Məhkəmə qərarları › İş №2(039)-2015/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2015/2022

02.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2015/2022 02.11.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Naziri Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3, maraqlı şəxs olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Naziri Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsini qeyd etməklə, Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 32 nömrəli qərarı ilə verilmiş, torpağa mülkiyyət hüququn dair JN-0069 kod 90107058 saylı dövlət aktının “torpaq mülkiyyətçisinin soyadı, adı, ünvanı” qrafasının 5-ci sırasında adı qeyd edilən X5 hissəsindəki şəxs, şəxsiyyəti təsdiq edən sənədlə Ərizəçi3 məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsi qəbul edilməsi barədə qətnamə çıxarımasını xahiş etmişdir. İşin halları: Ərizə belə əsaslandırılmışdır ki, qızı Abdullayeva (Xanlarova) Turanə İsmayıl qızı xx.xx.1986cı ildə Yevlax rayon Qoyunbinəsi kəndində anadan olmuşdur. Qızının rəsmi adı Ərizəçi3 olsa da, səhvən Torpağa mülkiyyət hüququna dair Dövlət aktında X5 yazılmışdır. Belə ki, Torpağa Mülkiyyət hüququna dair JN-0069, KOD 90107058 saylı Dövlət Aktına əsasən Yevlax rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 20.06 tarixli 31 №-li qərarına əsasən 5,29 ha torpaq sahəsi onların yəni, ailə üzvlərinin X11, X14, Ərizəçi1, Ərizəçi2, X5, X15 və X6 mülkiyyətində olmuşdur. Ərizədə qeyd etdiyi X3 adında onların ailə üzvü olmamışdır. Sadəcə olaraq dövlət aktında qeyd olunmuş, Pərvanə adı səhvən yazılmış, reallıqda bunun adı Turanədir. Dövlət aktını yazan şəxs bu qeydi tərtib edərkən səhvən Turanə yerinə, Pərvanə yazmışdır. Bu səbəbdən də dövlət aktında qeyd edilən X5 hazırkı, təqdim edilən şəxsiyyət vəsiqəsi ilə adı qeyd edilən Ərizəçi3dır. Onun qız familiyası Xanlarova olmuşdur. Dövlət aktı verilən zamanda onun familyası Xanlarova olmuşdur. Şəxsiyyət vəsiqəsindəki Abdullayeva familiyası onun ər familiyasıdır. Bu səbəbdəndə rəsmən bildirilir ki, şəxsin torpağa mülkiyyət hüququn dair JN-0069 kod 90107058 saylı dövlət aktının torpaq mülkiyyətçisinin sovadı adı qrafasımn 5-ci sırasında adı qeyd edilmiş, X7 adı şəxsiyyəti təsdiq edən sənədə göstərilən Ərizəçi3 adında şəxsə məxsusdur. Tərəflərin izahatları: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 əvvəlki məhkəmə iclas zamanı ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişlər. Maraqlı şəxs DƏDRX 17 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də, nümayəndəsinin iclasda iştirakını təmin etməmiş, bunun səbəbi barədə məlumat verməmişdir. Sübutlar: X2 bildirmişdir ki, iddiaçıların ailəsi ilə bir kəndli olmuşlar. İddiaçıların ailəsini yaxından tanıyır. Belə ki, X19 Babayevanın birgə nikahdan üç övladları, Təranə, Turanə adlı qızları və Elşad adlı oğulları olmuşdur. Onların Pərvanə adlı qızları olmamışdır. Aqrar İslahat Komissiyası tərəfindən verilmiş sənəddə Turanənin adı səhvən Pərvanə kimi qeyd edilmişdir. DƏDRX 17 saylı Ərazi İdarəsinin 22 iyun 2022-ci il tarixli **********69 nömrəli məktubunda qeyd olunur ki, təqdim edilmiş sənədlər idarənin arxiv materialları və elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmış və araşdırma nəticəsində məlum olmuşdur ki, ləğv edilmiş DT və XK-nin Yevlax rayon şöbəsi tərəfindən verilmiş JN-0069 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən “Pərvanə” adı ilə şəxsiyyət vəsiqəsində “Turanə” adı arasında uyğunsuzluq mövcuddur. Müvafiq icra orqanları tərəfindən verilmiş sənədlərdə hər hansı bir düzəlişin edilərək yazılması 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikasının Qanununun 23.1-ci maddəsində qeyd edildiyi kimi Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Хİİ-ЖГ 307776 №-li 28 yanvar 1987-cı il tarixli Doğum haqqında şəhadətnamənin sürətindən müəyyən olunur ki, X12 xx xxxxxx 1986-cı il tarixdə Yevlax rayonunda doğulmuş, atası X16, anası Ərizəçi1dır Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Qaramanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 222 №-li, 29 iyul 2022-ci il tarixli arayışında qeyd olunur ki, JN-0069 KOD 90107058 nömrəli Dövlət aktına əsasən Xanlarova Turanə səhvən X1 yazılmışdır.. 90107058 JN-0069 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından müəyyən olunur ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının 20 iyun 1998-ci il tarixli 32 nömrəli qərarı ilə Yevlax rayonu Hacımahmudlu kəndində yerləşən 5.29 hektar torpaq sahəsi X4, X8, Ərizəçi1, Ərizəçi2, X3, X9 və X10 mülkiyyətinə verilmişdir. Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışda qeyd olunur ki, Ərizəçi1 ailə üzvləri əri X16, qızı Ərizəçi2. X5 adlı şəxsin doğum və ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Hüquqi məsələlər: Mülki Prosesual Məcəllə Maddə 305.1.1. məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyət olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Maddə 307.2.5. məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin hüquqi mövqeyi: Beləliklə, təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, ərizəçilərə Yevlax rayon Aqrar İslahat Komissiyasının 20 iyun 1998-ci il tarixli 32 nömrəli qərarı ilə Yevlax rayonu Hacımahmudlu kəndində yerləşən 5.29 ha torpaq sahəsi ayrılmışdır. Lakin, bu barədə onlara KOD 90107058 JN-0069 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilərkən şəhadətnamədə texniki səhv olaraq mülkiyyətçi X12 olduğu halda səhvən X1 qeyd edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, mövcud sübutlarla KOD 90107058 JN-0069 saylı dövlət aktının, həmin aktın 5-ci sırasında qeyd edilən hissədə Ərizəçi3 məxsus olması faktı təsdiq olunur, bu faktın müəyyən edilməsi ərizəçilərə mülkiyyətlə bağlı hüquqlarının həyata keçirilməsi ilə bağlıdır, bu faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Şərh edilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Yevlax rayon Aqrar İslahat Komissiyasının 20 iyun 1998-ci il tarixli 32 nömrəli qərarı ilə verilmiş torpağa mülkiyyət hüququna dair KOD 90107058 JN-0069 saylı dövlət aktının, bu aktın 5-ci sırasında qeyd edilən hissədə, Abdullayeva (Xanlarova) Turanə İsmayıl qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar