Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1726/2021 09.09.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Cavabdeh X5 iştirakı ilə, İddiaçınə (İB) cavabdeh X6 qarşı təbii qazdan istifadə qaydaları üzrə istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İB cavabdeh Müşfiq Əmirova qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 2,214 manat məbləğin **********00000 abonent koduna, 30.40 manat dövlət rüsumunun hesaba köçürülməsi üçün İddiaçı İB-nin xeyrinə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı İB 03.06.2010-cu il tarixli, 11691 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə” (bundan sonra Müqavilə) əsasında mərhum X7 məxsus Yevlax şəhəri, Şəkili küçəsi mənzil 40-da yerləşən fərdi yaşayış evini təbii qazla təchiz edir (müqavilə əlavə edilir). Həmin ünvana İddiaçı İB-nin Tərtər Regional qaz İstismar İdarəsinin Yevlax xidmət sahəsi tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində Zenner G-4 markalı, **********345 nömrəli qaz sayğacı quraşdırılmışdır. X3 2011-ci ildə vəfat etmiş, qaz təsərrüfatı mənzildə yaşayan heç birinin adı keçirilməmişdir və bundan istifadə edərək Cavabdeh həmin ünvanda istifadəyə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşadığı evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbit edən foto çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Tərtər RQİİ-nin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydaların pozulması haqqında” aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin sayğacdan kənar qanunsuz qoşulma etməklə təbii qazı talaması ilə əlaqədar 2020-ci ilin oktyabr ayında 885,60 manat, 2020-ci ilin noyabr ayında 885,60 manat, 2021-ci ilin yanvar ayında 442,80 manatlıq aktlar tərtib olunmuşdur. Tərtib olunmuş aktlar əsasında və ödəniş etmədiyi talan etdiyi təbii İtirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq dəymiş ziyan hesablanmışdır (dəymiş ziyanın hesablanması barədə qərar işə əlavə edilir). İddiaçı İB Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin X1 filialına qaz xətlərinə sayğacdan kənar qoşulma yolu ilə təbii qazdan qeyri qanuni istifadə edən istehlakçılar barədə qanunamüvafiq tədbirlərin görülməsi barədə müraciəti araşdırılaraq istehlakçı Cavabdeh barədə Enerji Məsələlərinin X1 filialı inzibati xəta haqqında iş üzrə 28 aprel 2021-ci il tarixli MN ******* nömrəli, 14 iyun 2021-ci il tarixli MN ******* nömrəli qərarlar qəbul edilmişdir. Cavabdehə Birliyin nümayəndələri tərəfindən dəymiş ziyan 2,214 manat pul məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Tərəflər arasında imzalanmış müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı (bizim halda Cavabdeh) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanunun 2.9-cu maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi 258 nömrəli Fərmanla Nizamnaməsinə edilmiş dəyişikliklərə əsasən verilmiş səlahiyyətləri daxilində SOCAR qanuna zidd olmadan istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması nallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması üzrə münasibətləri tənzimləyə bilər. Bundan başqa, istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının Hesablanmasının SOCAR-ın Şurasının 14.03.2011 ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənməsinə dair müddəa Müqavilənin 3.3-cü bəndində təsbit olunmuşdur. Həmin qaydalara əsasən, istehlakçılar tərəfindən qazdan istifadə qaydalarının pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqı-satqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 il) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma-hesabına ödənilir. Cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar olunduğu üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydalarf’nın 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı İB nümayəndəsinin iclasda iştirakını təmin etməmiş, səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, cavabdehin işə mahiyyəti üzrə baxılmasını tələb etdiyini nəzərə alaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, Yevlax şəhəri, ünvan 2 ünvanında yerləşən ev mərhum atasına məxsus olmuşdur. Həmin ev onun adına rəsmiləşdirilməsə də, faktiki olaraq həmin evdə yaşayır. Qaz istehlakına görə borc olduğu üçün evə qazın verilməsi dayandılmışdır. Lakin, qış aylarında qaza ehtiyac olduğundan özü buna müvafiq icazə olmadan bir neçə dəfə sayğacdan kənar qaz xətini çəkmiş və qazdan istifadə etmişdir. İddiaçının əməkdaşları bunu aşkar etmiş və bu barədə 4 dəfə akt tərtib edilmişdir. Vurulmuş zərəri ödəməyə etiraz etmir. Lakin, həmin zərər düz hesablanmamışdır. Belə ki, aktlar arasında qısa müddət keçməsinə baxmayaraq İddiaçı İB Tərtər RQİİ əməkdaşları həmin zərəri daha uzun müddət üçün hesablamışlar. Bu səbəbdən iddianın qismən təmin edilməsini xahiş etmişdir. 03 iyun 2013-cü il tarixli, 11691 saylı müqavilənin surəti ilə müəyyən olunur ki, Yevlax şəhəri ünvan 3 ünvanında yerləşən evin qaz təchizatına dair Tərtər RQİİ ilə Fərman Əmirov arasında müqavilə bağlanmışdır. 0308101 saylı, 13 oktyabr 2020-ci il tarixli Aktın surəti ilə müəyyən olur ki, İddiaçı İB nümayəndələri tərəfindən istehlakçı Fərman Əmirovun mənzilinə quraşdırılmış G4 markalı qaz sayğacına baxış keçirilən zaman, sayğacdan əlavə qeyri qanuni xətt aşkar edilmiş və bu xətt ləğv edilmişdir. Dəymiş ziyanın bərpasına dair 26 oktyabr 2020-ci il tarixli tələbnamədən müəyyən olunur ki, qaz işlədicilərindən PQ-4 qaz pilətəsinin maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi - 24 saat hesabat müddəti 90 gün qəbul edilməklə, PQ-2 qaz pilətəsinin maksimal saatlıq qaz sərfi 0.6 m3/saat, orta rejimi - 24 saat, hesabat müddəti 90 gün qəbul edilməklə, radiatorun maksimal saatlıq qaz sərfi 0.8m3/saat orta günlük iş rejimi - 24 saat, hesabat müddəti 90 gün qəbul edilməklə, QSSQ-120 İ maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi - 24 saat, hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilməlidir. 1.2x24x90=2592 m3; 0.6x24x90=1296 m3; 0.8x24x90=1728 m3; 1.5x24x90=3240 m3, cəmi 8856 m3 0308164 saylı, 30 noyabr 2020-ci il tarixli Aktın surəti ilə müəyyən olur ki, İddiaçı İB nümayəndələri tərəfindən istehlakçı Fərman Əmirovun mənzilinə quraşdırılmış G4 markalı qaz sayğacına baxış keçirilən zaman, sayğacdan əlavə qeyri qanuni xətt aşkar edilmiş və bu xətt ləğv edilmişdir. Dəymiş ziyanın bərpasına dair 30 noyabr 2020-ci il tarixli tələbnamədən müəyyən olunur ki, qaz işlədicilərindən PQ-4 qaz pilətəsinin maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi - 24 saat hesabat müddəti 90 gün qəbul edilməklə, PQ-2 qaz pilətəsinin maksimal saatlıq qaz sərfi 0.6 m3/saat, orta rejimi - 24 saat, hesabat müddəti 90 gün qəbul edilməklə, radiatorun maksimal saatlıq qaz sərfi 0.8m3/saat orta günlük iş rejimi - 24 saat, hesabat müddəti 90 gün qəbul edilməklə, QSSQ-120 İ maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi - 24 saat, hesabat müddəti 90 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilməlidir. 1.2x24x90=2592 m3; 0.6x24x90=1296 m3; 0.8x24x90=1728 m3; 1.5x24x90=3240 m3, cəmi 8856 m3 0308477 saylı, 11 yanvar 2021-ci il tarixli Aktın surəti ilə müəyyən olur ki, İddiaçı İB nümayəndələri tərəfindən istehlakçı Fərman Əmirovun mənzilinə quraşdırılmış G4 markalı qaz sayğacına baxış keçirilən zaman, sayğacdan əlavə qeyri qanuni xətt aşkar edilmiş və bu xətt ləğv edilmişdir. Dəymiş ziyanın bərpasına dair 14 yanvar 2021-ci il tarixli tələbnamədən müəyyən olunur ki, qaz işlədicilərindən PQ-4 qaz pilətəsinin maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi - 24 saat hesabat müddəti 42 gün qəbul edilməklə, PQ-2 qaz pilətəsinin maksimal saatlıq qaz sərfi 0.6 m3/saat, orta rejimi - 24 saat, hesabat müddəti 42 gün qəbul edilməklə, radiatorun maksimal saatlıq qaz sərfi 0.8m3/saat orta günlük iş rejimi - 24 saat, hesabat müddəti 42 gün qəbul edilməklə, QSSQ-120 İ maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi - 24 saat, hesabat müddəti 42 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilməlidir. 1.2x24x42=1209.6 m3; 0.6x24x42=604.8 m3; 0.8x24x42-806.4 m3; 1.5x24x42=1512 m3, cəmi 4132.8 m3 0308480 saylı, 14 yanvar 2021-ci il tarixli Aktın surəti ilə müəyyən olur ki, İddiaçı İB nümayəndələri tərəfindən istehlakçı Fərman Əmirovun mənzilinə quraşdırılmış G4 markalı qaz sayğacına baxış keçirilən zaman, sayğacdan əlavə qeyri qanuni xətt aşkar edilmiş və bu xətt ləğv edilmişdir. Dəymiş ziyanın bərpasına dair 19 yanvar 2021-ci il tarixli tələbnamədən müəyyən olunur ki, qaz işlədicilərindən PQ-4 qaz pilətəsinin maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi - 24 saat hesabat müddəti 3 gün qəbul edilməklə, PQ-2 qaz pilətəsinin maksimal saatlıq qaz sərfi 0.6 m3/saat, orta rejimi - 24 saat, hesabat müddəti 3 gün qəbul edilməklə, radiatorun maksimal saatlıq qaz sərfi 0.8m3/saat orta günlük iş rejimi - 24 saat, hesabat müddəti 3 gün qəbul edilməklə, QSSQ-120 İ maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi - 24 saat, hesabat müddəti 3 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilməlidir. 1.2x24x3=86.4 m3; 0.6x24x3=45.2 m3; 0.8x24x3-57.6 m3; 1.5x24x3=108 m3; cəmi 295.2 Təqdim edilmiş saldonun surətindən müəyyən olunur ki, həmin ünvan üzrə 2020-ci ilin oktyabr ayında akt əsasında 885.60 manat, noyabr ayında 885.60 manat, 2021-cı ilin yanvar ayında iki akt əsasında cəmi 442.80 manat cərimə hesablanmışdır. Qazdan istifadəyə görə cərimə ümumi 2,214 manat təşkil etmişdir. İnzibati tənbeh vermə haqqında 28 aprel 2021-ci il tarixli MN ******* nömrəli və 14 iyun 2021-ci il tarixli MN ******* nömrəli qərarların surəti ilə təsdiq olunur ki, Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 282.1 maddəsi ilə (Təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə) təqsirli bilinərək hər bir qərar üzrə 110 manat cərimə edilmişdir. Mülki Məcəllə: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11 bənd 6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 12: Bənd 5. Qazın idxalı və ixracı müqavilələr əsasında həyata keçirilir. İdxal və ixrac da daxil olmaqla qaz nəqli xidmətləri ilə qazın nəql edilməsi üzrə üçüncü tərəflə sazişlər ancaq müvafiq icra hakimiyyəti orqanının razılığı ilə qüvvəyə minir. Bu razılıq həmin sazişlərin energetika müqavilələrinə və mövcud qanunvericiliyə uyğun olduğu hallarda vəhədlərdə verilir. Əgər müvafiq icra hakimiyyəti orqanı razılıq almaq üçün ona verilən yazılı sifarişə bir ay müddətində rədd cavabı vermirsə, həmin razılıq verilmiş sayılır. Bənd 6. Qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.05.1999-cu il tarixli Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında 87 saylı qərarının 5.1-ci maddəsinə əsasən Əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. Beləliklə, təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı İB ilə mərhum Fərman Əmirov arasında bağlanmış Qazın alqı-satqısı barədə müqavilə əsasında sonuncuya məxsus Yevlax şəhəri, ünvan 2 ünvanında yerləşən ev təbii qaz ilə təmin edilmişdir. Fərman Əmirov öldükdən sonra onun oğlu, hazırkı iş üzrə Cavabdeh qeyd edilən ünvanda yaşamaqla qazın verilməsinin dayandırılmasına baxmayaraq sayğacdan kənar qanunsuz xətt çəkməklə qaz istehlak etmişdir. Bu səbəbdən Cavabdeh iki dəfə inzibati məsuliyyətə cəlb edilmişdir. Qanunvericiliyin yuxarıda istinad edilən normalarının tələblərini rəhbər tutaraq məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh təbii qazın talanması nəticəsində İddiaçı İB az miqdarda ziyan vurmuşdur və həmin ziyan onun tərəfindən ödənilməlidir. Lakin, məhkəmə hesab edir ki, 30 noyabr 2020-ci il tarixdə akt əsasında dəymiş ziyan düzgün hesablanmamışdır. Belə ki, müəyyən olunur ki, həmin tarixdən öncə, yəni 13 oktyabr 2020-ci il tarixdə akt əsasında dəymiş ziyan 90 gün üçün, 885.6 manat hesablansa da, 30 noyabr 2020-ci il tarixdə yenidən ziyan 90 gün üçün hesablanmışdır, halbuki həmin aktlar arasında müddət 58 gün təşkil edir. Bu səbəbdən 30 noyabr 2020-ci il tarixə hesablanma 58 gün üçün aparılmaqla 1.2x24x58=1670.4 m3; 0.6x24x58=835.2 m3; 0.8x24x58=1113.6 m3; 1.5x24x58=2088 m3, cəmi 5707.2 m3, 570.72 manat müəyyən edilməlidir. Qeyd olunanlara əsasən iddia qismən təmin edilməli, aktlar üzrə 1,899.12 manat cavabdehdən tutularaq qeyd edilən ünvan üzrə abonent koduna, 30.40 manat isə İddiaçı İB müvafiq hesabına köçürülməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. X4 1,899 (bir min səkkiz yüz doxsan doqquz) manat 12 (on iki) qəpik maddi ziyan tutularaq **********00000 abonent koduna, 30 (otuz) manat 40 (qırx) qəpik ödənilmiş dövlət rüsumunun əvəzi isə İddiaçı İB-nin ABB Sabunçu filialı, KOD 805153, VÖEN **********, M/HAZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ******************** saylı hesabına köçürülsün Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1726/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1726/2021
09.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver