Məhkəmə qərarları › İş №2(039)-179/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-179/2023

10.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-179/2023 10.01.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, ərizəçilər Ərizəçi1 və Qarayeva (İlyaslı) Arzu Eldar qızının iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Qarayeva (İlyaslı) Arzu Eldar qızının “sənədin şəxsə məxsus olması faktın müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Qarayeva (İlyaslı) Arzu Eldar qızı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax Ərazi İdarəsini maraqlı şəxs qismində qeyd etməklə, ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, JN-130 KOD 90100028 saylı torpağın mülkiyyətinə verilməsinə dair dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 1-ci ərizəçi olaraq o, xx.xx.1962-ci ildə Yevlax rayonu Qoyunbinəsi kəndində andan olmuş, doğum şəhadətnaməsində soyadının İsgəndərov, adı Eldar, atasının adı Eliyaz yazılmışdır. 2-ci ərizəçi olaraq o, xx.xx.1994-cü ildə Yevlax rayonu Qoyunbinəsi kəndində anadan olmuş, doğum şəhadətnaməsində soyadı İlyaslı, adı Arzu atasının adı Eldar yazılmış, xx.xx.2013-cü ildə X12 ilə nikah bağlayıb ailə qurmuş və Qarayeva soyadını götürmüşdür. Yevlax rayonu, Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 33 nömrəli qərarı ilə Yevlax rayonu, Qoyunbinəsi kəndində ümumi birgə mülkiyyətinə verilmiş,1.85 hektar pay torpaq sahəsi barədə JN-130 KOD 90100028 saylı torpağın mülkiyyətinə verilməsinə dair dövlət aktında 1-ci ərizəçi olaraq atasının adı səhvən İlyas, 2-ci ərizəçi olaraq soyadı səhvən İsgəndərova yazıldığına görə müəyyən mülki hüquqlarını həyata keçirə bilmirlər. Həmin səhvliklərin düzəldilməsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax ərazi İdarəsinə müraciət etmiş, tələbi təmin edilməmiş və ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Qeyd edilən səhvləri başqa qaydada düzəltmək mümkün olmadığından hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin, eyni zamandan digər ərizəçinin nümayəndəsinin, habelə şahidlərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; xx.xx.2022-ci il tarixdə verilmiş 2854 №-li doğum akt qeydindən görünür ki, Ərizəçi1 xx.xx.1962-ci il tarixdə Yevlax şəhərində anadan olmuşdur; atası- X3, anası- X2r. xx.xx.2022-ci il tarixdə verilmiş xx/xx-2541 №-li arayışdan görünür ki, xx.xx.1994-cü il tarixdə Yevlax rayon Qoyunbinəsi kəndində anadan olmuş Ərizəçi2 xx.xx.1994-cü ildə Yevlax rayon Qoyunbinəsi icra nümayəndəsi tərəfindən tərtib edilmiş 76 saylı doğum akt qeydindən soyadı “İlyaslı” kimi qeyd edilmişdir. Doğum haqqında haqqında akt qeydində heç bir dəyişilik edilməmişdir. Vətəndaşa XVİİİ-JQ 479577 nörmrəli doğum haqqında şəhadətnamə verilmişdir. Ərizəçi1 məxsus xx.xx.2012-ci il tarixdə verilmiş AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsində ərizəçinin soyadı “İsgəndərov”, adı “Eldar”, atasının adı “Eliyaz”, doğulduğu yer “Yevlax rayonu, Qoyunbinəsi kəndi”, doğulduğu tarix isə “xx.xx.1962”, qeydiyyatda olduğu ünvan “Yevlax rayonu Qoyunbinəsi kəndi” göstərilmişdir. Ərizəçi2 məxsus AA seriyalı, ******* №-li şəxsiyyət vəsiqəsində ərizəçinin soyadı “Qarayeva”, adı “Arzu”, atasının adı “Eldar”, doğulduğu tarix isə “xx.xx.1994”, göstərilmişdir. Yevlax rayonunun Qoyunbinəsi kənd icra nümayəndəliyi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZ-İ seriyalı 895872 №li nikah haqqında şəhadətnamədən görünür ki, X13 ilə X15 arasında bağlanmış nikah 2013-ci ilin oktyabr ayının 03-cü günündə akt qeydləri kitabında 15 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Qarayev, arvada isə Qarayeva soyadı verilmişdir. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Qoyunbinəsi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi1 və Qarayeva (İlyaslı) Arzu Eldar qızı həqiqətən də Yevlax rayonu Qoyunbinəsi kəndində yaşayırlar. JN-130 KOD 90100028 saylı torpağın mülkiyyətinə verilməsinə dair dövlət aktında Ərizəçi1 atasının adı Eliyaz əvəzinə İlyas və Ərizəçi2 soyadı İlyaslı əvəzinə səhvən İsgəndərova yazılmışdır. JN-130 KOD 90100028 №-li “torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, Ərizəçi1 İlyas oğluna, X1 və X4 Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 33 saylı qərarı ilə Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı üçün 1,85 ha torpaq sahəsi verilmişdir. DƏDRX-in 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-166F №-li torpağın mülkiyyət hüququna dair dövlət aktında hər hansı bir düzəlişin və ya dəyişikliyin edilməsi DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid deyildir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X5 və X8 ifadələrində bildirmişdir ki, ərizəçilər onların həmkəndlisidir. Ərizəçilərdən birinin atasının adı Eldar və ikincisinin soyadının İlyaslı olduğunu bildirmişlər. Qeyd olunanlara əsasən müəyyən edilir ki, ərizəçilərin, JN-130 KOD 90100028 №-li “torpağa mülkiyyət hüququna dair şəhadətnamə”də göstərilmiş “ata adlı və soyadı” ilə şəxsiyyət vəsiqələrində göstərilən “ata adı və soyadları” düz gəlmir, şəhadətnamədə “Ərizəçi1 və Ərizəçi2” əvəzinə “Ərizəçi1 İlyas oğlu və X6” yazılmışdır. Məhkəmə, mövcud mübahisəninin həlli ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Qeyd olunan prosessual hüquq normalarının tələblərindən çıxış edən məhkəmə hesab edir ki, JN-130 KOD 90100028 №-li “torpağa mülkiyyət hüququna” dair dövlət aktında göstərilən “Ərizəçi1 İlyas oğlu” AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi1” ilə eyni şəxsdir və “X6” AA seriyalı, ******* №-li şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi2” ilə eyni şəxsdir ərizəçilərin həmin dövlət aktlarını onlara məxsus olması faktının müəyyən edilməsini tələb etməkdə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-130 KOD 90100028 №-li “torpağa mülkiyyət hüququna” dair dövlət aktında göstərilən “Ərizəçi1 İlyas oğlu” AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi1” ilə eyni şəxsdir və “X6” AA seriyalı, ******* №-li şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi2” ilə eyni şəxsdir ərizəçilərin həmin dövlət aktlarını onlara məxsus olması faktının müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar