Məhkəmə qərarları › İş №2(039)-1637/2023

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1637/2023

24.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1637/2023 24.05.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlu İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı «torpaq islahatı zamanı Ağdaş rayon Aqrar İslahat Komissiyasının 20 avqust 1998-ci il tarixli 16 nömrəli qərarı ilə Ağdaş rayonunun Əmirarx kəndi ərazisində yerləşən 0.3426 hektar həyətyanı və 0.55 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı və X1 ümumi birgə mülkiyyətinə verilməsi hüquq əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı «torpaq islahatı zamanı Ağdaş rayon Aqrar İslahat Komissiyasının 20 avqust 1998-ci il tarixli 16 nömrəli qərarı ilə Ağdaş rayonunun Əmirarx kəndi ərazisində yerləşən 0.3426 hektar həyətyanı və 0.55 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı və X1 ümumi birgə mülkiyyətinə verilməsi hüquq əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdaş rayonunun Əmirarx kəndi ərazisində yerləşən 0.3426 hektar həyətyanı torpaq sahəsini X1 və X2 ümumi birgə mülkiyyətində olmasına dair ********** qeydiyyat nömrəli, 04 iyun 2015-ci il qeydiyyat tarixli seriya RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin kənd ərazisində 0.55 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X1 və X2 ümumi birgə mülkiyyətinə verilməsinə dair JN-116 (kod ********) torpağa mülkiyyət hüququna dair Dövlət aktının X3 və X4 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 149cu maddəsi ilə müəyyən olunmuş forma və məzmuna riayət edilmədən tərtib edildiyindən, geri qaytarılmalıdır. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəsi Şəki İnzibati Məhkəməsinə verilməli olduğu halda, aidiyyət qaydalarının pozulması ilə Yevlax Rayon Məhkəməsinə verilmişdir. Azərbaycan Respublikası MPM-in 152.1, 152.1.3-cü maddələrinin tələbinə görə iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki prosessual qanunvericilik mülki işlərə baxılmasının aidiyyət qaydalarını müəyyən edərkən məhkəmə aidiyyətinin ərazi və növ aidiyyətini fərqləndirir. Ərazi aidiyyətinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdeh olan fiziki şəxsin rəsmi qeydə alındığı və hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə verilir (MPM-nin 35-ci maddəsi). Növ aidiyyəti isə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməsinə aidiyyətini nəzərdə tutur və işdə iştirak edən şəxslərin subyekt tərkibi (işdə iştirak edən şəxsin fiziki və ya hüquqi və ya qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu olan fiziki şəxs olması), yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. Ona görə də, iddia ərizəsi məhkəməyə verilərkən yalnız ərazi aidiyyəti deyil, ümumiyyətlə aidiyyət qaydaları pozulmuşsa, iddia ərizəsi şərh olunan əsaslarla geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 2.2.2, 2.2.4, 2.2.5ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia). Göründüyü kimi, hazırki iddia ərizəsi inzibati məhkəmənin səlahiyyətlərinə aid edilən iş üzrədir. Məhkəmə sadalanan qanun normalarına əsasən hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı «torpaq islahatı zamanı Ağdaş rayon Aqrar İslahat Komissiyasının 20 avqust 1998-ci il tarixli 16 nömrəli qərarı ilə Ağdaş rayonunun Əmirarx kəndi ərazisində yerləşən 0.3426 hektar həyətyanı və 0.55 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı və X1 ümumi birgə mülkiyyətinə verilməsi hüquq əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ümumi məhkəmədə baxılmalı olmadığından aidiyyət qaydalarına riayət etməklə, inzibati məhkəməsinə aid olduğundan, ərizəçiyə qaytarılmalıdır. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 31-ci maddəsinə əsasən aidiyyət qaydalarına pozulmasına yol verilmir. İddia ərizəsindən görünür ki, torpaq islahatı zamanı X6 Komissiyası tərəfindən torpaq almaq hüququ olan subyektlərin siyahısı tərtib olunarkən orada qeydiyyatda olaraq yaşadıqlarında görə qeyd edilən həyətyanı torpaq sahəsi bələdiyyə üzvlərinin və sədrinin yekdil qərarına görə əslində anası ilə ona verilmiş, lakin texniki səhv ucbatından torpağın sənədində onun yox, buna heç bir haqqı olmayan qardaşı Əliyev Aydınını adı düşmüşdür. Əslində bu sənədə İddiaçı adı qeyd olunmalı idi. Mübahisə texniki səhv nəticəsində olmuşdur. Yəni əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılması halda əmələ gəlməmişdir. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı «torpaq islahatı zamanı Ağdaş rayon Aqrar İslahat Komissiyasının 20 avqust 1998-ci il tarixli 16 nömrəli qərarı ilə Ağdaş rayonunun Əmirarx kəndi ərazisində yerləşən 0.3426 hektar həyətyanı və 0.55 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı və X1 ümumi birgə mülkiyyətinə verilməsi hüquq əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 26, 152.1, 152.1.3, 152.2, 152.3, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı «torpaq islahatı zamanı Ağdaş rayon Aqrar İslahat Komissiyasının 20 avqust 1998-ci il tarixli 16 nömrəli qərarı ilə Ağdaş rayonunun Əmirarx kəndi ərazisində yerləşən 0.3426 hektar həyətyanı və 0.55 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı və X1 ümumi birgə mülkiyyətinə verilməsi hüquq əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edə bilər. Qərardaddan 10 gün müddətinə Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar