Məhkəmə qərarları › İş №2(039)-1748/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1748/2021

27.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1748/2021 27.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin cavabdeh X4 qarşı borc tələbinə dair iddiası üzrə mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdeh X4 qarşı borc tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin istehlak etdiyi elektrik enerjisinə görə yaratmış olduğu 4690,27 manat borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X6 elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Yevlax EŞ-nin "Proqram bazasında” **********00475 saylı istehlakçı kodu ilə qeydiyyatda olmaqla elektrik enerjisindən yaşadığı evə quraşdırılmış DDS-26 tipli, zavod nömrəsi ********** olan elektrik hesablama sayğacı vasitəsi ilə 10.06.2010-ci il tarixdən 27.03.2019-ci il tarixə kimi istifadə edir. Tərəflər arasında “Elektrik enerjisinin alqı-satqısının bir tipli müqaviləsi” bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən “enerjitəchizatı müəssisəsi istehlakçını (məişət abonenti) keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz edir, abonent isə istehlak edilmiş elektrik enerjisinin dəyərini yaşadığı evə quraşdırılmış elektrik hesablama sayğacının göstəricilərinə əsasən ona təqdim edilmiş bildiriş-xəbərdarlığa uyğun olaraq ödəyir. Elektrik enerjisinə görə hesablaşma dövrü 1 ay qəbul olunur. Cavabdehin elektrik enerjisindən istifadəyə görə 06.11.2015-ci il tarixinə 2097,38 manat məbləğində debitor borcu olmuşdur. Həmin tarixdən 17.06.2021-ci il tarixinə kimi cavabdeh yaşadığı evə quraşdırılmış elektrik hesablama sayğaclarının enerji sərfiyyatı göstəricilərinə əsasən dəyəri 5956,62 manat təşkil edən 86921 kvt saat miqdarında elektrik enerjisi istehlak etmişdir. 31.12.2016-cı il tarixindən "xxxx" ASC tərəfindən məcburi köçkünlərin elektrik enerjisindən istifadəyə görə yaratmış olduqları debitor borclar birtərəfli qaydada silinmişdir. Cavabdehin həmin tarixə yaratmış olduğu 2949,59 manat məbləğində debitor borcu da onun istehlakçı kodu üzrə hesabından silinmişdir. Bundan əlavə Q.Əliyeva tərəfindən limitdən (300 kvt) artıq istehlak edilmiş elektrik enerjisinin 2093,92 manat təşkil edən dəyəri də nəzərə alınmaqla 4690,27 məbləğində elektrik enerjisi istehlak edilmişdir. Beləliklə, cavabdeh tərəfindən bu günə kimi istehlak edilmiş elektrik enerjisinin dəyərindən ödəniş edilmədiyi üçün onun 17.06.2021-ci il tarixinə ödənilməli olan 4690,27 manat məbləğində debitor borcu vardır. Cavabdehin yaşadığı ünvana 18 yanvar 2021-ci il tarixli, 63 №-li Pretenziya göndərilərək həmin tarixə elektrik enerjisindən istifadəyə görə yaratmış olduğu 4085,66 manat məbləğində debitor borcun 7 gün ərzində ödənilməsinin təmin edilməsi, əks təqdirdə “borcun ödənilməsi” tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Cavabdeh 09.02.2021-ci il tarixdə ona ünvanlanmış pretenziyanı şəxsən almasına baxmayaraq borcdan ödəniş etməkdən qəsdən yayınmaqla "xxxx" ASC-yə 4690,27 manat məbləğində ziyan vurmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh X6 məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sübutları tam və hərtərəfli araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan abunə kodu **********0475 olan Abunə haqqında sənəddən görünür ki, iddiaçı X3 Yevlax rayonu Malbinəsi kəndində yerləşən evində istifadə olunmuş elektrik enerjisinə görə 4690,27 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydalarının” 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqını vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin Yevlax rayonu Malbinəsi kəndində yerləşən fərdi yaşayış evi elektrik enerjisi ilə təmin olunmuşdur, cavabdeh istifadə etdiyi elektrik enerjisinin haqqını ödəməmiş və nəticədə 4690,27 manat məbləğində debitor borcu yaranmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh X2 4690,27 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 4690 (dörd min altı yüz doxsan) manat 27 (iyirmi yeddi) qəpik məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu cavabdeh X2 "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar