Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1923/2020 14.10.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi Yevlax şəhər Təhsil şöbəsi X.Məmmədov adına Aşağı Qarxun kənd orta məktəbinə qarşı «faktın müəyyən edilməsi» haqqında mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi Yevlax şəhər Təhsil şöbəsi X.Məmmədov adına Aşağı Qarxun kənd orta məktəbinə qarşı «faktın müəyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxx 2009-cu il tarixli A seriyalı 852820 saylı əsas təhsil haqqında şəhadətnamənin ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izah etdi ki, o, xx xxxxxxx 1993-cü il tarixdə anadan olmuşdur. Ağdam rayonundan məcburi köçkündür və Yevlax rayonu, Aşağı Qarxun kəndində müvəqqəti olaraq yaşayır. Yevlax rayonu, Aşağı Qarxun kəndində də orta məktəbi oxumuşdur. Adı Almazdır və bütün sənədlərində də adı Almaz kimi qeyd edilmişdir. Lakin ona Yevlax rayonu, Aşağı Qarxun kənd orta məktəbi tərəfindən verilmiş xx xxxx 2009-cu il tarixli A seriyalı 852820 saylı əsas təhsil haqqında şəhadətnamədə onun adı Sübhanə kimi qeyd edilmişdir. Hazırda kollecə qəbul ilə bağlı sənəd verərkən ona şəhadətnamədə adı səhv qeyd edildiyi məlum olmuşdur. Maraqlı şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi Yevlax şəhər Təhsil şöbəsi X.Məmmədov adına Aşağı Qarxun kənd orta məktəbinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxsın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştrakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsın Azərbaycan Respublikası Təhsil Nazirliyi Yevlax şəhər Təhsil şöbəsi X.Məmmədov adına Aşağı Qarxun kənd orta məktəbinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi xx xxxxxxx 1993-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2011-ci il tarixli AZ-l 696518 saylı nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, X11 ilə X6 arasında xx xxxxxx 2011-ci il tarixdə nikah qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxxx 2011-ci il tarixli AZ-ll 770067 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X6 xx xxxxxx 1993-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2013-cü il tarixli seriya AA 307302 saylı məcburi köçkün vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi Ağdam rayonundan məcburi köçkündür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayonu, Aşağı arxun kənd tam orta məktəbi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 270 saylı arayışından görünür ki, Ərizəçi həqiqətən 2009-cu ildə X.Məmmədov adına Aşağı Qarxun kənd tam orta məktəbində oxumuşdur. A 852820 saylı şəhadətnamə almışdır. Həmin şəhadətnamədə adının düzəliş edilərək, Almaz yazılması imkanları xaricindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxx 2009-cu il tarixli A 852820 saylı əsas təhsil haqqında şəhadətnamənin surətindən məlum olur ki, X4 X.Məmmədov adına Aşağı Qarxun kənd orta məktəbində oxumuşdur. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 305.1 və 305.1.1-ci maddələrinin tələbinə görə məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.1 və 307.2.11-ci maddələrinin tələbinə görə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları məhkəmə həmin şəxsə məxsus olması fatkını müəyyən edir. Məhkəmə iclasında təkzib edilməz sübutlarla müəyyən edilir ki, X6 xx xxxxxx 1993cü il tarixdə anadan olmuşdur. Ağdam rayonundan məcburi köçkündür. X1 rayonu, Aşağı Qarxun kəndində müvəqqəti yaşamış və həmin kəndin orta məktəbində təhsil almışdır. Bu barədə ona xx xxxx 2009-cu il tarixli A 852820 saylı əsas təhsil haqqında şəhadətnamə verilmişdir. Lakin həmin şəhadətnamədə adı səhvən Sübhanə kimi qeyd edilmişdir. X3 ilə X6 arasında xx xxxxxx 2011-ci il tarixdə nikah qeyd edilmiş və nikah bağlandıqdan sonra X6 həyat yoldaşının soyadı yəni Əmirova soyadını qəbul etmişdir. X5 verilmiş əsas təhsil haqqında şəhadətnamədə getmiş yalnışlığın başqa qaydada aradan qaldırılması qeyri mümkündür. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X2 adına X.Məmmədov adına Aşağı Qarxun kənd orta məktəbi tərəfindən verilmiş xx xxxx 2009-cu il tarixli A 852820 saylı əsas təhsil haqqında şəhadətnamənin Ərizəçi məxsusluğu faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 312-316 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X2 adına X.Məmmədov adına Aşağı Qarxun kənd orta məktəbi tərəfindən verilmiş xx xxxx 2009-cu il tarixli A 852820 saylı əsas təhsil haqqında şəhadətnamənin Ərizəçi məxsusluğu faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Yevlax Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1923/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1923/2020
14.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver