Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1800/2021 09.09.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 ızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcla əlaqədar pul tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən istehlak etdiyi elektrik enerjisinə görə yaratmış olduğu 8,012.01 manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia iddia tələbini onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. Cavabdeh elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Yevlax EŞ-nin “Proqram bazası”nda **********00507 saylı istehlakçı kodu ilə cəydiyyatda olmaqla elektrik enerjisindən yaşadığı evə quraşdırılmış CE200 tipli, zavod nömrəsi ********** olan elektrik hesablama sayğacı vasitəsi ilə 15.09.2014-cü il tarixdən 07.07.2017-ci il tarixinə kimi, 07.07.2017-ci il tarixdən VİKO-M580 tipli, zavod nömrəsi ******* olan elektrik hesablama sayğacı vasitəsi ilə hal-hazıra kimi istifadə edir. Tərəflər arasında “Elektrik enerjisinin alqı-satqısının bir tipli müqaviləsi” bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən “enerji təchizatı -müəssisəsi istehlakçını (məişət abonenti) keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz edir, abonent isə istehlak edilmiş elektrik enerjisinin dəyərini yaşadığı evə quraşdırılmış elektrik hesablama sayğacının göstəricilərinə əsasən ona təqdim edilmiş “Bildiriş-Xəbərdarlığ”a uyğun olaraq ödəyir.Elektrik enerjisinə görə hesablaşma dövrü 1 ay qəbul olunur 22.11.2015-ci il tarixdən 13.06.2021-ci il tarixinə kimi Cavabdeh yaşadığı evə quraşdırılmış elektrik hesablama sayğaclarının enerji sərfiyyatı göstəricilərinə əsasən dəyəri 10058,93 manat təşkil edən 146583 kvt/saat miqdarında elektrik enerjisi stehlak etmişdir. 31.12.2016-cı il tarixindən "xxxx" ASC tərəfindən məcburi köçkünlərin elektrik enerjisindən istifadəyə görə yaratmış olduqları debitor borclar birtərəfli qaydada silinmişdir. İddiaçı Cavabdeh həmin tarixə yaratmış olduğu 8,064.01 manat məbləğində debitor borcu da onun istehlakçı kodu üzrə hesabından silinmişdir. Bundan əlavə cavabdeh tərəfindən limitdən (300 kvt) artıq istehlak edilmiş elektrik enerjisinin manat təşkil edən dəyəri də nəzərə alınmaqla 3,934.03 manat məbləğində elektrik enerjisi istehlak edilmişdir. Beləliklə cavabdeh tərəfindən bu günə kimi istehlak edilmiş elektrik enerjisinin dəyərindən ödəniş ecilmədiyi üçün onun 12.07.2021-ci il tarixinə ödənilməli olan 8,012.01 manat məbləğində debitor borcu vardır. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Mahir Məmmədov iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Şövqü Allahverdiyev iddianı qəbul etməyərək bildirmişdir ki, Yevlax rayonu, Malbinəsi kəndində məskunlaşdığı evdə müqavilə əsasında işıqdan istifadə etmişdir. Lakin, bu ev qaz ilə təmin edilməmişdir. Bu səbəbdən məcburiyyət qarşısında işıqdan çox istifadə etmiş, ona ayrılmış limit kifayət etməmiş və qeyd edilən borc yaranmışdır. Bununla əlaqədar müvafiq orqanlara müraciət etmişdir ki, onun borcu dövlət hesabına ödənilsin. İddianın təmin edilməməsini xahiş etmişdir. 05 yanvar 2021-ci il tarixli 221513 saylı müqavilənin surətindən məlum olur ki, Yevlax EŞ-nin “Proqram bazası”nda **********00507 saylı istehlakçı kodu ilə abonent Cavabdeh məskunlaşdığı Yevlax rayonu, Malbinəsi kəndində yerləşən evin elektrik enerjisi ilə təmin edilməsi öhdəliyini üzərinə götürmüşdür. **********00507 saylı Abunə haqqında məlumatdan müəyyən olunur ki, qeyd edilən ünvanda Cavabdeh məskunlaşdığı ev elektrik enerjisi ilə təmin edilmiş, sayğac üzrə hesablanmış 31 dekabr 2016-cı il tarixə borc silinmiş, 13 iyun 2021-ci il tarixə 8,012.01 manat borc yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.2-ci bəndinə əsasən bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq, dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Qaydaların 8.4-cü bəndinə əsasən “Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır”. Bənd 9.10. İstehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Mülki Məcəllə: Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 567 Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 36.11. İcra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin Yevlax rayonu Malbinəsi kəndində yerləşən fərdi yaşayış evi elektrik enerjisi ilə "xxxx" ASC tərəfindən təmin olunmuşdur, cavabdeh isə 2016-cı ildən istifadə etdiyi elektrik enerjisinin haqqını tam olaraq ödəməmiş və nəticədə 8,012.01 manat məbləğində debitor borcu yaranmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 8,012.01 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360 maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh 8,012.01 manat borc, habelə 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 8,042 (səkkiz min qırx iki) manat 01 (bir) qəpik "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1800/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1800/2021
09.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver