Məhkəmə qərarları › İş №2(039)-178/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-178/2023

25.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-178/2023 25.01.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı “atalığın müəyyən edilməsi və sabit pul məbləğində aliment tələbinə” dair iddiası üzrə mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı “atalığın müəyyən edilməsi və sabit pul məbləğində aliment tələbinə” dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2016-cı il tarixdə anadan olmuş uşağı Nihadın atasının cavabdeh X3 olması faktının müəyyən edilməsi və onun bütün qazancından uşağı Nihadın saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin tutulub ona verrilməsi qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X3 ilə xx.xx.2015-ci ildə faktiki ilə qurmuş, rəsmi nikahları olmamışdır. Birgə yaşadıqları müddətdə xx.xx.2016-cı il təvəllüdlü X7 adlı bir uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğuna görə xx.xx.2018-ci il tarixdən ayrı yaşayırlar və uşağı Nihad onun himayəsindədir. Nikahı olmadığı və cavabdeh qeydiyyat şöbəsinə gəlmədiyi üçün uşağı Nihada doğum haqqında şəhadətnamə alarkən ata haqqında məlumat onun deməyinə görə, uşağının soyadı isə onun soyadına uyğun yazılmışdır. Onun uşağı Nihadın atası cavabdehin soyadının daşımasını isyətir. Bu ona bəzi mülki hüquqlarını həyata keçirilməsi üçün lazımdır. O, işləmir, uşağı Nihadı saxlamaqda çətinlik çəkir. Cavabdeh fərdi işlə məşğul olur, uşağı Nihadın saxlanılması üçün ona köməklik etmir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh X3 məhkəmə iclasına gəlməmiş, lakin notarial qaydada təsdiq olunmuş ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı iddiasına dair iş üzrə atalığı və atalığın müəyyən olunması tələbini qəbul etdiyini, aliment tələbini isə qismən qəbul etdiyini bildirmiş, üzürlü səbəblərdən məhkəməyə gələ bilmədiyi üçün işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iddiaçının izahatını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış məktubda qeyd edilir ki, xx.xx.2016-ci ildə anadan olmuş X7 atalığın müəyyən edilməsi haqqında aktın qeydiyyatı və bu barədə şəhadətnamə verilməsi yalnız uşağın valideyinlərinin şəxsən qeydiyyat şöbəsinə birgə ərizə ilə müraciət etməsindən sonra aparıla bilər. AZ-İV seriyalı 040146 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2016-cı il tarixində Bakı şəhəri Sabunçu rayonunda doğulmuşdur, onun doğulması Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən doğum haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixində 775 nömrə ilə qeyd edilmişdir. Doğum haqqında şəhadətnamədə həmin uşağın atası X5, anası İddiaçı kimi yazılmışdır. xx.xx.2022-ci il tarixli, 05416 saylı arayışdan məlum olur ki, İddiaçı atalığın müəyyən edilməsi və aliment tələbi ilə bağlı mediatora müraciət etmişdir. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Ərəbbəsrə kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 412 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən də Kəlbəcər rayonundan məcburi köçkün olsa da Yevlax rayonu Xanabad kəndində yaşayır. Göründüyü kimi, doğum qeyd edilərkən atalıq müəyyən edilməmiş, uşaq nikahı olmayan anadan olduğundan və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadığından, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.3-cü maddəsinin göstərişinə uyğun olaraq doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılmış, uşağın atasının və babasının adı isə uşağın anasının göstərişi üzrə yazılmışdır. Doğum qeydə alınandan sonra iddiaçı atalığın müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsindən görünür ki, atalığın müəyyən edilməsi barədə ərizəyə baxılarkən məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. İddiaçının doğduğu uşağın cavabdehdən törədiyini təsdiq edən sübutlar mövcuddur. Belə ki, cavabdeh X3 xx.xx.2016-cı il təvəllüdlü Nihadın atası olduğunu etiraf etmiş və bu barədə məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə təqdim etmişdir. İddianın bu hissədə etiraf edilməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, məhkəmə iddianın etiraf edilməsini qəbul edir və xx.xx.2016-cı il təvəllüdlü Nihadın atasının cavabdeh X3 olmasının müəyyən edilməsini mümkün sayır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Hazırkı halda xx.xx.2016-cı il təvəllüdlü X4 yaşını, qida və digər zəruri xərclərə tələbatlarını, tərəflərin maddi və ailə vəziyyətlərini, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduqlarını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə hər ay 180 manat sabit pul məbləğində aliment tutulmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, xx.xx.2016-cı il tarixində Bakı şəhəri Sabunçu rayonunda doğulmuş X4 atasının X3 olması müəyyən edilməli, bu barədə müvafiq akt qeydində düzəliş edilməli və cavabdeh X1 X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 manat sabit pul məbləğində aliment tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə 18 noyabr 2022-ci il tarixdə müraciət etdiyindən aliment də həmin tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cu maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2016-cı il tarixdə Bakı şəhəri Sabunçu rayonunda doğulmuş, doğulması Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən akt qeydləri kitabında xx.xx.2017-ci il tarixində 775 nömrə ilə qeyd edilmiş X4 atasının X3 olması müəyyən edilsin. X4 doğum haqqında akt qeydində müvafiq dəyişikliklər edilərək soyadı–Balakişiyev, atası – X3 göstərilsin. xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 18 noyabr 2022-ci il tarixdən başlayaraq cavabdeh X1 hər ay 180 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Alimentin tutulması hissəsində qətnamə darhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilməli olan dövlət rüsumunun əvəzi – 30 (otuz) manat cavabdeh X1 dövlət büdcəsi xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar