Məhkəmə qərarları › İş №2(039)-1684/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1684/2022

09.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1684/2022 09.08.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Ərizəçilər Ərizəçi4 və Ərizəçi1 nümayəndəsi X7, ərizəçilər Ərizəçi2 və Ərizəçi3 nümayəndəsi X2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4, maraqlı şəxs olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsini qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək JN-015A KOD 90104048 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamənin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarımasını xahiş etmişdir. İşin halları: Ərizə belə əsaslandırılmışdır ki, 1-ci ərizəçi olaraq soyadı Qocayeva, adı Gülnar, atasının adı Nazim, 2-ci ərizəçi olaraq soyadı Qocayeva, adı Pakizə, atasının adı Nazim, 3-cü ərizəçi olaraq soyadı Qocalı, adı Afiq, atasının adı Nazim və 4-cü ərizəçi olaraq soyadı Qocalı, adı Qoca və atasının adı Nazimdir. Bu onlara məxsus olan doğum haqqında şəhadətnamələrində və şəxsiyyət vəsiqələrində də qeyd olunmuşdur. Lakin həyətyanı torpaq sahəsi üçün verilmiş JN-015A KOD 90104048 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamədə 1-ci ərizəçi olaraq soyadı səhvən Məmmədova, 2-ci ərizəçi olaraq soyadı səhvən Məmmədova, 3-cü ərizəçi olaraq soyadı səhvən Məmmədov və 4-cü ərizəçi olaraq soyadı səhvən Məmmədov yazıldığına görə müəyyən mülki hüquqlarını həyata keçirə bilmirlər. JN-015A KOD 90104048 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamədə soyadlarında getmiş səhvlərin düzəldilməsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişlər, tələbləri təmin edilməmiş və məhkəməyə müraciət etmələri bildirmişlər. Tərəflərin izahatları: Ərizəçilərin nümayəndələr Nazim Məmmədov və Şərqiyyə Məmmədova iclas zamanı ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişlər. Maraqlı şəxs DƏDRX 17 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də, nümayəndəsinin iclasda iştirakını təmin etməmiş, bunun səbəbi barədə məlumat verməmişdir. Sübutlar: X1 bildirmişdir ki, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 onun qonşularıdır. Yevlax rayonu, Cırdaxan kəndində yerləşən 0.30 ha torpaq sahəsi onların mülkiyyətlərinə ayrılmışdır və buna dair 90104048 JN-015A saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Lakin şəhadətnamədə onların soyadları səhvən Məmmədovlar kimi qeyd edilmişdir. X6 bildirmişdir ki, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 ilə qohumluq münasibətləri var. Yevlax rayonu, Cırdaxan kəndində yerləşən 0.30 ha torpaq sahəsi onların mülkiyyətlərinə ayrılan zaman Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə onların soy adları səhv qeyd edilmişdir. DƏDRX 17 saylı Ərazi İdarəsinin 09 iyun 2022-ci il tarixli **********00 nömrəli məktubunda qeyd olunur ki, təqdim edilmiş sənədlər idarənin arxiv materialları və elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmış və araşdırma nəticəsində məlum olmuşdur ki, ləğv edilmiş DT və XK-nin Yevlax rayon şöbəsi tərəfindən verilmiş JN-015A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən ailə üzvlərinin “Məmmədov ” soyadı ilə şəxsiyyət vəsiqəsində “Qocayev” soyadı arasında uyğunsuzluq mövcuddur. Müvafiq icra orqanları tərəfindən verilmiş sənədlərdə hər hansı bir düzəlişin edilərək yazılması 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikasının Qanununun 23.1-ci maddəsində qeyd edildiyi kimi Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 90104048 JN-015A saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından müəyyən olunur ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli 27 nömrəli qərarı ilə Yevlax rayonu Cırdaxan kəndində yerləşən 0.30 hektar torpaq sahəsi X7, X2, X3, X4, X8 və X9 mülkiyyətinə verilmişdir. ХVЖГ 392418 №-li xx xxxxxx 1990-cı il tarixli Doğum haqqında şəhadətnamənin sürətindən müəyyən olunur ki, Ərizəçi1 xx xxxxxx 1990-cı il tarixdə Yevlax rayonu, Varvara kəndində doğulmuş, atası X14, anası X5r. ХVİ-ЖГ 406311 №-li 22 may 1992-ci il tarixli Doğum haqqında şəhadətnamənin sürətindən müəyyən olunur ki, Ərizəçi2 15 may 1995-ci il tarixdə Yevlax şəhərində doğulmuş, atası X14, anası X5r. ХVİİ-ЖГ 473512 №-li 14 fevral 1994-cü il tarixli Doğum haqqında şəhadətnamənin sürətindən müəyyən olunur ki, Ərizəçi3 xx xxxxxx 1994-cü il tarixdə Yevlax rayonu Varvara kəndində doğulmuş, atası X14, anası X5r. AZ-İ 356767 №-li 06 avqust 2003-cü il tarixli Doğum haqqında şəhadətnamənin sürətindən müəyyən olunur ki, Ərizəçi4 xx xxxxxx 1995-ci il tarixdə Yevlax şəhərində doğulmuş, atası X14, anası X5r. AZ ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi2 xx.xx.1992-ci il tarixdə Yevlax şəhərində doğulmuşdur. AA3313544 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi1 xx.xx.1990-cı il tarixdə doğulmuşdur. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi3 xx.xx.1994-cü il tarixdə doğulmuşdur. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi4 xx.xx.1995-ci il tarixdə doğulmuşdur. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Varvara kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 288 №-li, 21 iyun 2022-ci il tarixli arayışında qeyd olunur ki, JN-614 KOD 90110018 olan şəhadətnamədə göstərilən Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 adında və soy adında nöqsana yol verilmişdir. X10 əslində Ərizəçi1, X11 əslində Ərizəçi2, X15 əslində Ərizəçi3 və X16 əslində Ərizəçi4 yazılmalıdır.. Hüquqi məsələlər: Mülki Prosesual Məcəllə Maddə 305.1.1. məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyət olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Maddə 307.2.5. məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin hüquqi mövqeyi: Beləliklə, təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, ərizəçilərə Yevlax rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli 27 nömrəli qərarı ilə Yevlax rayonu Cırdaxan kəndində yerləşən 0.30 ha torpaq sahəsi ayrılmışdır. Lakin, bu barədə onlara KOD 90104048 JN-015A saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilərkən şəhadətnamədə texniki səhv olaraq mülkiyyətçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 soyadları səhvən müvafiq olaraq “Gülnar Məmmədova, Pakizə Məmmədova, Afiq Məmmədov və Qoca Məmmədov” kimi qeyd edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, mövcud sübutlarla KOD 90104048 JN-015A saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktın ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məxsus olması təsdiq olunur, bu, ərizəçilərə torpaq üçün mülkiyyət hüququna dair çıxarışın və texniki pasportun alınması üçün lazımdır, ərizəçilər həmin faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməz və bu faktın qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Şərh edilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Yevlax rayonu, Cırdaxan kəndində yerləşən 0.30 ha torpaq sahəsinə dair KOD 90104048 JN-015A saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar