Məhkəmə qərarları › İş №2(039)-1990/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1990/2024

21.10.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1990/2024 21.10.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Sadıqov Mehman Əlixan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” barədə ərizəsi üzrə işə məhkəmə iclаsındа bахаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Yevlax şəhəri İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasını qeyd etməklə “şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, oğlu xx.xx.2006-cı il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək bildirdi ki, o, xx.xx.1978-ci ildə ünvan 1ünvanında yaşayır. Onun oğlu xx.xx.2006-cı il təvəllüdlü X1 şəhərində anadan olmuşdur. Oğlu həmişə onunla birlikdə yaşamışdır, hazırda da oğlu ilə eyni ünvanda yaşayırlar. X12 ikinci dərəcəli əlildir. Ona “F70 yüngül dərəcəli əqli gerilik, yüngül dərəcəli əqli gerilik, ciddi davranış pozuntuları ilə kənar şəxsin daima qulluğuna ehtiyacı var. “İQ 55” hazırda oğlu X8 və Bakı şəhərlərində psixo-nevroloji kapinetdə dispanser müşahidəsində qeydiyyatdadır. O, özünü idarə edə bilmir. Buna görə də məktəbə də getməmişdir. Nə oxumağı, nə də yazmağı bacarmır. Ümumiyyətlə özünü idarə edə bilmədiyi üçün evdən çölə çıxmır. O, xəstə olduğu üçün hərbi xidmətə də yararsız hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş maraqlı şəxs Yevlax Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəyə uyğun izahat verərək, məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; AZ-İİİ seriyalı 321492 №li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X2 atası X4, anası Ərizəçidır. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Ərizəçi oğlunun Sahib Niyazquliyevin üzərində qəyyum təyin edilə bilinmədiyi üçün onun fəaliyyət qabliyyəti olmayan hesab edilməsi ilə əlaqədar aidiyyəti məhkəməyə müraciət etməyini tövsiyə edir. xx.xx.2023-cü il tarixli müayinə olunan şəxs üzrə məlumatlarından görünür ki, X7 ikinci dərəcəli əlilldir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X14 məktubdan görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X5 qoyulan diaqnoz uşaq autizmi, kanner sindromu F84.0 orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu F71.1 İQ44. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 40338 №li məhkəmə psixiatrik ekspertiza rəyindən görünür ki, yoxlanılan şəxs X3 orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə müəyyən edilir. Yoxlanılan şəxs X7 psixi vəziyyətinə görə öz hərkətlərinin faktiki xarakterini dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X6 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 318.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə iclası zamanı xx.xx.2006-cı il təvəllüdlü X7 öz psixi qüsurları nəticəsində öz hərəkətlərinin mənasını anlaya və hərəkətlərini idarə edə bilməməsi işdə olan sənədlərlə və məhkəmə psixiatrik-ekspertizasının rəyi ilə tam təsdiq olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə Ərizəçi ərizəsi təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar