Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-200/2025 07.02.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Ruslan Fehruz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmı borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin X6 Elektrik Şəbəkəsi tərəfindən əsassız olaraq hesablanıb üzərinə yazılmış 388.38 manat borcu məbləğinin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun evinə gələn elektrik xəttinə guya tərəfindən müdaxilə edilərək elektrik enerjisindən sayğacdan kənar istifadə etmiş və etdiyi müdaxiləyə görə üzərinə 388.38 manat cərimə qoyulmuşdur. Hazırki iddia ərizəsin əsası barədə X2 qaydalarının pozulmasına görə əsassız olaraq hesablanmış və üzərinə qoyulmuş 388.38 manat borc məbləğinin silinməsini əsassız olaraq hesablanmış üzərinə yazılmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X1 Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, 07.02.205-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasında iştirak edə bilməyəcəyini işə onun iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 məhkəməyə təqdim etdiyi iddia ərizəsinə dair etirazda və izahatında göstərdi ki, iddiaçının cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsassız olaraq hesablanmış 388.38 manat borcun silinməsi tələbinə dair iddiasını qanunsuz və əsassız hesab edir. Belə ki, İddiaçı elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Yevlax EŞ-nin “Proqram bazasında” **********00195 saylı istehlakçı kodu ilə qeydiyyatda olmaqla yaşadığı Yevlax rayonu, Aş.Qarxun kəndində yaşadığı fərdi yaşayış evində elektrik enerjisindən xx.xx.2007-ci il tarixdən quraşdırılmış ÜG-6807 tipli, zavod nömrəsi № 64011340 olan elektrik hesablama sayğacı vasitəsi ilə xx.xx.2024-cü il tarixinə kimi istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçının yaşadığı evin elektirik enerjisi ilə təchiz edilən elektrik hesablama sayğacı Yevlax EŞ-nin sayğac qurlaşdırma üzrə texniki Teymur Süleymanov tərəfindən yeni -600 tipli zavod nömrəsi 21530283 olan elektrik sayğacı ilə əvəz edilmişdir. Bur barədə “məişət istehlakçılarında sayğacların dəyişdiriməsi, yoxlanılması və quraşdırılması haqqında” 524592 saylı protokol tərtib edilmişdir. Protokolda rəhbərliyin göstərişinə əsasən köhnə tipli sayğacı yeni elektrik sayğacı ilə əvəz olunub, yeni qutuya qablaşdıraraq möhürləndi“ qeydiyyatı aparılmışdır. Çıxarılan sayğac “Mərkəzi Aran” RETSİ-nin Laboratoriyasında yoxlanılmışdır. Protokolda “sayğacın DSM möhürü müdaxiləlidir. Hesab mexanizminin rəqəmlərində çox saylı müdaxilə cızıqları var. Enerji uçot dəsti pozulub” qeydiyyatı aparılmışdır. Protokol yoxlayıcı şəxs Ramiz Əsədov, səlahiyyətli şəxs Elxan Əzizov tərəfindən imzalanmışdır. “Mərkəzi Aran RETSİ-də fəaliyyət göstərən “Aktlar üzrə komissiya” tərəfindən yoxlanılan sayğacda müdaxilə izlərinin aşkar olunması faktı ilə əlaqədar sutkanın 24 saatı nəzərə alınmaqla 90 gün müddətinə yenidən hesablama aparılaraq dəyəri 154.56 manat təşkil edən itirilmiş elektrik enerjisi bərpa edilmişdir. “Azərişlq ASC-də fəaliyyət göstərən aktlar üzrə komissiya” “Mərkəzi Aran” RETSİ tərəfindən aparılmış hesabatla razılaşmamış və sutkanın 24 saatı nəzərə alınmaqla 60 gün müddətinə yenidən hesablama apararaq itirilmiş enerjinin dəyərinin 260.37 manat təşkil etməsi qənaitinə gəlmişdir. Hesabat aşağıdakı qaydada aparılmışdır. 2.2 kvt x 0.7 x 24s x 60g =2218 kvt.s, 400 kvt x 0.08 manat = 32 manat, 200 kvt x 0.09 manat = 18 manat, 1618 kvt x 0.13 manat = 210.34 manat, cəmi 260.34 manatdır. İddiaçının yaşadığı evi elektrik enerjisi ilə təchiz edən sayğaca müdaxilə edildiyi üçün yeni quraşdırılmış elektrik hesablama sayğacının 59.21 manat təşkil edən borc kimi onun Yevlax EŞ-nin “Proqram bazası”nda qeydiyyatda olan istehlakçı kodu üzrə hesabına daxil edilmişdir. İddiaçının cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsassız olaraq hesablanmış 388.38 manat borcun silinməsi tələbinə dair iddia tələbi əsassız və qanunsuz olduğuna görə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sübutları tam və hərtərəfli araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında xx.xx.2024-cü il tarixli, 524592 saylı protokoldan görünür ki, İddiaçı Yevlax rayonu, Aş Qarxun kəndində yerləşən fərdi yaşayış evinə yeni elektron sayğacla əvəz olunmuşdur. "xxxx" ASC-nin “Texniki sahə üzrə tələblər” adlı icra vərəqindən görünür ki, müvafiq olaraq 524592 №li xx.xx.2024-cü il tarixli akta əsasən aşkar edilmiş elektrik hesabat sayğacının işləməməsi halı ilə əlaqədar qeydə alınmamış elektrik enerjisinin miqdarı kimi istehlakçıya P=1 kvt W=1 kvt x 90 gün x 24 saat x.0,7=1512kVts 600 k Vts x 0.08=48 manat, 300 kVts x 0.09=27 manat, 612 kVts x 0,13=79.56 manat olmaqla, cəmi = 154.56 manat əlavə sərfiyyat hesablanmışdır. Abunə haqqında məlumatdan görünür ki, abonentə akta əsasən isə 388.38 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 №li qərarı ilə təsdiq olunmuş “X2 Qaydaları”nın 8.2-ci bəndində göstərilmişdir ki, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.32-ci bəndinə görə məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X2 göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X2yə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, X2yə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X2 edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsi ilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X2 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Qaydaların 7.2-ci bəndində göstərilmişdir ki, dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. Qaydaların 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə-pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədi ilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Qaydaların 7.10-cu bəndinə görə istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Qaydaların 7.11-ci bəndinə görə yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Qaydaların 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən X2də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Mübahisələndirilən aktdan görünür ki, enerjitəchizatı müəssisəsinin nümayəndələri tərəfindən “X2 Qaydaları”nın yuxarıda qeyd olunan tələbləri pozularaq akt tərtib olunarkən abonentin və iki nəfər hal şahidinin iştirakı təmin olunmamışdır. Bununla yanaşı məhkəmə araşdırması zamanı iş materiallarından və tərəflərin izahatlarından müəyyən olunmuşdur ki, iddiaçıya məxsus ünvana verilən elektrik enerjisini qeydə alan elektrik sayğacı yaşayış evindən kənarda quraşdırılmışdır ki, yuxarıda qeyd olunan “X2 Qaydaları”na görə də qeyd olunan halda hesablaşma elektrik sayğaclarının işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Eyni zamanda Abunə Haqqında cədvəldən görünür ki, iddiaçıya 59,21 manat sayğac quraşdırma xidməti üçün, 260,37 manat isə EİQ pozulmasına görə borc hesablanmış, qalan məbləğlər isə cari enerji istehlakına görə yaranan borcdur. Bu hallara görə məhkəmə (260,37+59,21=319.58) sayğac quraşdırma xidməti və EİQ pozulmasına görə hesablanmış borc hissədə iddianın əsaslı olduğu qənaətiə gəlir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, xx.xx.2024-cü il tarixli abunə haqqına əsasən hesablanmış 319.58 manat məbləğində elektrik enerjisi borcu İddiaçı abunə hesabından silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli abunə haqqına əsasən hesablanmış 319 (üç yüz on doqquz) manat 58 (əlli səkkiz) qəpik məbləğində borc İddiaçı adına qeydə alınmış **********00195 kodlu abunə hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-200/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-200/2025
07.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver