Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1809/2022 27.09.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, ərizəçi, eyni zamandan digər Ərizəçi1 nümayəndəsi Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 “sənədin şəxsə məxsus olması faktın müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax Ərazi İdarəsini maraqlı şəxs qismində qeyd etməklə, ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, JN-166F KOD 90105010 saylı torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamənin 1-ci ərizəçi olaraq ona, JN-278 KOD 90105018 saylı topağın mülkiyyət hüququna dair dövlət aktının 1-ci və 2-ci ərizəçi olaraq onlara məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onlar ərizəçilər doğma qardaşdır və ataları X5r. 1-ci ərizəçi olaraq doğum haqqında şəhadətnamədə onun soyadı Qurbanov, adı Sultan, atasının adı Səbri, 2-ci ərizəçi olaraq doğum haqqında şəhadətnamədə soyadı Qurbanov, adı Ceyhun və atasının adı Səbri yazılmışdır. 1-ci ərizəçi olaraq Yevlax rayonu Havarlı kəndində mülkiyyətində olan 0,26 hektar həyətyanı torpaq sahəsi üçün verilmiş JN-166F KOD 90105010 saylı torpağın verilməsinə dair şəhadətnamədə onun adı səhvən Soltan və atasının adlı Sərbi oğlu yazılmışdır. Bundan başqa Yevlax rayonu, Havarlı kəndində onların mülkiyyətində olan 0,48 hektar torpaq sahəsi üçün verilmiş JN-278 KOD 90105018 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktında 1-ci ərizəçi olaraq atasının adı səhvən Sərbi, 2-ci ərizəçi olaraq adı səhvən Soltan və atasının adı səhvən Sərbi yazılmışdır. Sənədlərdə ad və ata adında getmiş səhvliklərin düzəldilməsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax ərazi İdarəsinə müraciət etmiş, tələbi təmin edilməmiş və ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Qeyd edilən səhvləri başqa qaydada düzəltmək mümkün olmadığından hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin, eyni zamandan digər ərizəçinin nümayəndəsinin, habelə şahidlərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; xx.xx.1979-cu il tarixdə verilmiş İV-ЖГ seriyalı 390509 №-li doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi2 xx.xx.1979-cu il tarixdə Mingəçevir şəhərində anadan olmuşdur; atası- X8, anası- X3r. xx.xx.1977-ci il tarixdə verilmiş V-ЖГ seriyalı 295394 №-li doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi1 Sabri oğlu xx.xx.1977-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuşdur; atası- X8, anası- X3r. Ərizəçi2 məxsus xx.xx.2015-ci il tarixdə verilmiş AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsində ərizəçinin soyadı “Qurbanov”, adı “Sultan”, atasının adı “Sabri”, doğulduğu yer “Mingəçevir şəhərində”, doğulduğu tarix isə “xx.xx.1979”, qeydiyyatda olduğu ünvan “Yevlax rayonu Havarlı kəndi” göstərilmişdir. Ərizəçi1 məxsus xx.xx.2012-ci il tarixdə verilmiş AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsində ərizəçinin soyadı “Qurbanov”, adı “Ceyhun”, atasının adı “Səbri”, doğulduğu yer “Mingəçevir şəhərində”, doğulduğu tarix isə “xx.xx.1977”, qeydiyyatda olduğu ünvan “Yevlax rayonu Havarlı kəndi” göstərilmişdir. AA seriyalı, ******* №-li “Şəxsiyyət vəsiqəsi”ndə ərizəçinin atasının soyadı “Qurbanov”, adı “Səbri”, atasının adı “Davud”, doğulduğu tarix isə “xx.xx.1949” göstərilmişdir. JN-166F KOD 90105010 №-li “torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, X4 Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 33 saylı qərarı ilə Yevlax rayonu Havarlı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı 0,26 ha torpaq sahəsi verilmişdir. JN-278 KOD 90105018 №-li “torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, Ərizəçi1 Sərbi oğluna və X4 Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 33 saylı qərarı ilə Yevlax rayonu Havarlı kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı üçün 0,48 ha torpaq sahəsi verilmişdir. DƏDRX-in 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-166F №-li torpağın mülkiyyət hüququna dair dövlət aktında hər hansı bir düzəlişin və ya dəyişikliyin edilməsi DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid deyildir. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Havarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi2 adı və atasının adı torpağın mülkiyyətə hüququna dair JN-166F KOD 90105010 olan dövlət aktında texniki səhv olaraq X1 qeyd olunmuşdur. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Havarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi1 atasının adı torpağın mülkiyyətə hüququna dair JN-278 KOD 90105018 olan dövlət aktında texniki səhv olaraq Ərizəçi1 Sərbi oğlu kimi qeyd olunmuşdur. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Havarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi2 adı torpağın mülkiyyətə hüququna dair JN-278 KOD 90105018 olan dövlət aktında vətandaşın adlı texniki səhv olaraq X2 qeyd olunmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X11 və X9 ifadələrində bildirmişdir ki, ərizəçilər onların həmkəndlisidir. Ərizəçilərdən birinin adı Sultan və ata adlarının Səbri olduğunu bildirmişlər. Qeyd olunanlara əsasən müəyyən edilir ki, ərizəçilərin, JN-166F KOD 90105010 №-li “torpağa mülkiyyət hüququna dair şəhadətnamə”də göstərilmiş “adı” və ata adı ilə doğum haqqında şəhadətnamədə göstərilən “adı” düz gəlmir, şəhadətnamədə “Ərizəçi2” əvəzinə “X6 ” yazılmış və JN-278 90105018 №-li “torpağa mülkiyyət hüququna dair şəhadətnamə”də göstərilmiş “adı” və ata adı ilə doğum haqqında şəhadətnamədə göstərilən “adı” düz gəlmir, şəhadətnamədə “Ərizəçi1 və Ərizəçi2” əvəzinə “Ərizəçi1 Sərbi oğlu və X6 yazılmışdır. Məhkəmə, mövcud mübahisəninin həlli ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Qeyd olunan prosessual hüquq normalarının tələblərindən çıxış edən məhkəmə hesab edir ki, JN-166F KOD 90105010 №-li “torpağa mülkiyyət hüququna” dair dövlət aktında göstərilən “X6” Vİ-ЖГ seriyalı, 390509 №-li doğum haqqında şəhadətnamədə göstərilən “Ərizəçi2 Səbri oğlu” ilə eyni şəxsdir və JN-278 KOD 90105018 №-li “torpağa mülkiyyət hüququna” dair dövlət aktında göstərilən “Ərizəçi1 Sərbi oğlu və X6” V-ЖГ seriyalı, 295394 №-li və Vİ-ЖГ seriyalı, 390509 №-li doğum haqqında şəhadətnamələrdə göstərilən “Ərizəçi1 və Ərizəçi2 Səbri oğlu” ilə eyni şəxsdirlər ərizəçilərin həmin dövlət aktlarını onlara məxsus olması faktının müəyyən edilməsini tələb etməkdə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-166F KOD 90105010 №-li “torpağa mülkiyyət hüququna dair” dövlət aktının Ərizəçi2 məxsus olması faktı müəyyən edilməsi və JN-278 KOD 90105018 №-li “torpağa mülkiyyət hüququna dair” dövlət aktının Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1809/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1809/2022
27.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver