Məhkəmə qərarları › İş №2(039)-1699/2021

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1699/2021

12.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1699/2021 12.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı əsassız borcun silinməsi tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı əsassız borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdeh Birlik tərəfindən ona əsassız olaraq hesablanmış 472,40 manat cərimənin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmədə baxılmağa hazırlanması üzrə məhkəmə iclasında iddiaçının nümayəndəsi qismində iştirak edən Nümayəndə bildirmişdir ki, iddiaçı ilə heç bir qohumluq münasibəti yoxdur, iddiaçı hazırda Rusiya Federasiyasında yaşayır və onun adından iddia qaldırmaq üçün etibarnamə göndərmişdir. O, iddiaçının atasına məxsus evi alqı-satqı yolu ilə alıb və həmin ev hazırda onun mülkiyyətindədir. Lakin iddiaçının atasının adına cavabdeh Birlik tərəfindən borc hesablanmışdır. Bu səbəbdən o, iddiaçının adından, onun nümayəndəsi qismində hazırkı iddianı qaldırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil ola bilər. Həmin Məcəllənin 259.0.3-cü maddəsinə görə ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanları nəzərə alan məhkəmə belə hesab edir ki, iddiaçının nümayəndəsi qismində iddia ərizəsini imzalayan şəxs- Nümayəndə iddiaçının yaxın qohumu və ya vəkil olmadığı üçün səlahiyyətli şəxs deyil və bu səbəbdən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 259.0.6, 263, 264 və 267ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı əsassız borcun silinməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar