Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1936/2023 17.07.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçinun “sənədin məxsusluğu faktının müəyyən edilməsi tələbinə dair” ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax Ərazi İdarəsini maraqlı şəxs qismində qeyd etməklə, ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli 30 yanvar 2023-cü il tarixli çıxarışda X1 qeyd edilmiş şəxsin xx xxxxxxx 1978-ci il tarixdə Yevlax şəhərində anadan olmuş Ərizəçi məxsusluğu faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi xx.xx.1978-ci il tarixdə Yevlax şəhərində anadan olmuşdur. Yevlax rayon Aqrar İslahat Komissiyasının qərarı ilə ona və ailə üzvlərində ünvan 1 ünvanında yerləşən 0.0462 hektar torpaq sahəsi verilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli 30 yanvar 2023-cü il tarixli çıxarışda texniki səhvə yol verilərək, onun adını Gülər kimi qeyd edilmişdir. Hazırda torpaq sahəsinə dair sənəddə səhvin düzəldilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmiş, lakin ərzəsinin icrasının mümkün olmadığı barədə ona bildiriş göndərilmişdir. Hazırda qeyd edilən faktın başaq formada bərpası mümkün olmadığından ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin, habelə şahidlərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Ərizəçi məxsus xx.xx.1979-cu il tarixdə verilmiş Vİ-ЖГ №-li 458142 doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1978-ci il tarixdə Yevlax şəhərində anadan olmuşdur; atası-X9, anası-X7r. Ərizəçi məxsus xx.xx.2014-cü il tarixdə verilmiş AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsində ərizəçinin soyadı “Salmanova”, adı “Sevinc”, atasının adı “Sahib”, doğulduğu yer “Yevlax şəhərində”, doğulduğu tarix isə “xx.xx.1978”, qeydiyyatda olduğu ünvan “ünvan 3əsinin 05/09/S/077529-23 №-li, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.1978-ci il təvəllüdlü Ərizəçi aid xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. Yevlax şəhər İcra Hakimiyyəti Başçının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 3344 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, ünvan 5 ünvana məxsus **********72-10301 №-li çıxarışda Ərizəçi adı mexaniki sahv olaraq X1 qeyd edilmişdir. Yevlax şəhər İcra Hakimiyyəti Başçının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1569 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X9 həqiqətən də ünvan 6 ünvanda qeydiyyatda olmasına baxmayaraq, 2015-ci il tarixdən ünvan 1 ünvanda yaşayır və ailə üzvləri - Həyat yoldaşı 1959-cü il təvəllüdlü X10, qızı 1978-ci il təvəllüdlü Ərizəçi və oğlu 1984-cü il təvəllüdlü X11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, Yevlax şəhəri Nəriman Nərimanov küçəsi ev 71A yerləşən ümumi sahəsi 212.6 xüsusi mülkiyyət 0.0462 ha yaşayış məntəqələrinin torpaq sahəsi X2, X3, X4 və X5 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestirində qeydiyyata alınmışdır. DƏDRX-in 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən tərtib edilmiş ********** qeydiyyat nömrəli, **********72-10301 №-li reyestr nömrəli dövlət reyestrindən çıxarışda hər hansı bir düzəlişin və ya dəyişikliyin edilməsi DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid deyildir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X6 və X14 ifadələrində bildirmişdir ki, ərizəçi onların dayısı qızıdır. Ərizəçinin adının “Sevinc” olduğunu, dayıları Salmanın isə Gülər adlı övladı olmadığını bildirmişdirlər. Qeyd olunanlara əsasən müəyyən edilir ki, ərizəçin, ********** №-li “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” göstərilmiş ərizəçinin “adı” ilə doğum haqqında şəhadətnaməsində göstərilən “adı” ilə düz gəlmir, çıxarışda “Ərizəçi” əvəzinə “X8” yazılmışdır. Məhkəmə, mövcud mübahisəninin həlli ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Qeyd olunan prosessual hüquq normalarının tələblərindən çıxış edən məhkəmə hesab edir ki, ********** №-li “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində” göstərilən “X12” Ərizəçi məxsus olan Vİ-ЖГ №-li 458142 №-li doğum haqqında şəhadətnamədə göstərilən şəxs ilə eyni şəxsdir, ərizəçi həmin çıxarışın ona məxsus olması faktının müəyyən edilməsini tələb etməkdə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. ********** №-li “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində” göstərilən “X8”nın Ərizəçi məxsus olan Vİ-ЖГ №-li 458142 №-li doğum haqqında şəhadətnamədə göstərilən şəxs ilə eyni şəxs olması, həmin çıxarışın ərizəçiyə məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1936/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1936/2023
17.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver