət olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 318.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə iclası zamanı xx.xx.2006-cı il təvəllüdlü X3 öz psixi qüsurları nəticəsində öz hərəkətlərinin mənasını anlaya və hərəkətlərini idarə edə bilməməsi işdə olan sənədlərlə və məhkəmə psixiatrik-ekspertizasının rəyi ilə tam təsdiq olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizəsi təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar