Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1898/2021 14.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə İddiaçı ALİYEV AZƏR QUMAŞ OĞLUNUN cavabdehlər ALİYEV RAHİD QUMAŞ OĞLUNA, ALİYEVA RƏNA QUMAŞ QİZİNA, ALİYEV ŞAHİD QUMAŞ OĞLUNA, ALİYEVA YEGANƏ QUMAŞ QİZİNA VƏ Cavabdeh5 qarşı “miras şərikləri arasında mirasın bölüşdürülməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ALİYEV AZƏR QUMAŞ OĞLU cavabdehlər ALİYEV RAHİD QUMAŞ OĞLUNA, ALİYEVA RƏNA QUMAŞ QİZİNA, ALİYEV ŞAHİD QUMAŞ OĞLUNA, ALİYEVA YEGANƏ QUMAŞ QİZİNA VƏ Cavabdeh5 qarşı “miras şərikləri arasında mirasın bölüşdürülməsi” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı 14 oktyabr 2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişlər. Cavabdehlər ALİYEV RAHİD QUMAŞ OĞLUNA, ALİYEVA RƏNA QUMAŞ QİZİNA, ALİYEV ŞAHİD QUMAŞ OĞLUNA, ALİYEVA YEGANƏ QUMAŞ QİZİNA VƏ Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. İddiaçı ərizəsinin dəlillərini nəzərdən keçirib hesab edirəm ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Hesab edirəm ki, iddiaçı ALİYEV AZƏR QUMAŞ OĞLUNUN cavabdehlər ALİYEV RAHİD QUMAŞ OĞLUNA, ALİYEVA RƏNA QUMAŞ QİZİNA, ALİYEV ŞAHİD QUMAŞ OĞLUNA, ALİYEVA YEGANƏ QUMAŞ QİZİNA VƏ Cavabdeh5 qarşı “miras şərikləri arasında mirasın bölüşdürülməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ALİYEV AZƏR QUMAŞ OĞLUNUN cavabdehlər ALİYEV RAHİD QUMAŞ OĞLUNA, ALİYEVA RƏNA QUMAŞ QİZİNA, ALİYEV ŞAHİD QUMAŞ OĞLUNA, ALİYEVA YEGANƏ QUMAŞ QİZİNA VƏ Cavabdeh5 qarşı “miras şərikləri arasında mirasın bölüşdürülməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1898/2021
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1898/2021
14.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver