Məhkəmə qərarları › İş №2(039)-1706/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1706/2021

05.10.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1706/2021 05.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd qızının sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 26 avqust 1977-ci ildə anadan olmuş və hazırda Yevlax rayonu, Quşçu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, bacısı X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə cıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırmışdır ki, bacısı X6 26 avqust 1977-ci ildə Yevlax rayonu, Quşçu kəndində anadan olmuş və anadangəlmə ağıl zəyifliyindən əziyyət çəkməklə xəstə olmuşdur. Mingəçevir şəhər Psixo-Nervoloji dispanserində qeydiyyatda olmuş və müalicə almışdır. Bacısına faktiki olaraq baxır və faktiki olaraq qəyyumluq edir. X9 öz hərəkətlərinin mənasını anlaya bilmək və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətindən məhrumdur. Odur ki, X9nın üzərində qəyyum təyin edilməsi ilə bağlı olaraq onun məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə əlaqədar psixi vəziyyətinin müəyyən edilməsi üçün məhkəmə-psixatriya ekspertizasının təyin edilib keçirilməsi zəruridir. Ona görə də məcburiyyət qarşısında qalıb bacısının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmidir. Ərizəçi iclas zamanı ərizəni müdafiə edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Yevlax Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına məlumat verilsə də, nümayəndəsinin iclasda iştirakını təmin etməmişdir. Məhkəmə, mövcud sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, ərizə əsaslıdır. AZE 13095350 №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi 16 fevral 1973-cü il tarixdə Yevlax rayonu, Quşçu kəndində doğulmuşdur. Doğum haqqında şəhadətnamənin surətindən və AZE 16406804№li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X6 26 avqust 1977-ci il tarixdə Yevlax rayonu Quşçu kəndində doğulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər X3 rayon Psixonevroloji Kabinetinin 1036 №-li, 01 iyul 2021-ci il tarixli arayışında qeyd olunur ki, X1 Psixonevroloji Dispanserində, ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edilən ciddi davranış pozuntusu diaqnozu ilə psixiatrik müşahidəyə götürülüb. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin ambulator məhkəmə psixiatrik ekspertizasının 525 №-li, 03 sentyabr 2021-ci il tarixli rəyində qeyd edilir ki, X6 uşaqlıqdan orta dərəcəli kəmagıllıq, davranış pozgunluqları ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10-cu baxış) F71.1 xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Mülki Prosessual Məcəllə: Maddə 317.2. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Maddə 318.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Maddə 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə iclası zamanı Dürdanə Rüstəmovanın psixi qüsurları nəticəsində öz hərəkətlərinin mənasını anlaya və hərəkətlərini idarə edə bilməməsi işdə olan sənədlərlə və məhkəmə psixiatrik-ekspertizasının rəyi ilə tam təsdiq olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, Dürdanə Rüstəmovanın fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə Ərizəçiin ərizəsi təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. 26 avqust 1977-ci il tarixdə Yevlax rayonu Quşçu kəndində doğulmuş, Yevlax rayonu Quşçu kəndində qeydiyyatda olan və yaşayan X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar