Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1744/2023 04.10.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6 və Cavabdeh4 və ailə üzvlərinə qarşı 15 mart 2013-cü il tarixli, 231 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6 və Cavabdeh4 və ailə üzvlərinə qarşı qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin müvəqqəti isdifadələrinə verilmiş Yevlax rayonu 615 hündürmərtəbəli yaşayış komleksindəki 4 saylı binada yerləşən 51 nömrəli 2 otaqlı mənzilə dair 15 mart 2013-cü il tarixli, “231” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və cavabdehlərin 4/51 nömrəli mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2017-ci il tarixli, 65 nömrəli qərarı ilə məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası təsdiq edilmişdir. Bu qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin (bundan sonra - Komitə) qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmir, mənzilləri kirayə verir və yaxud ümumiyyətlə həmin mənzillərdə yaşamayaraq mənzildən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil istismar Departamentinin 15 mart 2011-ci il tarixli, “231” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkünlər Cavabdeh1 ailə üzvləri ilə birlikdə Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Yevlax rayonu ərazisində məcburi köçkünlər inşa edilmiş 615 ailəlik qəsəbəsində 4 nömrəli binada 51 nörməli 2 otaqlı mənzil ilə təmin edilmişdir. Daha sonra Yevlax rayon Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı cavabdehlərin həmin mənzildə yaşamadığı və mənzilin istifadəsiz qaldığı müəyyən edilmişdir. Sahə rəisi tərəfindən cavabdehlərin mənzildə yaşamadığı üçün mənzilin açarlarının könüllü verilməsi barədə xəbardarlıq edilsədə nəticəsi olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etməyərək, izahatında iddiaçının tələbi ilə razı olmadığını, hal hazırda həmin mənzildə yaşadıqlarını, bəzi hallarda övladlarının təhsil almaları ilə bağlı Bakı şəhərinə geduib qayıtdığını, bütün kommunal xərclərin onlar tərəfindən ödənildiyini bildirmiş məhkəmədən iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4, X3 və X2 ifadələrində bildirmişdir ki, cavabdehlər onların qonşularıdır. Uzun illərdir qonşuluqda yaşayırlar müvəqqəti olaraq atası və anasının yaşadığı evinə getmiş və qayıtmış, həmin mənzil heç bir zaman başqa şəxslərin istifadəsində olmamış, qonşu kimi yalnız Hümayənin ailəsini tanımışlar. Onlar hazırda da həmin mənzildə ailəsi ilə birlikdə yaşayırlar. Məhkəmə iclasında şahid qismində dindirilən X8 və X15 cavabdehin qohumuları olduqlarını (ana və atası) bildirərək, şahidlər Məryəm Hüseynova, Gülayə Bəşirova və Gülhəyət Abbasova ilə eyni məzmunlu ifadə vermişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh2, X12 və Cavabdeh4 məhkəmə iclasına gəlmədiklərindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; xx.xx.2013-cü il tarixli, 213 №li xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, kirayəyə verən Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə kirayəçi X10 arasında, Yevlax rayonu ərazisində məcburi köçkünlər inşa edilmiş 615 ailəlik qəsəbəsində 4 nömrəli binada 51 nörməli 2 otaqlı mənzilin kirayəçinin müvəqqəti istifadəsinə verilməsinə dair kirayə müqaviləsi bağlanmışdır. Cavabdeh1, Cavabdeh2, X12 və Cavabdeh4 kirayəçinin ailə üzvü kimi qeyd olunmuşdur. Həmin müqavilənin 2.4.2-ci bəndində kirayəçinin vəzifələrindən biri kimi, kirayəyə götürülmüş xüsusi təyinatlı yaşayış sahəsini dəyişdirməmək, özgəninkiləşdirməmək, subkirayəyə, habelə digər şəxslərin icarəsinə, istifadəsinə verməmək vəzifəsi qeyd edilmişdir. 615 ailəlik məcburi köçkü qəsəbəsi Mənzil Kommunal İstismar sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli aktlardan görünür ki, Yevlax rayon 615 ailəlik hündür mərtəbəli məcburi köçkün qəsəbəsində bina 4, mənzil 51-da məşkunlaşan Şuşa şəhrindənməcburi köçkün Cavabdeh1 ölkədən kənarda uzun müddətdir yaşamadığı üçün sözü gedən evdən təminatı üzrə istifadə etmir. Dəfələrlə ev sahibinin evinə baxış keçirib və onun orada uzun müddət yaşamadığı müəyyən olunmuşdur. Bununla da Cavabdeh1 onunla bağlanmış mənzil müqavilənin şərtlərini pozaraq onun istifadəsinə verilmiş mənzili istifadə etmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil istismar Departamentinin 15 mart 2013-cü il tarixli “213” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən müəyyən olunur ki, məcburi köçkünlər Cavabdeh1, Cavabdeh2, X12 və Xəlilova X9 tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Yevlax rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 615 ailəlik qəsəbədə 4 nömrəli binada 51 nömrəli 2 otaqlı mənzil ilə təmin edilmişlər. Yevlax şəhəri yerləşən 615 nəfərlik məcburi köçkün qəsəbəsi Mənzil Kommunal İstismar Sahəsi tərəfindən xx.xx.2022-ci il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktlardan müəyyən olunur ki, Yevlax rayon 615 ailəlik hündür mərtəbəli məcburi köçkün qəsəbəsində bina 4 mənzil 51-da yaşayan Şusa şəhərindən məcburi köçkün Cavabdeh1 onunla bağlanmış yuxarıda göstərilən mənzillə bağlı müqavilənin şərtlərini pozaraq onun istifadəsinə verilmiş mənzildən təyinatı üzrə istifadə etməmişdir. Dəfələrlə həmin mənzilə baxış keçirilmiş, müqavilədə adları göstərilmiş şəxslərin uzun müddətdir ki, həmin mənzildə yaşamadıqları müəyyən olunmuşdur. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 65 №li Qərarının 3.3-cü bəndində qeyd olunmuşdur ki, məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, ipoteka qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. Həmin Qərarın 3.7-ci bəndində göstərilmişdir ki, məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Mənzil Məcəlləsi: Maddə 91.1.5 məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Maddə 91.3 xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Maddə 98.1 Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Maddə 98.2 Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Maddə 99.4 xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə bağlanmış 15 mart 2013-cü il tarixli “231” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında cavabdehlərə məcburi köçkün olaraq Yevlax rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 615 ailəlik qəsəbədə 4 nömrəli binada 51 nömrəli 2 otaqlı mənzil verilmişdir. İddiaçı həmin mənzilin cavabdehlər tərəfindən mənzildən təyinatı üzrə istifadə edilmədiyini, uzun müddət yaşamadıqlarını bildirsə də, bunun təsdiqi olaraq yalnız Departamentin Yevlax MKİS-nin üzvləri tərəfindən tərtib edilmiş akta istinad etmişdir. Halbuki, cavabdehin və şahidlərin ifadəsi, habelə iş materiallarında olan digər sübütlarla həmin ailənin övladları ilə həmin mənzildə yaşamaları, müvafiq komunal xərcləri ödəmələri müəyyən edilmişdir. Bundan başqa, cavabdehlərin başqa daimi yaşayış yerinin olmasını təsdiq edən sübut da müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6 və Cavabdeh4 və ailə üzvlərinə qarşı 15 mart 2013-cü il tarixli “231” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəs ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1744/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1744/2023
04.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver