Məhkəmə qərarları › İş №2(039)-1755/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1755/2021

07.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1755/2021 07.09.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 424.26 manat abunə və xidmət haqqı və 20 manat dövlət rüsumu, cəmi 444.26 manat vəsaitin İddiaçı MMC-nin xeyrinə məcburi tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh cəmiyyətin rabitə xidmətlərindən istifadə edərək ********** saylı nömrədən istifadə etmiş, nəticədə 34.04 manat, ********** saylı nömrədən istifadə etmiş, nəticədə 50.15 manat, ********** saylı nömrədən istifadə etmiş, nəticədə 80.70 manat, ********** saylı nömrədən istifadə etmiş, nəticədə 30 manat, ********** saylı nömrədən istifadə etmiş, nəticədə 30 manat, ********** saylı nömrədən istifadə etmiş, nəticədə 29.79 manat, ********** saylı nömrədən istifadə etmiş, nəticədə 28.98 manat, ********** saylı nömrədən istifadə etmiş, nəticədə 42.10 manat, ********** saylı nömrədən istifadə etmiş, nəticədə 47.78 manat və ********** saylı nömrədən istifadə etmiş, nəticədə 50.72 manat, borcu yaranmışdır. Müqavilənin şərtlərinə görə abonent ona göstərilən rabitə xidmətinə görə xidmət haqqını son ödəmə gününədək ödəməlidir. Lakin cavabdeh müqavilənin şərtlərinə əməl etməmiş, nəticədə İddiaçı MMCyə borcu yaranmışdır. Ona görə də təşkilat borcun ödənilməsi tələbi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Məhkəmə hazırkı iddianın qiymətinin iki min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri Yevlax rayon Məhkəməsinə təqdim edə bilməsi haqqında bildiriş göndərilsə də, Cavabdeh iddiaçının tələbinə etiraz etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən abunə müqavilələrinin surətindən məlum olur ki, Azercell Telekom MMC ilə Cavabdeh arasında müqavilələr imzalanmışdır. Azərbaycan Respublikası MPM-in 4.1 və 4.2-ci maddələrində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Məhkəmə iddiaçının iddia tələbinə və bu tələbin təsdiqi kimi məhkəməyə verdiyi iddia ərizəsinə hüquqi cəhətdən qiymət verilməsi üçün öncə iddiaçının tələbinin özlüyündə əsaslandırılmış olması müəyyən edilməlidir. İşin mübahisəsiz halından görünür ki, Cavabdeh abunə müqavilələrinə əsasən nömrədən istifadə etmişdir. Lakin cavabdeh müqavilə şərtlərini pozmuş, göstərilən borcun ödənilməsini təmin etməmişdir. Nətcədə Cavabdeh təşkilata cəmi 424.26 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Qanunun yuxarıda qeyd olunan normasından görünür ki, öhdəliyin lazımınca icra edilməməsi onun məzmunu ilə müəyyən olunur ki, bu da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən müvafiq müqavilə yolu ilə müəyyən olunur. Belə müqavilənin olması öhdəliyin yaranması üçün əsas şərtdir. Belə ki, onun məzmunu cavabdehin yerinə yetirməli olduğu, lakin yerinə yetirmədiyi hərəkətləri müəyyən edir. Öhdəliyin yaranması üçün müqavilənin olmasının zəruriliyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 09 iyul 2009-cu il tarixli qərarında göstərmişdir. Bundan başqa, yazılı borc müqaviləsinin olması pulun verilmə vaxtını və şərtlərini, dəqiq məbləği və onun qaytarılma müddətini müəyyən etməyə imkan verir, belə ki, öz hüquqi mahiyyətinə görə əqdin göstərilən növü real əqdlərə aiddir. Borc müqaviləsi yalnız əşyanın borc verən tərəfindən borc alana verildiyi andan bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Xəbərdarlıq və bildiriş məktublarından görünür ki, İddiaçı MMC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsumu tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası MPM-nin 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apelyasiya şikayəti verilə bilər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216- 220, 284-6-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. 424.26 manat xidmət haqqı və 20 manat dövlət rüsumu xx xxxxxxxx 1992-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Yevlax şəhəri, Firdovsi küçəsi mənzil 17-də yaşayan Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar