Məhkəmə qərarları › İş №2(039)-1849/2020

Yevlax Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(039)-1849/2020

12.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1849/2020 12.10.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh və Maraqlı şəxsnə qarşı «atalıq faktının müəyyən edilməsi və aliment» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və Maraqlı şəxsnə qarşı «atalıq faktının müəyyən edilməsi və aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2010-cu il təvəllüdlü X3 və xx xxxxxxxx 2011-ci il təvəllüdlü X5 atalarının Cavabdeh olması faktının məhkəmə qaydasında müəyyən edilməsi və Maraqlı şəxs tərəfindən uşaqlara veriləcək doğum haqqında şəhadətnamədə müvafiq düzəlişlərin edilməsi; Cavabdeh xx xxxx 2010cu il təvəllüdlü X3 və xx xxxxxxxx 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, hər uşaq üçün 120 manat alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izah etdi ki, cavabdehlə 2007-ci ildə qeyri rəsmi ailə qurmaqla yaşamışlar. Birgə yaşayışlarından xx xxxx 2010-cu il təvəllüdlü X6 və xx xxxxxxxx 2011-ci il təvəllüdlü X9 adlı iki uşaqları dünayaya gəlmişdir. Ailə qurduqları ilk vaxtlar ailə münasibətləri normal olsa da, bir müddət sonra ailə münasibətləri soyumuşdur. Hazırda cavabdehlə ayrılmışlar və uşaqlar onun yanındadır. O bir ana kimi uşaqların qarşısında hər bir öhdəliyini yerinə yetirsə də maddi vəziyyəti ağır olduğundan uşağın tələbatlarını ödəməkdə çətinlik çəkir. Hazırda da cavabdeh nə ona, nə də himayəsində olan azyaşlı uşaqlarına baxmır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəməyə ərizə təqdim edərək iş üzrə Cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə qiyabi icraat qaydasında baxılmaqla qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı və vəkili Vəkil izah etdi ki, təfərlər qeyri rəsmi ailə quraraq birgə yaşamışlar. Birgə yaşayışlarından iki uşaqları olmuşdur. Cavabdeh könüllü olaraq uşağın atası olmasının müəyyən edilməsi üçün Qeydiyyat şöbəsinə getmir. Həmçinin uşağın saxlanılması üçün də aliment ödəmir. Cavabdeh və Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh və maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasi MPM-nin 238.1-ci maddəsinə əsasən işə cavabdehin və maraqlı şəxsin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadə verərək göstərdi ki, Sevda onu qızıdır. Qızı Cavabdeh ilə 2007-ci il tarixdə toy edərək evlənmişdir. Onların birgə nikahlarından iki uşaqları olmuşdur. Hazırda qızı övladları ilə birlikdə onun yanında yaşayır. Məhkəmə iddiaçının izahatını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-si tərəfindən xx xxxx 2015-ci il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxxxxxx 1988-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Yevlax şəhəri, Q.B.Zakir küçəsi 93-də qeydiyyatdadır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Asan-Bərdə tərəfindən xx xxxx 2018-ci il tarixdə verilmiş AZE seriyalı 18154368 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Əmirəliyev Nail xx xxxxxxxx 2011-ci il tarixdə X8 şəhərində anadan olmuş, Yevlax şəhəri, Q.B.Zakir küçəsi 93-də qeydiyyatdadır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Asan-Bərdə tərəfindən xx xxxxxxxx 2016-cı il tarixdə verilmiş AZE seriyalı 11286653 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X7 xx xxxx 2010-cu il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Yevlax şəhəri, Q.B.Zakir küçəsi 93-də qeydiyyatdadır. Beləliklə, məhkəmədə aydın olur ki, İddiaçı ilə Cavabdeh rəsmi nikah qeyd etdirmədən faktiki olaraq evlənərək ailə qurmuşlar. Onların birgə yaşayışlarından xx xxxx 2010-cu il təvəllüdlü X6 və xx xxxxxxxx 2011-ci il təvəllüdlü X9 adlı uşaqları hazırda iddiaçının himayəsindədir. Hazırda uşaqların soyadı iddiaçının soyadı ilə qeyd edilmişdir. Tərəflərin münasibətlləri pozulduğundan ayrılmışlar. İddiaçı məhkəməyə müraciət edərək uşaqların atasının Cavabdeh olmasının müəyyən ediməsini və uşaqların saxlanılması üçün alimentin tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən şahid tərəflərin bir ailə kimi yaşamalarını və iki övladlaırının olmasını bildirmişlər. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx xxxxxx 1982-ci il tarixdə Ağcəbədi şəhərində anadan olmuş, Yevlax şəhəri, F.Əmirov küçəsi 69-da qeydiyyatda olan və yaşayan Cavabdeh xx xxxx 2010-cu il təvəllüdlü X6 və xx xxxxxxxx 2011-ci il təvəllüdlü X9 adlı uşaqların atası olması müəyyən edilməli, Cavabdeh xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmaqla, xx xxxx 2010-cu il təvəllüdlü X6 və xx xxxxxxxx 2011-ci il təvəllüdlü X9 adlı uşaqların 18 yaşına çatana kimi saxlanılmaları üçün İddiaçı xeyrinə hər ay hər bir uşaq üçün 120 manat məbləğində aliment tutulmalıdır. Azərbaycan Respubkikası Konstitutsiyasının 34-cü madəsinin İV-cü bəndində göstərilir ki, ər ilə arvadın hüququ bərabərdir, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideyinlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideyinlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törənməsilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən, bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühiti yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli,müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” X2 xx xxxxxx 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideyinin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideyinlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Conston İrlandiyaya qarşı” iş üzrə X12 Məhkəməsi qərarında qeyd edilir ki, “nikahda olmayan valideyinlərlə onların uşaqları arasında təbii ailə əlaqələrinin normal inkişafı tələb edir ki, sonuncular nikahda olan valideyinlərin uşaqları ilə həm hüquqi, həm də sosial cəhətdən eyni vəziyyətdə olsunlar” Qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Qanun, həmçinin tərəflərdən birinin ailə və ya maddi vəziyyətində yaranmış dəyişikliklə əlaqədar alimentin miqdarının azaldılması imkanını nəzərdə tutur. Lakin qanunun mənasına görə bu, yalnız o halda mümkündür ki, tərəf həqiqətən də ailə və ya maddi vəziyyətində əhəmiyyətli pisləşməsini təsdiq edən sübutları məhkəməyə təqdim etsin, habelə daha az alimentin ödənilməsi ilə də uşaqların layiqli həyat şəraitini təmin etmək mümkün olsun. “Azərbaycan Respubilikasında 2020-ci il üçün Yaşayış minimumu haqqında” Qanuna əsasən, 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunan qanundan göründüyü kimi uşaqların saxlanması və onların maddi tələbatlarının təmin edilməsi valideyinlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideyinlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqların saxlanılması üçün lazım olan vəsaiti, yəni alimentin məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə Avropa Məhkəməsinin presedentləri baxımından da atalığın müəyyən edilməsi ilə bağlı iddianın təmin edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdilkləri sübutları araşdırmalı və onlardan istifadə etməldir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 186-cı maddəsinə əsasən atalığın müəyyən edilməsi valideyinlərdən birinin yaşadığı yerdə və atalığın müəyyən edilməsi haqqında məhkəmə qətnaməsinin çıxardığı yerdə qeydə alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 240- 245-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. xx xxxxxx 1982-ci il tarixdə Ağcəbədi şəhərində anadan olmuş, Yevlax şəhəri, F.Əmirov küçəsi 69-da qeydiyyatda olan və yaşayan Cavabdeh xx xxxx 2010-cu il təvəllüdlü X6 və xx xxxxxxxx 2011-ci il təvəllüdlü X9 adlı uşaqların atası olması müəyyən edilsin. Cavabdeh xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmaqla, xx xxxx 2010-cu il təvəllüdlü X6 və xx xxxxxxxx 2011-ci il təvəllüdlü X9 adlı uşaqların 18 yaşına çatana kimi saxlanılmaları üçün İddiaçı xeyrinə hər ay hər bir uşaq üçün 120 manat məbləğində aliment tutulsun. Cavabdeh iddianın təmin edilmiş hissəsinə münasib olaraq 30 (otuz) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Qiyabi qətnamədən 10 (on) gün müddətində qətnamənin ləğvi üçün Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar