Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1991/2022 21.09.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “sənədin şəxsə məxsus olması faktın müəyyən edilməsi tələbi barədə” ərizəsinə dair mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax ərazi İdarəsini maraqlı şəxs qismində qeyd etməklə, ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-0284 saylı 90104018 kodu torpağa mülkiyyət hüququna dair Dövlət aktında X1 qeyd edilmiş şəxsin X10 olması və sənədin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının 23 iyun 2000-ci il tarixli 52 saylı qərarı ilə ona və ailə üzvlərinə Yevlax rayonu, Varvara kəndi ərazisində 4.66 hektar torpaq sahəsi verilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-0284 saylı 90104018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən 4.66 hektar torpaq sahəsi ona və ailə üzvilərinin mülkiyyətinə verilmişdir. Torpağın mülkiyyət hüququna dair Dövlət aktında atası X5 adı səhv olaraq X1 qeyd edilmişdir. Hazırda Yevlax rayonu, Varvara kəndində yerləşən 4.66 hektar torpaq sahəsinə dair Dövlət Reyestrindən çıxarış alınarkən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə müraciət etmiş, tələbi təmin edilməmiş və ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, Yevlax rayonunun Varvara kəndində yerləşən 4.66 hektar torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş, lakin dövlət aktında atasının adı “X10” deyil, səhv olaraq “X9” kimi qeyd edilmişdir. Səhvin düzəldilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə müraciət etsə də, ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Qeyd olunanları nəzərə alaraq ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Yevlax rayonu, Varvara kəndi sovetliyi tərəfindən xx.xx.1990-cı il tarixdə verilmiş XV-ЖГ seriyalı 451398 №-li doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1974-cü il tarixdə Yevlax rayonu, Varvara kəndində anadan olmuşdur; atası-X10, anası-X2r. Yevlax rayonu, Varvara kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş AZ-İ seriyalı 451398 №-li ölüm haqqında şəhatdətnamədən görünür ki, X10 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir; Ərizəçi məxsus olan, xx.xx.2011-ci il tarixdə verilmiş AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsində ərizəçinin soyadı “Məmmədov”, adı “Razim”, atasının adı “Muxtar”, doğulduğu yer “Yevlax rayonu Varvara kəndində”, doğulduğu tarix isə “xx.xx.1974”, qeydiyyatda olduğu ünvan “Yevlax rayonu Varvara kəndi” göstərilmişdir. JN-0284 KOD 90104018 №-li “torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, Ərizəçi, X4, X6, X3, X7 Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000ci il tarixli, 52 saylı qərarı ilə Yevlax rayonu Varvara kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı üçün 4,66 ha torpaq sahəsi verilmişdir. DƏDRX-in 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-0284 №-li torpağın mülkiyyət hüququna dair dövlət aktında hər hansı bir düzəlişin və ya dəyişikliyin edilməsi DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid deyildir. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Varvara kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, JN-0284 KOD 90104018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə X10 əvəzinə X9 yazılmışdır. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Varvara kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi həqiqətən Yevlax rayonu, Varvara kəndində yaşayır və daimi qeydiyyatdadır. Qeyd olunanlara əsasən müəyyən edilir ki, ərizəçinin atasının adı JN-0284 KOD 90104018 №-li “torpağa mülkiyyət hüququna dair şəhadətnamə”də göstərilmiş “ad” və “ata adı” ilə ölüm haqqında şəhadətnamədə göstərilən “ad” və “ata adı” düz gəlmir, şəhadətnamədə “X10” əvəzinə “ X9” yazılmışdır. Məhkəmə, mövcud mübahisəninin həlli ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Qeyd olunan prosessual hüquq normalarının tələblərindən çıxış edən məhkəmə hesab edir ki, JN-0284 KOD 90104018 №-li “torpağa mülkiyyət hüququna” dair dövlət aktında göstərilən “X9” AZ-İ seriyalı, 087609 №-li ölüm haqqıda şəhadətnamədə göstərilən “X10” ilə eyni şəxsdir və həmin dövlət aktının ona məxsus olması faktının müəyyən edilməsini tələb etməkdə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-0284 KOD 90104018 №-li “torpağa mülkiyyət hüququna dair” dövlət aktının X8 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əliyev Kamil
Məhkəmə qərarları › İş №2(039)-1991/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1991/2022
21.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver