Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1807/2020 25.11.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “istehlakçı kimi əsassız ödənilmiş pulun abonent koduna geri qaytarılması” tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı istehlakçı kimi ondan tutulmuş 617 manat pulun, cavabdeh tərəfindən onun **********00000 saylı abonenet koduna geri qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanda özünə məxsus fərdi yaşayış evində yaşayır. Cavabdeh orqanın Yevlax İstismar sahəsi ilə aralarında bağlanmış müqaviləyə əsasən mənzili təbii qazla təmin edilmişdir, sərf etdiyi təbii qaza görə nəzərətçi tərəfindən verilmiş bildirişdə göstərilən məbləği vaxtında poçt vasitəsi ilə cavabdeh orqanın hesabına ödəməşdir. “Cavabdeh” X1 X2 İdarəsinin əməkdaşları yaşayış evi üçün qurlaşdırılmış qaz sayğacını həyətdə yox, həyətindən çöldə quraşdırılmışlar. Qaz sayğacına baxış keçirilmiş, sayğacın yoxlanılması üçün sayğac dəyişdirilmiş və bu barədə akt tərtib edilmişdir. Yoxlamadan sonra ona bildirmişlər ki, sayğaca guya müdaxilə olmuşdur. Lakin o, həmin sayğaca heç bir müdaxilə etməmişdir. Yevlax Rayon Məhkəməsindən ona əsassız hesablanış 1540,80 manat cərimənin silinməsini xahiş etmişdir. Məhkəmə qətnaməsi ilə ona hesablanmış 923,80 manat cərimə silinmişdir. İddianın qalan hissəsi, yəni 617 manat tərəfindən ödəniş olunduğu üçün təmin edilməmişdir. Həmçinin məhkəmə qətnaməsi ilə onun sayğaca müdaxilə etməməsi və ona cəmi 1540,80 manat cərimə hesablanması sübuta yetirilmişdir. Bildirir ki, 617 manatı o, könüllü olaraq ödəməmişdir. Belə ki, onun yaşadığı evə “smartkart” tipli sayğac quraşdırıldığından qaza pul ödəyərkən bir hissəsini əsassız yazılmış cərimə borcuna çıxmışlar. Hazırda həmin istehlakçı kimi tutulmuş əsassız borcun onun abonent koduna geri qaytarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə, iş üzrə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Tərtər X2 İdarəsinə (RQİİ) qarşı borcun 1540,80 manat borcun silinməsi tələbinə dair iddiası qismən təmin edilərək, iddiaçının, Yevlax şəhəri Neftkəməri 37 ünvanında təbii qazdan istifadəyə görə **********00000 saylı abonent koduna hesablanmış 923,80 manat borc silinmiş, qalan hissədə iddia təmin edilməmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, iddiaçıya hesablanmış 1540,80 manat borcdan 617 manat iddiaçı tərəfindən ödənildiyindən və həmin məbləğin geri qaytarılması tələb edilmədiyindən iddia 617 manat borcun silinməsi hissəsində təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilənləri nəzərə alan Məhkəmə, mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Азярбайъан Республикасы Мцлки Мяъяллясинин 1091.1-ъи маддясиня ясасян ясассыз варланан о шяхс (варланмыш шяхс) сайылыр ки, щцгуги ясас олмадан башга шяхсин (мящрум оланын) щесабына ямлак ялдя етсин. Həmin Məcəllənin 1091.2-ъи маддясиня ясасян ясассыз варланма йалныз о заман баш верир ки, бу ъцр варланмайа щагг газандыран гануни ясас вя йа мцгавиля ясасы олмур. Щцгуги ясас олмадан варланма щямчинин о щалларда баш вермиш сайылыр ки, бу ъцр варланма щяйата кечирилмямиш ясаса вя йа сонралар арадан галхмыш ясаса сюйкянир; Həmin Məcəllənin 1092.1-ъи маддясиня ясасян вarlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə də, məhkəmə baxışının nəticələri ilə müəyyən edilir ki, cavabdeh Birlik tərəfindən iddiaçıya əlavə sərfiyyata görə əsassız olaraq 1540,80 manat borc hesablanmış, həmin borcu 617 manat hissəsi cavabdeh tərəfindən tutulmuş, 923,80 manat hissəsi isə məhkəmə qətnaməsinə əsasən silinmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 617 manat pulun iddiaçının **********00000 saylı abonent koduna geri qaytarılmasına dair iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının irəli sürdüyü tələb istehlakçının hüquqlarının müdafiəsi ilə bağlı olduğundan o, dövlət rüsumu ödəməkdən azad edildiyinə görə, dövlət rüsumu cavabdeh Birliyə aid edilməli, bu məqsədlə 30 manat məbləğində pul cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı tərəfindən ödənilmiş 617 manat pul “Cavabdeh” İstehsal Birliyi tərəfindən iddiaçının **********00000 saylı abonet koduna geri qaytarılsın. Dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul cavabdeh “Cavabdeh” İstehsalat Birliyindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1807/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1807/2020
25.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver