Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-2013/2022 16.08.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, İddiaçılar İddiaçı və X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ümumi birgə mülkiyyətində olan əmlakın bölünməsi və miras əmlakının vərəsələr arasında payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsinə Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçılar İddiaçı və X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ümumi birgə mülkiyyətində olan əmlakın bölünməsi və miras əmlakının vərəsələr arasında payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsindən görünür ki, ərizə Azərbaycan Respublikası MPM-nin 150-ci maddəsinin tələblərinə uyğun təqdim edilməmişdir. Belə ki, iddia ərizəsindən görünür ki, İddiaçı Azərbaycan Respublikası MPM-nin 150-ci maddəsinin tələblərini əhəmiyyətli dərəcədə pozmuş, ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.1-152.1.1-ci maddələrinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Qeyd olunan vəziyyətdə ərizə mülki iş kimi qeydiyyatda alındığından, habelə iddia ərizəsi bu məcəllənin 150-ci maddəsinin tələblərinə uyğun təqdim edilmədiyindən, iddia ərizəsi geri qaytarılmalıdır. İddiaçılara izаh еdilməlidir ki, qеyd оlunаn nöqsаnları аrаdаn qаldırdıqdаn sоnrа, təkrаrən iddia ərizəsi ilə məhkəməyə mürаciət еdə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 150, 152.1 və 268- 269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçılar İddiaçı və X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ümumi birgə mülkiyyətində olan əmlakın bölünməsi və miras əmlakının vərəsələr arasında payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçılara izah olunsun ki, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-2013/2022
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-2013/2022
16.08.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver