Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1692/2024 04.11.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakimi Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Yevlax rayon 1 saylı Notariat ofisinə qarşı «qanun üzrə vərəsəlik hüququ haqında şəhadətnamənin etibarsız hesab edilməsi» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : İddiaçı cavabdehlər Cavabdeh2 və Yevlax rayon 1 saylı Notariat ofisinə qarşı «qanun üzrə vərəsəlik hüququ haqında şəhadətnamənin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşə mahiyyəti üzrə baxılması 04 noyabr 2024-cü il tarixə saat 15.35-ə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0 və 259.0.6-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikasının MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Hesab edirəm ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Yevlax rayon 1 saylı Notariat ofisinə qarşı «qanun üzrə vərəsəlik hüququ haqında şəhadətnamənin etibarsız hesab edilməsi» tələbinə dair iş üzrə tərəflər üzrsüz səbəbdən məhkəmə iclasına gəlmədiyindən, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərindən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. 16 may 2024-cü il tarixli 27072 saylı qəbzlə ödənilmiş dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 260.1 və 260.4-cü maddələrinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra, maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 31 mart 2011-ci il tarixli, 03 saylı Qərarının 9.2-ci bəndində göstərilir ki, qanunla müəyyən edilmiş qaydada işə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı, üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədikdə və buna görə ərizə baxılmamış saxlanıldıqda, məhkəmə iddiaçının ərizəsi ilə icraatı təzələməyə və işə baxmağa haqlı deyildir. Həmin şəxs ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0, 259.0.6, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ M : İddiaçı cavabdehlər Cavabdeh2 və Yevlax rayon 1 saylı Notariat ofisinə qarşı «qanun üzrə vərəsəlik hüququ haqında şəhadətnamənin etibarsız hesab edilməsi» tələbinə dair iş üzrə tərəflər üzrsüz səbəbdən məhkəmə iclasına gəlmədiklərindən, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərindən, ərizə baxılmamış saxlanılsın. 16 may 2024-cü il tarixli 27072 saylı qəbzlə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. İddiaçıya izah edilsin ki, ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində yazılı şəkildə Yevlax Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1692/2024
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1692/2024
04.11.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver