Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-20/2023 18.05.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh və maraqlı şəxs Yevlax rayon Havarlı Bələdiyyəsinə qarşı «qanunsuz tikililərin sökülməsi» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və maraqlı şəxs Yevlax rayonu Havarlı Bələdiyyəsinə qarşı «qanunsuz tikililərin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin vəsaiti hesabına ona məxsus torpaq sahəsində qanunsuz yolla tikdiyi tövlənin, ümumi istifadədə olan torpaq sahəsində tikdiyi bərbərxananın sökülməsinə, vəkilə hüquqi yardımına görə ödədiyi 500 manatın və dövlət rüsumu olaraq ödədiyi 100 manat pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izah etdi ki, Yevlax rayonu, Havarlı kəndində iddiaçının mülkiyyətində olan torpaq sahəsi vardır. Torpaq sahəsinin bir hissəsi cavabdeh tərəfindən zəbt edilmiş və üzərində qanunsuz olaraq tövlə inşa edilmişdir. Həmçinin iddiaçının torpaq sahəsində gediş-gəliş yolunun üzərində bərbərxana inşa edibdir. Həmin bərbərxana isə iddiaçının gediş-gəlişinə mane olur. İddiaçı cavabdehdən tikilinin sökülməsini və torpaqdan çıxmasını tələb etsə də, cavabdeh torpaqdan çıxmaqdan imtina edir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh və maraqlı şəxs Yevlax rayon Havarlı Bələdiyyəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh və maraqlı şəxs Yevlax rayon Havarlı Bələdiyyəsinin nümayəndəsinin məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi 11 mart 2022-ci il tarixli ******* saylı arayışından məlum olur ki, Əliyev X2 rayonu, Havarlı kəndində qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinin ********** saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən çıxarışının surətindən məlum olur ki, İddiaçı Yevlax rayonu, Havarlı kəndi ərazisində mülkiyyətində 0.1464 hektar torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 11 mart 2022-ci il tarixli ********* saylı qəbzdən məlum olur ki, İddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 11 mart 2022-ci il tarixli qəbzdən məlum olur ki, İddiaçı hüquqi yardım üçün Mingəçevir şəhər Vəkil Bürosuna 500 manat rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən «X1 və Daşınmaz Əmlakın Qiymətləndirilməsi» MMC-nin 08 iyun 2022-ci il tarixli M/22 saylı rəyindən görünür ki, Yevlax rayonu, Havarlı kəndində yerləşən İddiaçı **********58 nömrəli çıxarışla xüsusi mülkiyyətində olan 0.1464 ha torpaq sahəsinin bir hissəsi Cavabdeh tərəfindən zəbt edilərək naturada istifadə edilir. Yevlax rayonu, Havarlı kəndində yerləşən İddiaçı **********58 nömrəli çıxarışa əlavə edilmiş AN-715171 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlar daxilindəki torpaq sahəsinin 26 kv.m hissəsi Cavabdeh tərəfindən zəbt edilərək naturada istifadə edilir. Cavabdeh məxsus tövlə İddiaçı **********58 nömrəli çıxarışa əlavə edilmiş AN-715171 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlar daxilindəki torpaq sahəsində yerləşir. Cavabdeh məxsus bərbərxana Yevlax rayonu, Havarlı bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində inşa edilmişdir. Cavabdeh məxsus bərbərxana iddiaçının mülkiyyətinə verilmiş 0.1464 ha torpaq sahəsinə gediş-gəliş yolunun üzərində inşa edilmişdir. Mübahisəli tikililərdən yalnız tövlə İddiaçı xüsusi mülkiyyətində olan 0.1464 ha torpaq sahəsində inşa edildiyi üçün həmin torpaq sahəsindən istifadə edilməsinə maneə yaradır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin 03 noyabr 2022-ci il tarixli **********37 nömrəli rəyindən məlum olur ki, Yelax rayonu, Havarlı kəndi ərazisində yerləşən iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsi naturada Cavabdeh tərəfindən istifadə olunur. İddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinin 30 kv.m hissəsi naturada Cavabdeh tərəfindən istifadə edilir. Cavabdehə məxsus tövlə iddiaçının torpağının üzərində inşa edilmişdir. Cavabdehə məxsus bərbərxana Yevlax rayonu Havarlı bələdiyyəsinin mülkiyyətinə aid ümumi istifadədə olan torpaq sahəsinin üzərində inşa edilmişdir. Cavabdehə məxsus bərbərxana iddiaçının torpağına müəyyən edilmiş gediş-gəliş yolunun üzərində inşa edilmişdir. Həmin tikililərin iddiaçıya maneəçiliyi var. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 mart 2023-cü il tarixli 10/8650 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəsissləri tərəfindən elektron bazasında araşdırılmış və mütəxəssis rəyinə əsasən aşağdakılar müəyyən olunur: Yelax rayonu, Havarlı kəndi ərazisində yerləşən İddiaçı məxsus torpaq sahəsinə gediş-gəliş yeri (və ya giriş-çıxış qapısı), onun koordinatları mütəxəsisslər tərəfindən tərtib edilmiş sxemdə göstərilmişdir. Cavabdehə məxsus bərbərxana iddiaçının torpağına müəyyən edilmiş gediş-gəliş yolunun üzərində inşa edilmişdir. Həmin tikililərin iddiaçıya maneəçiliyi var. Mülki iş materiallarında cavabdehə məxsus bərbərxana tikilməsinə dair müvafiq orqanlar tərəfindən təsdiq edilmiş layihə sənədləri olmadığından həmin tikilinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 sentyabr 2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparması, mövcud şəhərsalma obyektlərində dəyiikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırmaması qaydalarının 4.1 və 4.2 bəndinin tələblərinə uyğun olmadığı müəyyən edilir. İddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinin 30 kv.m hissəsi naturada Cavabdeh tərəfindən istifadə edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin maddənin 3-cü bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüququ və vəzifələrinindən əlavə, bir-birinə hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşusunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Yevlax rayonu, Havarlı kəndi ərazisində 0.1464 hektar torpaq sahəsi verilmişdir. İddiaçı cavabdehə qarşı torpaq sahəsindən çıxarılması və qanunsuz tikillərin sökülməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən iş üzrə ekspert rəyi alınmışdır. Ekspert rəyində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəsissləri tərəfindən elektron bazasında araşdırılmış və mütəxəssis rəyinə əsasən aşağdakılar müəyyən olunur: Yelax rayonu, Havarlı kəndi ərazisində yerləşən İddiaçı məxsus torpaq sahəsinə gediş-gəliş yeri (və ya giriş-çıxış qapısı), onun koordinatları mütəxəsisslər tərəfindən tərtib edilmiş sxemdə göstərilmişdir. Cavabdehə məxsus bərbərxana iddiaçının torpağına müəyyən edilmiş gediş-gəliş yolunun üzərində inşa edilmişdir. Həmin tikililərin iddiaçıya maneəçiliyi var. Mülki iş materiallarında cavabdehə məxsus bərbərxana tikilməsinə dair müvafiq orqanlar tərəfindən təsdiq edilmiş layihə sənədləri olmadığından həmin tikilinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 sentyabr 2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparması, mövcud şəhərsalma obyektlərində dəyiikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırmaması qaydalarının 4.1 və 4.2 bəndinin tələblərinə uyğun olmadığı müəyyən edilir. İddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinin 30 kv.m hissəsi naturada Cavabdeh tərəfindən istifadə edilir. Ona görə də məhkəmə hesab edir ki, Yevlax rayonu, Havarlı kəndində yerləşən İddiaçı ********** qeydiyyat nömrəli çıxarışla xüsusi mülkiyyətində olan 0.1464 ha torpaq sahəsinin üzərində cavabdeh tərəfindən inşa edilmiş tövlə sökülməli, cavabdeh iddiaçıya məxsus torpaq sahəsinin zəbt edilmiş 30 kv.m hisəsindən sahəsindən çıxarılmalı və iddiaçının torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş yolun üzərində cavabdehə məxsus bərbərxana sökülməlidir. Cavabdeh 500 manat hüquqi yardım üçün ödənilmiş pul və 100 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası MPM-nin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsumu tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Yevlax rayonu, Havarlı kəndində yerləşən İddiaçı ********** qeydiyyat nömrəli çıxarışla xüsusi mülkiyyətində olan 0.1464 ha torpaq sahəsinin üzərində Cavabdeh tərəfindən inşa edilmiş tövlə Cavabdeh hesabına sökülsün. Cavabdeh Yevlax rayonu, Havarlı kəndində yerləşən İddiaçı ********** qeydiyyat nömrəli çıxarışla xüsusi mülkiyyətində olan torpaq sahəsinin 30 kv.m hissəsindən çıxarılsın. Yevlax rayonu, Havarlı kəndində yerləşən İddiaçı ********** qeydiyyat nömrəli çıxarışla xüsusi mülkiyyətində olan 0.1464 ha torpaq sahəsinə gediş-gəliş yolunun üzərində Cavabdeh tərəfindən inşa edilmiş bərbərxana Cavabdeh hesabına sökülsün. Cavabdeh 500 manat hüquqi yardım üçün ödənilmiş pul və 100 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Cavabdeh 50 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-20/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-20/2023
18.05.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver