Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2045/2021 13.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» haqqında mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-081 saylı torpağa mülkiyyət hüququna dair JN-0081 nömrəli dövlət aktının ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izah etdi ki, Ağdaş rayon Aqrar İslahat komissiyasının qərarı ilə ona və ailə üzvlərinə Ağdaş rayonu, Xosrov kəndində 1.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Buna dair adlarına JN-0081, kod 90317018 saylı dövlət aktı işlənmişdir. O, həmin dövlət aktında 4-cü sıra sayında qeyd olmuşdur. Aktda o müvafiq olaraq X1 göstərilmişdir. Torpağa mülkiyyət hüququna dair dövlət aktında onun adı səhvən Günel kimi göstərilmişdir. Sənəddə olan səhvi başqa formada aradan qaldırmaq mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ailə qurduqdan sonra Eyvazova soyadı qəbul etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxsın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsın Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçilərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-si tərəfindən 14 may 2013-cü il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi xx xxxxxx 1978-cı il tarixdə Ağdaş rayonu, Xosrov kəndində anadan olmuş, Yevlax şəhəri, İ.Dəmirov küçəsi ev 1, mənzil 12-də qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 10 mart 2005-ci il tarixli AZ-l 151641 saylı nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, X7 ilə X8 10 mart 2005-ci il tarixdə evlənmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsindən verilmiş 09 sentyabr 2021-ci il tarixli, **********45 saylı məktubdan görünür ki, Ərizəçi JN-0081 KOD 90317018 saylı dövlət aktında düzəlişin edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən torpağa mülkiyyət hüququna dair JN-0081 KOD 90317018 saylı dövlət aktının surətindən məlum olur ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 14 fevral 1998-ci il tarixli 21 saylı qərarı ilə X3, X4, X9 və X5 1.55 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nın Xosrov kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyinin 23 sentyabr 2021-ci il tarixli 382 saylı arayışından məlum olur ki, mərhum X2 adına qeydiyyatda olan AR DT və XK-si tərəfindən ona verilmiş JN-0081, kod 90317018 saylı DT və XK-si Ağdaş rayon şöbəsində qeydiyyat nömrəsi (9644,16.05.1999) torpağa mülkiyyət hüququna dair Dövlət aktının adlı siyahısında ailə üzvlərinin adlarında texniki səhvlərə yol verilmişdir. Belə ki, X6 əvəzinə X8 olmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 305.1 və 305.1.1-ci maddələrinin tələbinə görə məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.1 və 307.2.11-ci maddələrinin tələbinə görə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları məhkəmə həmin şəxsə məxsus olması fatkını müəyyən edir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının Qanununun 9 və 10-cu maddələrinə və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il tarixli 534 №-li Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Məhkəmə iclasında təkzib edilməz sübutlarla müəyyən edilir ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 14 fevral 1998-ci il tarixli, 21 saylı qərarı əsasında ərizəçiyə və onun ailə üzvlərinə 1.55 hektar torpaq sahəsi verilmişdir. Torpağa mülkiyyət hüququna dair JN-0081 KOD 90317018 saylı dövlət aktında texniki səhvə yol verilmiş Ərizəçi adı Günel kimi qeyd edilmişdir. Ərizəçi ailə qurduqdan sonra Eyvazova soyadı qəbul etmişdir. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və ailə üzvlərinin adına verilmiş Ağdaş rayon Aqrar İslahat Komissiyası tərəfindən tərtib edilmiş JN-0081 KOD 90317018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının xx xxxxxx 1978-ci il tarixdə Ağdaş rayonu, Xosrov kəndində anadan olmuş, Yevlax şəhəri, İ.Dəmirov küçəsi ev 1, mənzil 12-də qeydiyyatda olan Ərizəçi məxsusluğu faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 312-316 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi və ailə üzvlərinin adına verilmiş Ağdaş rayon Aqrar İslahat Komissiyası tərəfindən tərtib edilmiş JN-0081 KOD 90317018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının xx xxxxxx 1978-ci il tarixdə Ağdaş rayonu, Xosrov kəndində anadan olmuş, Yevlax şəhəri, İ.Dəmirov küçəsi ev 1, mənzil 12-də qeydiyyatda olan Ərizəçi məxsusluğu faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Yevlax Rayon Məhkəməsi vasitəsilə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-2045/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2045/2021
13.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver