Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1813/2022 23.11.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” barədə ərizəsi üzrə işə məhkəmə iclаsındа bахаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Yevlax şəhəri İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasını qeyd etməklə “şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, oğlu xx.xx.2001-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək bildirdi ki, xx.xx.2001-ci il təvəllüdlü X1 rayonu, Köyük kəndində anadan olmuş, hazırda onunla bir yerdə yaşayır və sonuncuya özü qulluq edir. Artıq 21 ildir ki, yəni anadan olandan oğlu Babək Əmirahov həm fiziki olaraq, həm də psixi olaraq xəstədir. Kifayət qədər psixi qüsurları vardır. Babək anadan olandan bu günə kimi özünü idarə edə bilmir, eşitmə, danışma qabiliyyəti yoxdur. Yerindən tərpənə bilmir. Hərəkət edə bilmir, həmçinin də davranışlarına, hərəkətlərinə nəzarət edə bilməməkdədir. Məhkəmədən iddianın təmin olunmasını xahiş edə, məsələ ilə bağlı ekspertiza rəyinin alınması ilə razılaşmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş maraqlı şəxs Yevlax Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəyə uyğun izahat verərək, məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2001-ci il təvəllüdlü Babək Əmirahovun atası Ərizəçi, anası X3r. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Publik hüquqi şəxsin 3 saylı X8 ərazi filialının xx.xx.2022ci il tarixli arayışından görünür ki, X4 həqiqətən də İ dərəcəli əlilliyə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdü 130 manat və 220 manat sosial müavinət alır. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Qaramanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 211 saylı xx.xx.2022-ci il tarirxli arayışdan görünür ki, iddiaçı Ərizəçi həqiqətən də Yevlax rayonu, Köyük kəndində yaşayır və oğlu X5 xəstə İ qrup əlil və atasının himayəsindədir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair xx.xx.2019-cu il tarixli məlumatından görünür ki, Əmrahov Babək Eldar oğlunun sağlamlıq imkanları məhduddur və kənar şəxsin qulluğuna ehtiyacı var. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonevroloji Dispanseri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 624 №li məhkəmə psixiatrik ekspertiza rəyindən görünür ki, X5 uşaqlıqdan A ağır dərəcəli kəmağıllıq, davranış pozğunluqları, uşaq serebral iflicinin qalıq əlamətləri ilə XBT-10 (Pisixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xroniki xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlamaq və hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq Əmrahov Babək Eldar oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2001-ci il təvəllüdlü X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2001-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1813/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1813/2022
23.11.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver