Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2123/2023 14.11.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əli Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcla əlaqədar pul tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən istehlak etdiyi elektrik enerjisinə görə yaratmış olduğu 466.15 manat borc və ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbi belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfındən ödənilir. Cavabdeh elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Yevlax EŞ-nin “Proqram bazasında **********00064 saylı istehlakçı kodu ilə qeydiyyatda olmaqla elektrik enerjisindən yaşadığı evə quraşdırılmış ÜG 6807 tipli, zavod nömrəsi 66096593 olan elektrik hesablama sayğacı vasitəsi ilə xx.xx.2007-ci il tarixdən xx.xx.2019-cu il tarixinə kimi, xx.xx.2019-cu il .tarixindən hal-hazıra kimi isə PAUD MP 106 tipli zavod nömrəsi **********4 elektrik hesablama sayğacı vasitəsi ilə istifadə edir. Tərəflər arasında “Elektrik enerjisinin alqı-satqısının bir tipli müqaviləsi” bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən “enerji təchizatı müəssisəsi istehlakçını (məişət abonenti) keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz edir, abonent isə istehlak edilmiş elektrik enerjisinin dəyərini yaşadığı evə quraşdırılmış elektrik hesablama sayğacının göstəricilərinə əsasən ona təqdim edilmiş "Bildiriş-Xəbərdarlığ”a uyğun olaraq ödəyir. Elektrik enerjisinə görə hesablaşma dövrü 1 ay qəbul olunur. xx.xx.2022-ci il tarixdə Yevlax EŞ-nin əməkdaşları Yevlax rayonunda yaşayan elektrik enerjisi istehlakçıları (məişət abonentləri) tərəfindən “EEİQ” na riayət edilməsi vəziyyətini yoxlayarkən Cavabdeh yaşadığı fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirmişlər. Baxış keçirilən zaman yaşayış evində elektrik enerjisindən “kənar xətt” vasitəsi ilə qanunsuz istifadə edilməsi faktı aşkar edilmişdir. Aşkar edilmiş faktla bağlı Cavabdeh barəsində “EEİQ” nın tələblərinə uyğun olaraq AKT R № 263135 saylı akt tərtib edilmişdir. Aktın “pozuntunun qısa məzmunu” hissəsində “baxış zamanı məlum olduğu ki, abonent bir fazalı “smart kart” tipli elektrik sayğacından kənar xətt vasitəsi ilə istifadə edir. Xətdən keçən yük xüsusi ölçmə vasitəsi olan “ampermaşa” ilə ölçüldükdə xətdən keçən cəryan İ=1,64 A, 11=0,22 kV və P=0,36 kVt təşkil etdiyi müəyyən edilmişdir.” qeydiyyatı .aparılmışdır. Aktın “tələb hissəsində” hissəsində “Kənar xətt ləğv edilsin.” qeydiyyatı aparılmışdır. Pozuntu faktının mobil telefon vasitəsi ilə video çəkilişi aparılmışdır. Akt enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən imzalanmışdır. Cavabdeh aktı imza etməkdən imtina etmişdir. "Mərkəzi Aran ” RETSİ-də fəaliyyət göstərən Aktlar üzrə Komissiya tərəfindən cavabdeh barəsində tərtib olunmuş akta əsasən “Qaydalar”ın 8.17-ci bəndinin tələblərinə uyğun olaraq sutkanın 24 saatı nəzərə alınmaqla 90 gün müddətinə hesablama aparılaraq dəyəri 530,66 manat təşkil edən 4082 kVt lat miqdarında qanunsuz istifadə nəticəsində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. P=2,7 kvt W=2.7 kvt x 0,7 x 24 saat x 90 gün = 4082 kvt saat 4082 kvts x 0,13 =530,66 manat Cəmi: 530,66 manat Cavabdeh xx.xx.2023-cü il tarixinə onun iddiaçı "xxxx" ASC-yə 466,15 manat məbləğində debitor borcu qalmışdır. Cavabdeh yaşadığı ünvana 08 iyun 2023-ci il tarixli 34 №-li Pretenziya cəkilərək həmin tarixə elektrik enerjisindən istifadəyə görə yaratmış olduğu 486.15 manat məbləğində kreditor borcun 7 gün ərzində ödənilməsinin təmin edilməsi, əks təqdirdə “borcun ödənilməsi” tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Cavabdeh xx.xx.2023-ci il tarixdə ona ünvanlanmış “Pretenziya”nı şəxsən almasına baxmayaraq borcdan ödəniş etməmişdir. Tərəflərin izahatları: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Mahir Məmmədov iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, cavabdeh hesablanmış borc üzrə ödənişlər etmiş və hazırda onun 367.15 manat borcu yaranmışdır. İddianın həmin məbləğdə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddianı qəbul edərək bildirmişdir ki, Yevlax rayonu, Hürüuşağı kəndində özünə məxsus evdə yaşayır. Həqiqətən həmin evdə sayğacdan kənar xətt çəkilmişdir. Hesablanmış borcu ödəməyə razıdır və hətta artıq bir hissəsini ödəmişdir. Mövcud borc hissəsində iddianın təmin edilməsinə etiraz etmir. Sübutlar: 01 yanvar 2023-cü il tarixli 684531 saylı müqavilənin surətindən müəyyən olur ki, Yevlax EŞ-nin “Proqram bazası”nda **********00064 saylı istehlakçı kodu ilə abonent Cavabdeh yaşadığı Yevlax rayonu, Hürüuşağı kəndində yerləşən evin elektrik enerjisi ilə təmin edilməsi öhdəliyini üzərinə götürmüşdür. **********00064 saylı Abunə haqqında məlumatdan müəyyən olunur ki, qeyd edilən ünvanda Cavabdeh yaşadığı ev elektrik enerjisi ilə təmin edilmiş, sayğac üzrə 08 iyun 2023-cü tarixə kimi 486.15 manat borc yaranmışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”: Bənd 1.2. bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq, dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Bənd 7.11. Yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Bənd 8.1. Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Bənd 8.32. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Bənd 8.33. Məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Bənd 8.4. “Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır”. Bənd 9.10. İstehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Mülki Məcəllə: Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 567 Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmənin hüquqi mövqeyi: Beləliklə, mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçının yaşadığı Yevlax rayonu, Hürüuşağı kəndində yerləşən mənzil elektrik enerjisi ilə "xxxx" ASC tərəfindən təmin olunmuşdur. Həmin elektrik enerjisinin hesablanması üçün sayğac quraşdırılmışdır. "xxxx" ASC-nin əməkdaşları tərəfindən həmin ünvana 10 avqust 2022-ci il tarixdə baxış keçirilən zaman sayğacın giriş xəttinin zədəli olması və abonentin kənar xətdən istifadə etməsi müəyyən edilmişdir. Həmin akt əsasında iddiaçıya sayğacdan kənar istehlak edilmiş elektrik enerjisinin bərpası məqsədi ilə müvafiq hesablama aparılmaqla cərimə hesablanmışdır. Cavabdeh tərəfindən yaranmış borc üzrə qismən ödəniş edilmiş, hazırda 367.15 manat borc qalmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 367.15 manat, habelə ödənilmiş məhkəmə xərcləri cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360 maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh istehlak etdiyi elektrik enerjisinə görə yaranmış 367.15 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi 30.4 manat, ümumi 397 (üç yüz doxsan yeddi) manat 55 (əlli beş) qəpik "xxxx" ASC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Toğrul Əli
Məhkəmə qərarları › İş №2(039)-2123/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2123/2023
14.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver