Məhkəmə qərarları › İş №2(039)-212/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-212/2022

15.03.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-212/2022 15.03.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 13 may 1966-cı ildə anadan olmuş və hazırda Yevlax rayonu, Havarlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, bacısı X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə cıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırmışdır ki, bacısı X3 13 may 1966-cı ildə Yevlax rayonu, Havarlı kəndində anadan olmuşdur. Zeynab Hüseynova anadangəlmə ağıl zəyifliyindən əziyyət çəkməklə xəstə olmuşdur. Yevlax şəhər Psixo-Nervoloji kabinetində qeydiyyatda olmuş və müalicə almışdır. Ona faktiki olaraq özü baxır və ona faktiki olaraq qəyyumluq edir. Zeynab Hüseynova öz hərəkətlərinin mənasını anlaya bilmək və öz hərəkətlərini idarə edə bilmək qabiliyyətindən məhrumdur. Odur ki, bacısı Zeynab Hüseynovanın üzərində qəyyum təyin edilməyi ilə bağlı olaraq onun məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə əlaqədar psixi vəziyyətinin müəyyən edilməsi üçün məhkəmə-psixatriya ekspertizasının təyin edilib keçirilməsi zəruridir. Ərizəçi iclas zamanı ərizəni müdafiə edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Yevlax Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına məlumat verilsə də, nümayəndəsinin iclasda iştirakını təmin etməmişdir. Məhkəmə, mövcud sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, ərizə əsaslıdır. Belə ki, Yevlax şəhər İcra Hakimiyyəti Başçısının aparatı tərəfindən Ərizəçi ünvanlanmış 2519№-li, 03 dekabr 2021-ci il tarixli məktubda qeyd olunur ki, qanunun tələbinə görə bacınız X3 məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilmədiyi və müstəqil sürətdə öz hüquqlarını həyata keçirməyə və qanunvericiliyə əsasən müdafiə etməyə qadir olmadığını təsdiq edən sənədi təqdim etmədiyiniz üçün qardaşınız X4 üzərində qəyyum təyin edilə bilməzsiniz. X1 üzərində qəyyum təyin edilə bilməyiniz üçün onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün iddia ərizəsi ilə aidiyyəti məhkəməyə müraciət etmək tövsiyə edilir. Doğum haqqında şəhadətnamələrlə müəyyən olunur ki, Ərizəçi və Zeynab Hüseynova bacı-qardaşdılar. Yevlax rayon ƏSMM-nin 01.02.1995-ci il tarixli 3647№-li vəsiqəsinin surətindən müəyyən olunur ki, X3 01 fevral 1995-ci il tarixdən 1-ci qrup əlildir. Havarlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışda qeyd olunur ki, Ərizəçi Yevlax rayonu Havarlı kəndində yaşayır, bacısı X3 1-ci qrup əlil olmaqla onun himayəsindədir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin ambulator məhkəmə psixiatrik ekspertizasının 96 №-li, 16 fevral 2022-ci il tarixli rəyində qeyd olunur ki, komissiya bu nəticəyə gəlir ki, X6 xroniki xəstəlik olan ağır dərəcəli kəmağıllılıq, ifadə olunmuş davranış pozuntuları, hipofizar nanizm XBT-10 (Psixi və davranış pozüntulamın beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Mülki Prosessual Məcəllə: Maddə 317.2. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Maddə 318.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Maddə 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə iclası zamanı Zeynab Hüseynovanın psixi qüsurları nəticəsində öz hərəkətlərinin mənasını anlaya və hərəkətlərini idarə edə bilməməsi işdə olan sənədlərlə və məhkəmə psixiatrik-ekspertizasının rəyi ilə tam təsdiq olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, Zeynab Hüseynovanın fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə Ərizəçi ərizəsi təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. 13 may 1966-cı ildə anadan olmuş və hazırda Yevlax rayonu, Havarlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar