Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1927/2024 12.07.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Baxşəliyeva Ülkər Asif qızının katibliyi ilə, İddiaçı cavabdeh Bərdə Regional «Asan xidmət» mərkəzi notariat ofisinə qarşı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyən etdi: İddiaçı cavabdeh Bərdə Regional «Asan xidmət» mərkəzi notariat ofisinə qarşı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən edildi ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilməmişdir. Belə ki, iddia ərizəsindən və əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, cavabdeh Bərdə Regional «Asan xidmət» mərkəzi notariat ofisi Bərdə şəhəri H.Əliyev prospekti 100 ünvanında yerləşir. İddiaçı hazırkı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət etməli olduğu halda Yevlax Rayon Məhkəmsinə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin Yevlax Rayon Məhkəməsinə verilməsi üçün Azərbaycan Respublikasının MPM-nin 36 və 39-cu maddələri ilə müəyyən edilmiş əsaslar yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Bərdə Regional «Asan xidmət» mərkəzi notariat ofisinə qarşı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsini vermiş şəxsə cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə müraciət etmək hüququnun olduğu izah edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçi İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində yazılı şəkildə Yevlax Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(039)-1927/2024
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1927/2024
12.07.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver