Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-199/2023 17.01.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 sənədin şəxslərə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2, maraqlı şəxs olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsini qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək JN-055 KOD 90112048 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının və JN-056A ********** saylı torpağa mülkiyyət hüququna dair şəhadətnamənin onlara məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarımasını xahiş etmişdir. İşin halları: Ərizə belə əsaslandırılmışdır ki, JN-0055 KOD 90112048 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Yevlax rayonu, İsmayılabad kəndində yerləşən 2,06 hektar pay torpaq sahəsi və JN- 056A KOD 90112048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Yevlax rayonu, İsmayılabad kəndində yerləşən 0,08 hektar həyətyanı torpaq sahəsi onların və digər ailə üzvlərinin birgə mülkiyyətinə verilmişdir. Həmin dövlət aktında və şəhadətnamədə 1-ci ərizəçi olaraq atasının adı səhvən Tolik və 2-ci ərizəçi olaraq adı səhvən Gülnarə yazıldığına görə müəyyən mülki hüquqlarını həyata keçirə bilmir. Dövlət aktında və şəhadətnamədə getmiş səhvliklərin düzəldilməsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişlər, lakin tələbi təmin edilməmiş və məhkəməyə müraciət etməklərini bildirmişlər. Ona görə də JN-0055 KOD 90112048 saylı torpağa mülkiyyət hüququna dair dövlət ikimin və JN-056A KOD 90112048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin onlara məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir Tərəflərin izahatları: Ərizəçi1 və Ərizəçi2 iclas zamanı ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişlər. Maraqlı şəxs DƏDRX 17 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də, nümayəndəsinin iclasda iştirakını təmin etməmiş, bunun səbəbi barədə məlumat verməmişdir. Sübutlar: X7 bildirmişdir ki, Ərizəçi1 onun atası, Ərizəçi2 onun bacısıdır. JN-0055 KOD 90112048 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Yevlax rayonu İsmayılabad kəndində yerləşən 2,06 hektar pay torpaq sahəsi və JN-056A KOD 90112048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Ərizəçi1 ata adı, yəni onun babasının adı səhvən Tolik kimi və bacısının adı səhvən Gülnarə kimi qeyd edilmişdir. X8 bildirmişdir ki, Ərizəçi1 və Ərizəçi2 uzun müddətdir onun qonşularıdır, onların ailəsini yaxşı tanıyır. Ərizəçi1 atasının adı Paşadır, qızının adı isə Gülnardır. Yevlax rayonu, İsmayılabad kəndində yerləşən torpaq sahələri onlara məxsusdur. DƏDRX 17 saylı Ərazi İdarəsinin 28 oktyabr 2022-ci il tarixli **********2 nömrəli məktubunda qeyd olunur ki, təqdim edilmiş sənədlər idarənin arxiv materialları və elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmış və araşdırma nəticəsində məlum olmuşdur ki, ləğv edilmiş Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən verilmiş JN-0055 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında və JN-056A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən “Ərizəçi1 Tolik oğlu ilə şəxsiyyət vəsiqəsindəki “Ərizəçi1 qızı” adları arasında uyğunsuzluq mövcuddur. Müvafiq icra orqanları tərəfindən verilmiş sənədlərdə hər hansı bir düzəlişin edilməsi 17 saylı Yevlax Ərazi dərəsinin səlahiyyətinə aid deyil. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1-cä maddəsində qeyd edildiyi kimi; Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. KOD 90112048 JN-056A saylı Torpağa mülkiyyət hüququna dair şəhadətnaməsindən və KOD 90112048 JN-055 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının 01 avqust 1998-ci il tarixli 34 nömrəli qərarı ilə Yevlax rayonu İsmayılabad kəndində yerləşən 2.06 hektar torpaq sahəsi Ərizəçi1 Tolik oğlunun, X3, X22, X5 və X17 mülkiyyətinə verilmişdir. AЗ 362835-№li Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 xx xxxxxxx 1963-cü il tarixdə Vartaşen rayonu, Zərrab kəndində anadan olmuş, atası X23, anası X2r. Xİ-ЖГ 468786-№li Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx xxxx 1986-cı il tarixdə Vartaşen rayonu, Zərrab kəndində anadan olmuş atası Ərizəçi1, anası X6r. 22 dekabr 2003-cü il tarixli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X26 ilə X16 22 dekabr 2003-cü il tarixdə Yevlax rayonu Səmədabad kənd İƏD-si üzrə nümayəndəliyində nikahlarını qeyd etdirmiş, ərə Kərimov, arvada Kərimova soyadı verilmişdir. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Səmədabad kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 607 №-li, 18 noyabr 2022-ci il tarixli arayışında qeyd olunur ki, JN-056A KOD 90112048 olan şəhadətnamədə və torpağa mülkiyyət hüququna dair dövlət aktında (JN-055KOD ********) Ərizəçi1 Tolik oğlu, Ərizəçi1 kimi və X1 Gülnar Yaqub qızı kimi oxunmalıdır. Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş məktublarda qeyd olunur ki, avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində Ərizəçi1 Tolik oğlunun doğumu və ölümü haqqında akt qeydi aşkar edilməmişdir, Ərizəçi1 ailə üzvləri: arvadı X14, qızı Ərizəçi2, X11, oğlu X19. Hüquqi məsələlər: Mülki Prosesual Məcəllə Maddə 305.1.1. məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyət olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Maddə 307.2.5. məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin hüquqi mövqeyi: Beləliklə, təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Yevlax rayon Aqrar İslahat Komissiyasının 01 avqust 1998-ci il tarixli 34 nömrəli qərarı ilə Yevlax rayonu İsmayılabad kəndində yerləşən 0,08 ha və 2.06 ha torpaq sahəsi ayrılmışdır. Lakin, bu barədə onlara JN-056A KOD 90112048 olan şəhadətnamədə və KOD 90112048 JN-0055 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilərkən texniki səhv olaraq mülkiyyətçi Ərizəçi1 ata adı səhvən “Tolik” kimi, digər mülkiyyətçi X9 adı səhvən Gülnarə kimi qeyd edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, mövcud sənədlərlə JN- 056A KOD 90112048 olan şəhadətnamədə və KOD 90112048 JN-0055 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məxsus olması təsdiq olunur, bu, ərizəçilərə torpaq üçün mülkiyyət hüququna dair şəhadətnamənin və dövlət aktında alınması üçün lazımdır, ərizəçilər həmin faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməz və bu faktın qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Şərh edilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Yevlax rayonu, İsmayılabad kəndində yerləşən 2.06 ha torpaq sahəsinə dair JN-055 KOD 90112048 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının və Yevlax rayonu, İsmayılabad kəndində yerləşən 0,08 ha torpaq sahəsinə dair JN-056A ********** saylı torpağa mülkiyyət hüququna dair şəhadətnamənın “Ərizəçi1 Tolik oğluna” aid hissədə Ərizəçi1 və “X10” aid hissədə Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-199/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-199/2023
17.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver