Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-186/2021 26.01.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlu Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçilər İddiaçı1 və İddiaçı2 iştirakı ilə, Ərizəçilər İddiaçı1 və İddiaçı2 maraqlı şəxslər Maraqlı şəxsnə və Cavabdeh qarşı «mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi» haqqında işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : Ərizəçi İddiaçı1 və İddiaçı2 maraqlı şəxslər Maraqlı şəxsnə və Cavabdeh qarşı «mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxx 2006-cı il tarixdə vəfat etmiş atası X1 qalmış ünvan 1 mənzil 7-ə aid 1/4 hissənin miras əmlak kimi tərəflərindən qəbul edilməsi faktının müəyyən edilməsi və vərəsəliyin açılma yerinin – Yevlax şəhəri, H.Hacıyev küçəsi 22, mən 7 olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi İddiaçı1 məhkəmə iclasında izzah etdi ki, mirasın 4/3 hissəsini rəsmi olaraq qəbul etmişdir. Qalan 4/1 hissəsi isə qəbul edilməmişdir. Cavabdeh onun qardaşıdır. Sahib atasından qalan və ona çatan əmlakları satıb. Hazırda da onlar yaşadığı ünvan 1 mənzil 7 ünvanına ailəsi ilə birlikdə köçmüşdür. Birgə yaşamaları dözülməz həddə çatdığında məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Ərizəçi İddiaçı2 məhkəmə iclasında izah etdi ki, mərhum X2 onun həyat yoldaşı olmuşdur. Hazırda Əhməddən miras qalmış mənzildə yaşayırlar. Cavabdeh onun oğludur. Sahib hazırda onlar yaşadığı mənzilə köçmüşdür. Daima evlərində mübahisə olur. Birgə yaşamaları dözülməz həddə çatdığında məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasında iştirak etməməklərini üzrlü hesab edib, qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə ərizəçilərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə mübahisə vardır. Azərbaycan Respublikası MPM-nin 259.0.10-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə, məhkəmə ərizəni baxılmamış saxlayır. Hesab edirəm ki, ərizəçilər İddiaçı1 və İddiaçı2 maraqlı şəxslər Maraqlı şəxsnə və Cavabdeh qarşı «mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi» haqqında iş üzrə mübahisə olduğundan ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 306.4-cü maddəsinə əsasən, xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0, 259.0.10, 263-264, maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ M : Ərizəçilər İddiaçı1 və İddiaçı2 maraqlı şəxslər Maraqlı şəxsnə və Cavabdeh qarşı «mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi» haqqında iş üzrə mübahisə olduğundan, ərizə baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-186/2021
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-186/2021
26.01.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver