Məhkəmə qərarları › İş №2(039)-1990/2020

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1990/2020

12.11.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1990/2020 12.11.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı«ümumu birgə mülkiyyətdə olan əmlakın bölünməsi və miras əmlakının vərəsələr arasında payın müəyyən edilməsi» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı«ümumu birgə mülkiyyətdə olan əmlakın bölünməsi və miras əmlakının vərəsələr arasında payın müəyyən edilməsi»tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli **********54-10301 reyestr nömrəli çıxarışla Yevlax rayon Xanabad kəndində yerləşən 0.1203 ha torpaq sahəsindən mülkiyyətçilərin İddiaçı1 və İddiaçı2 payının ayrılmasını, həmçinin vəfat etmiş anaları X1 mülkiyyətində olmuş torpaq sahəsinə tam olaraq onlara münasibətdə miras payının müəyyən edilməsini, həmçinin ataları X3 ümumbirgə mülkiyyətində olan torpaq sahəsinin analarına münasibətdə payının, həmçinin atalarına aid mirası qəbul etmiş iddiaçıların atalarına münasibətdə miras payının müəyyən edilməsini xahiş etmişlər. İddiaçı1 xx xxxxxx 2020-ci il tarixdə məhkəməyəərizəünvanlayaraq, məsələöz aralarında həll olunduğu üçün iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin onlara geri qaytarılmasını xahiş etmişlər. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. İddiaçı1iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair ərizəsinin dəlillərini nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinəəsasən iddia ərizəsinin qaytarılması barədəərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəməərizəni baxılmamış saxlayır. Hesab edirəm ki, iddiaçılar İddiaçı1 və İddiaçı2cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı«ümumu birgə mülkiyyətdə olan əmlakın bölünməsi və miras əmlakının vərəsələr arasında payın müəyyən edilməsi»tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı«ümumu birgə mülkiyyətdə olan əmlakın bölünməsi və miras əmlakının vərəsələr arasında payın müəyyən edilməsi»tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılar İddiaçı1 və İddiaçı2 qaytarılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax rayon Məhkəməsinəşikayət verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar