Məhkəmə qərarları › İş №2(039)-2041/2024

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-2041/2024

22.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-2041/2024 22.10.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Baxşəliyeva Ülkər Asif qızının katibliyi ilə, Yevlax Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(039)-1290/2016 saylı icra sənədi üzrə borclu X11ünün «Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair» Yevlax rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş təqdimata Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(039)-1290/2016 saylı icra vərəqəsinə əsasən X4ndan xx.xx.2016-cı il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X1 görə tutulan alimentin məbləği artırılaraq hər ay 100 manat sabit pul məbləğində alimentin alınıb iddiaçı X9 verilməlidir. Yevlax rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə mğraciət edərək, X2 ölkədən getmək hğququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(039)-1290/2016 saylı icra vərəqəsinə əsasən X4ndan xx.xx.2016-cı il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X1 görə tutulan alimentin məbləği artırılaraq hər ay 100 manat sabit pul məbləğində alimentin alınıb iddiaçı X9 verilməlidir. X3 icra işi ilə əlaqədar könüllü icra üçün bildiriş və xəbərdarlıq göndərilməsinə baxmayaraq o, aliment borcunu qərəzli olaraq ödəməmişdir. İcra sənədi üzrə X6 aliment borcu 980 manat təşkil edir. X4 ölkə hüdudlarını tez-tez keçdiyindən onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdaralmasına zərurə yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqgnda lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tələbkar X12, X4 və Yevlax rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə işə gəlməyən şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra orqanının təqdimatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirib hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(039)- 1290/2016 saylı icra vərəqəsindən görünür ki, cavabdeh X5 xx.xx.2016-cı il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X1 görə tutulan alimentin məbləği artırılaraq hər ay 100 manat sabit pul məbləğində alimentin alınıb iddiaçı X9 verilməlidir. İşdə olan Yevlax rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(039)-1290/2016 saylı icra sənədi icraata qəbul edilmiş və X4ndan 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi tələb edilmişdir. Məhkəmə hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə icra orqanının gördüyü məcburi icra tədbirləri çərçivəsində X2 ölkədəe getməsinin müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatın dəlilləri əsaslıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda cavabdeh tərəfindən üzürsüz səbəblərdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Ona görə də məhkəmə hesab edir ki, «İcra haqqgnda» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsində nəzərdə tutulmuş müvəqqəti məhdudiyyət, X2 tələbkara olan borcunu ödədiyi günədək onun ölkə ərazisindən çıxmasına məhdudiyyət qoyulması kimi qəbul edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264 və 266- 268-ci, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. X2 Azərbaycan Respublikasından getmək hüququ Yevlax Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(039)-1290/2016 saylı icra sənədi üzrə tələbkar X9 olan aliment borcunu ödəyənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində yazılı şəkildə Yevlax Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar