Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-201/2023 16.01.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, ərizəçilər Ərizəçi1 və Ərizəçi3 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 “sənədin şəxsə məxsus olması faktın müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax Ərazi İdarəsini maraqlı şəxs qismində qeyd etməklə, ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, JN-0066 KOD 90102068 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktının şəxslər qrafasında 1-sırada olan “Ərizəçi4” o yəni Ərizəçi4, 2-ci sırada olan “X6” o yəni X14, 3-cü sırada olan “X5” o yəni Ərizəçi2 və 4-cü sırada olan “X1” 1-ci sırada olan Ərizəçi4 ilə eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi1 xx.xx.1983-cü ildə Yevlax rayonu, Xanabad kəndində anadan olmuş, hazırda da ailəsi ilə birlikdə həmin kənddə yaşayır. O, Ərizəçi2 xx.xx.1981-ci ildə Yevlax rayonu, Xanabad kəndində anadan olmuş, hazırda da isə ailəsi ilə birlikdə həmin kənddə yaşayır. O, Ərizəçi3 xx.xx.1955-ci ildə Yevlax rayonu, Xanabad kəndində anadan olmuş, hazırda da ailəsi ilə birlikdə həmin kənddə yaşayır. O, Ərizəçi4 xx.xx.1956-cı ildə Yevlax rayonu, Xanabad kəndində anadan olmuş, hazırda da ailəsi ilə həmin kənddə yaşayır. Yevlax Rayon Aqrar İslahat Komissiyasının 01 avqust 1998-ci il tarixli 34 №-li qərarı ilə ona və ailə üzvləri Ərizəçi4, X13, X12, X3 və Ərizəçi3 adına 1.81 ha torpaq sahəsi verilmişdir. Bununla bağlı onlara JN-0051 KOD 90102068 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmiş, tələbi təmin edilməmiş və ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Qeyd edilən səhvləri başqa qaydada düzəltmək mümkün olmadığından hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iştirak edən ərizəçilər Ərizəçi1 və Ərizəçi3 iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçilərin izahatlarını habelə şahidlərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Bartaşın rayonu Sircan kənd sovetliyi tərəfindən xx.xx.1981-ci il tarixdə verilmiş İX-ЖГ seriyalı 314608 №-li doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi2 xx.xx.1981-ci il tarixdə Yevlax şəhərində anadan olmuşdur; atası- Ərizəçi3, anası- Ərizəçi4dır. Ərizəçi1 məxsus xx.xx.2016-cı il tarixdə verilmiş AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsində ərizəçinin soyadı “Cəfərov”, adı “Elvin”, atasının adı “Bəhram”, doğulduğu yer “Oğuz rayonu Tərkəş kəndində”, doğulduğu tarix isə “xx.xx.1981”, qeydiyyatda olduğu ünvan “Yevlax rayonu Xanabad kəndi” göstərilmişdir. Yevlax rayonu Bucaq sovetliyi tərəfindən xx.xx.1983-cü il tarixdə verilmiş İX-ЖГ seriyalı 360496 №-li doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi1 xx.xx.1983cü il tarixdə Yevlax şəhərində anadan olmuşdur; atası- Ərizəçi3, anası- Ərizəçi4dır. Ərizəçi1 məxsus xx.xx.2018-ci il tarixdə verilmiş AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsində ərizəçinin soyadı “Cəfərov”, adı “Emil”, atasının adı “Bəhram”, doğulduğu yer “Yevlax rayonu, Xanabad kəndində”, doğulduğu tarix isə “xx.xx.1983”, qeydiyyatda olduğu ünvan “Yevlax rayonu Xanabad kəndi” göstərilmişdir. Ərizəçi3 məxsus AA seriyalı, ******* №-li şəxsiyyət vəsiqəsində ərizəçinin soyadı “Cəfərov”, adı “Bəhram”, atasının adı “Cəfərov”, doğulduğu tarix isə “xx.xx.1955”, göstərilmişdir. Ərizəçi4 məxsus AA seriyalı, ******* №-li şəxsiyyət vəsiqəsində ərizəçinin soyadı “Şeydayeva”, adı “Qıztamam”, atasının adı “Ağanəzər”, doğulduğu tarix isə “xx.xx.1956”, göstərilmişdir. Vartaşın rayonu, Sincan kəndi sovetliyi tərəfindən xx.xx.1980-cı il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi3 Ərizəçi4 arasında bağlanmış nikah 1980-cı ilin iyul ayının 07-ci günündə Vartaşın rayonu, Sincan kəndi sovetliyinin akt qeydləri kitabında 14 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Cəfərov, arvada isə Şeydayeva soyadı verilmişdir. JN-0051 KOD 90102068 №-li “torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, Ərizəçi4, X11, X7, X2 və Ərizəçi3 Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 34 saylı qərarı ilə Yevlax rayonu Xanabad kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı üçün 1,81 ha torpaq sahəsi verilmişdir. DƏDRX-in 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-0051 №-li torpağın mülkiyyət hüququna dair dövlət aktında hər hansı bir düzəlişin və ya dəyişikliyin edilməsi DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid deyildir. Qeyd olunanlara əsasən müəyyən edilir ki, ərizəçilərin, JN-0051 KOD 90102068 №li “torpağa mülkiyyət hüququna dair şəhadətnamə”də göstərilmiş “soyadları” ilə doğum haqqında şəhadətnamədə göstərilən “soyadları” və adı düz gəlmir, şəhadətnamədə “Ərizəçi1” əvəzinə “X13” yazılmış, “Ərizəçi2” əvəzinə “X12” yaşılmış və “Ərizəçi4” əvəzinə “X3” yazılmışdır. Məhkəmə, mövcud mübahisəninin həlli ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Qeyd olunan prosessual hüquq normalarının tələblərindən çıxış edən məhkəmə hesab edir ki, JN-0051 KOD 90102068 №-li “torpağa mülkiyyət hüququna” dair dövlət aktında göstərilən “X13” AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi1” ilə eyni şəxsdir, “X12” AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi2” ilə eyni şəxsdir və “X4” AA seriyalı, ******* №-li şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi4” ilə eyni şəxsdir, eyni zamandan sözü gedən dövlət aktında 4-cü sırada olan “X3” da 1-ci sırada olan “Ərizəçi4 ilə eyni şəxsdir, ərizəçilər həmin dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsini tələb etməkdə haqlıdırlar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. JN-0051 KOD 90102068 №-li “torpağa mülkiyyət hüququna” dair dövlət aktında göstərilən “X13” AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi1” ilə eyni şəxsdir, “X12” AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi2” ilə eyni şəxsdir və “X4” AA seriyalı, ******* №-li şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi4” ilə eyni şəxsdir, eyni zamandan sözü gedən dövlət aktında 4-cü sırada olan “X3” da 1-ci sırada olan “Ərizəçi4 ilə eyni şəxsdir, ərizəçilər həmin dövlət aktının onlara məxsus olması faktının müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-201/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-201/2023
16.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver