Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1950/2020 22.10.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı Azərbaycan Respublı̇kası Qaçqınların və Məcburı̇ köçkünlərı̇n ı̇şləri üzrə Dövlət Komı̇təsinin Mənzı̇l İ̇stı̇smar Departamentı̇nin Yevlax şəhər Mənzı̇l Kommunal İ̇stı̇smar Sahəsı̇nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublı̇kası Qaçqınların və Məcburı̇ köçkünlərı̇n ı̇şləri üzrə Dövlət Komı̇təsinin Mənzı̇l İ̇stı̇smar Departamentı̇nin Yevlax şəhər Mənzı̇l Kommunal İ̇stı̇smar Sahəsı̇ cavabdehlər X1 və Cavabdeh2 qarşı xx xxxx 2013-cü il tarixli 35 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılması tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublı̇kası Qaçqınların və Məcburı̇ köçkünlərı̇n ı̇şləri üzrə Dövlət Komı̇təsinin Mənzı̇l İ̇stı̇smar Departamentı̇nin Yevlax şəhər Mənzı̇l Kommunal İ̇stı̇smar Sahəsı̇ cavabdehlər Sahibə Sadıqovaya və Cavabdeh2 qarşı iddia ərzəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərə Yevlax şəhəri 615 mənzilli 5 mərtəbəli Məcburi Köçkün qəsəbəsində inşa edilmiş yaşayış kompleksindəki 1 saylı binada yerləşən 35 nömrəli 2 otaqlı mənzilinmüvəqqəti istifadələrinə verilməsinə dair xx xxxx 2013-cü il tarixli il 35 nömrəlixüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və cavabdehlərin həmin mənzildən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublı̇kası Qaçqınların və Məcburı̇ köçkünlərı̇n ı̇şləri üzrə Dövlət Komı̇təsinin Mənzı̇l İ̇stı̇smar Departamentı̇nin Yevlax şəhər Mənzı̇l Kommunal İ̇stı̇smar Sahəsı̇nin nümayəndəsi Afiq Mirzəyev məhkəmə iclasında ərizə təqdim edərək, iş üzrə mübahisə aradan qalxdığından ərizənin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Sahibə Sadıqova və Cavabdeh2 iclasa gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllə: Maddə 259.0.11 iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, ərizəçi, ərizənin qaytarılması barədə ərizə təqdim etdiyindən, bu, digər şəxsin hər hansı hüquq və vəzifələrinin pozulmasına əsas olmadığından ərizə baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 259.0.11, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Azərbaycan Respublı̇kası Qaçqınların və Məcburı̇ köçkünlərı̇n ı̇şləri üzrə Dövlət Komı̇təsinin Mənzı̇l İ̇stı̇smar Departamentı̇nin Yevlax şəhər Mənzı̇l Kommunal İ̇stı̇smar Sahəsı̇nin cavabdehlər X1 və Cavabdeh2 qarşı xx xxxx 2013-cü il tarixli 35 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizə və onlara əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1950/2020
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1950/2020
22.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver