Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1849/2022 06.09.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi “sənədin şəxsə məxsus olması faktın müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax Ərazi İdarəsini maraqlı şəxs qismində qeyd etməklə, ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək JN-0044 KOD 90104018 №-li torpağa mülkiyyət hüququna dair dövlət aktının ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun soyadı İsmayılova, adı Ramilə, atasının adı Natiq olduğu halda pay torpaq sahəsi üçün ailə üzvlərinin mülkiyyətinə verilmiş JN-0044 KOD 90104018 №-li torpağa mülkiyyət hüququna dair dövlət aktında adı səhvən “Rəsiyyə”, atasının adı isə səhvən “Həsən” yazıldığına görə müəyyən mülki hüquqlarını həyata keçirə bilmir. JN-0044 KOD 90104018 №-li torpağa mülkiyyət hüququna dair dövlət aktında adı və atasının adı ilə bağlı səhvliklərin düzəldilməsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax ərazi İdarəsinə müraciət etmiş, tələbi təmin edilməmiş və ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Qeyd edilən səhvləri başqa qaydada düzəltmək mümkün olmadığından hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, Yevlax rayonunun Varvara kəndində yerləşən 4.93 hektar torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş, lakin dövlət aktında qızının adı “Ramilə” deyil, səhv olaraq “Rəsiyyə”, atasının adı “Natiq” deyil səhv olaraq “Həsən” kimi qeyd edilmişdir. Səhvin düzəldilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax ərazi İdarəsinə müraciət olunsa da, məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Qeyd olunanları nəzərə alaraq ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin nümayəndəsinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Belə ki, Yevlax rayonu Varvara sovetliyi tərəfindən xx.xx.1991-ci il tarixdə verilmiş XİV-ЖГ seriyalı 482276 №-li doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1988-ci il tarixdə Yevlax şəhərində anadan olmuşdur; atası- X11, anası- Nümayəndədır. Ərizəçi Nümayəndə olan, xx.xx.2018-ci il tarixdə verilmiş AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsində ərizəçinin soyadı “İsmayılova”, adı “Ramilə”, atasının adı “Natiq”, doğulduğu yer “Yevlax rayonu Varvara kəndində”, doğulduğu tarix isə “xx.xx.1988”, qeydiyyatda olduğu ünvan “Yevlax rayonu Varvara kəndi” göstərilmişdir. JN-0044 KOD 90104018 №-li “torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, X8, X3, X9, X2, Nümayəndə, X4 və X6 Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 52 saylı qərarı ilə Yevlax rayonu Varvara kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı üçün 4,93 ha torpaq sahəsi verilmişdir. DƏDRX-in 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-0044 №-li torpağın mülkiyyət hüququna dair dövlət aktında hər hansı bir düzəlişin və ya dəyişikliyin edilməsi DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid deyildir. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Varvara kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, JN-0044 KOD 90104018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə X1 olaraq yazılmışdır. Şəxsiyyət vəsiqəsində soyadı adı Ərizəçindır. Yevlax rayon Qeydiyyat Şöbəsinin 102 №-li, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X11 və ailə üzvləri barədə məlumatlar belə qeyd olunmuşdur; həyat yoldaşıxx.xx.1965-ci təvəllüdlü Nümayəndə, qızı- xx.xx.1990-cu il təvəllüdlü Murquzova (İsmayılova) Aynurə Natiq qızı, oğlu-xx.xx.1992-ci il təvəllüdlü X10 və qızı- xx.xx.1988-ci il təvəllüdlü Ərizəçi. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Varvara kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 150 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X11 və ailə üzvləri həyat yoldaşı Nümayəndə, qızı Ərizəçi, qızı X7 və oğlu X10. Qeyd olunanlara əsasən müəyyən edilir ki, ərizəçinin, JN-0044 KOD 90104018 №-li “torpağa mülkiyyət hüququna dair şəhadətnamə”də göstərilmiş “adı” və ata adı ilə şəxsiyyət vəsiqəsində göstərilən “adı” düz gəlmir, şəhadətnamədə “Ərizəçi” əvəzinə “X5” yazılmışdır. Məhkəmə, mövcud mübahisəninin həlli ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Qeyd olunan prosessual hüquq normalarının tələblərindən çıxış edən məhkəmə hesab edir ki, JN-0044 KOD 90104018 №-li “torpağa mülkiyyət hüququna” dair dövlət aktında göstərilən “X5” AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi” ilə eyni şəxsdir və ərizəçi həmin dövlət aktının ona məxsus olması faktının müəyyən edilməsini tələb etməkdə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-0044 KOD 90104018 №-li “torpağa mülkiyyət hüququna dair” dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1849/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1849/2022
06.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver