Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-191/2023 09.01.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əsassız borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əsassız borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh orqan tərəfindən əsassız hesablanaraq ona yazılmış 1360 manat cərimənin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 məhkəmə iclasında 09 yanvar 2023-cü il tarixli barışıq sazişi təqdim edərək bildirdilər ki, tərəflər aralarında olan mübahisəni barışıq yolu ilə həll edərək, 09 yanvar 2023-cü il tarixdə barışıq sazişi imzalamışlar. Barışıq sazişinin şərtlərinə əsasən – 1). İddiaçı iddia tələbini dəyişərək cavabdeh "xxxx" ASC X7 Təchizatı və satışı idarəsi tərəfindən tərtib edilmiş akta əsasən hesablanmış 1324.70 manat borcun hesabından tam silinməsini tələb etmir və akt əsasında hesablanmış 1324.70 manat məbləğində enerji haqqı dəyərinin azaldılaraq 687.35 manat məbləğində müəyyən edilməsinə razılıq verir və həmin məbləğin hissə-hissə ödənilməsini öhdəsinə görürür. 2). Cavabdeh "xxxx" ASC-nin iş üzrə etibarnamə ilə səlahiyyətli nümayəndəsi X4 elektrik enerjisindən istifadəyə görə Enerji təchizatı müəssisəsi tərəfindən İddiaçı hesablanmış 1324.70 manat məbləğində enerji haqqı dəyərinin yuxarıda göstərilən qaydada azaldılaraq 687.35 manat məbləğində müəyyən edilməsinə etiraz etmir və gələcəkdə mübahisələndirməyəcək. Ona görə də, məhkəmədən tərəflər arasında bağlanmış 09 yanvar 2023-cü il tarixli barışıq sazişinin təsdiq olunması və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş edirlər. Tərəflər hər biri ayrı-ayrılıqda təqdim olunmuş barışıq sazişinin şərtləri ilə razı olduqlarını bildirərək, həmin barışıq sazişinin təsdiq olunması və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını, barışıq sazişini nəzərdən keçirib hesab edir ki, tərəflər arasında bağlanmış 09 yanvar 2023-cü il tarixli barışıq sazişi qanuna zidd olmadığından, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından həmin barışıq sazişi təsdiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, barışıq sazişinin şərtləri məhkəmə iclası protokoluna daxil edilmişdir və müvafiq qaydada imzalanmışdır. Tərəflərə barışıq sazişinin nəticələri və Azərbaycan Respublikası MPM-nin 262-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsi əsaslarının nəticələri izah olunmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 161, 261, 262, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçının nümayəndəsi X3 ilə cavabdehin nümayəndəsi X4 arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq olunsun: 1). İddiaçı iddia tələbini dəyişərək cavabdeh "xxxx" ASC X7 Təchizatı və satışı idarəsi tərəfindən tərtib edilmiş akta əsasən hesablanmış 1324.70 manat borcun hesabından tam silinməsini tələb etmir və akt əsasında hesablanmış 1324.70 manat məbləğində enerji haqqı dəyərinin azaldılaraq 687.35 manat məbləğində müəyyən edilməsinə razılıq verir və həmin məbləğin hissə-hissə ödənilməsini öhdəsinə görürür. 2). Cavabdeh "xxxx" ASC-nin iş üzrə etibarnamə ilə səlahiyyətli nümayəndəsi X4 elektrik enerjisindən istifadəyə görə Enerji təchizatı müəssisəsi tərəfindən İddiaçı hesablanmış 1324.70 manat məbləğində enerji haqqı dəyərinin yuxarıda göstərilən qaydada azaldılaraq 687.35 manat məbləğində müəyyən edilməsinə etiraz etmir və gələcəkdə mübahisələndirməyəcək. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əsassız borcun silinməsi» tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-191/2023
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-191/2023
09.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver