Məhkəmə qərarları › İş №2(039)-2125/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2125/2023

11.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2125/2023 11.10.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “sənədin şəxsə məxsus olması faktın müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax Ərazi İdarəsini maraqlı şəxs qismində qeyd etməklə, ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, JN-0001 KOD 90103018 saylı torpağın mülkiyyətinə verilməsinə dair dövlət aktının ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Yevlax rayon Aqrar islahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 26 nömrəli qərarı ilə Yevlax rayonu Aşağı Salamabad kəndində yerləşən 1.35 hektar pay torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün onun və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. JN-0001 KOD 90103018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında adı səhvən Niyyə yazıldığına görə müəyyən mülki hüquqlarının həyata keçirilməsində çətinliklər yaranmışdır. Həmin səhvliklərin düzəldilməsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax ərazi İdarəsinə müraciət etmiş, tələbi təmin edilməmiş və ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Qeyd edilən səhvləri başqa qaydada düzəltmək mümkün olmadığından hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iştirak edən Ərizəçi iddianı müdafiə edərək və ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin, habelə şahidlərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Ərizəçi məxsus xx.xx.2013-cü il tarixdə verilmiş AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsində ərizəçinin soyadı “Əhmədova”, adı “ Uruzə”, atasının adı “Yusib”, doğulduğu yer “Yevlax rayonu, Əcəmi kəndində”, doğulduğu tarix isə “xx.xx.1959”, qeydiyyatda olduğu ünvan “Yevlax rayonu Aşağı Salamabad kəndi” göstərilmişdir. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Aş. Salamabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 272 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi həqiqətən də Yevlax rayonu Aş Salamabad kəndində yaşayır, JN-0001 KOD 90103018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında Ərizəçi, səhvən X11 yazılmışdır. JN-0001 KOD 90103018 №-li “torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, X7, X4 və X2 Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 26 saylı qərarı ilə Yevlax rayonu Aş.Salamabad kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı üçün 1,35 ha torpaq sahəsi verilmişdir. DƏDRX-in 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-0001 №-li torpağın mülkiyyət hüququna dair dövlət aktında hər hansı bir düzəlişin və ya dəyişikliyin edilməsi DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid deyildir. Yevlax rayonu Aş.Salamabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2015-ci il tarixdə vəfat etmişdi. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X1 və X3 ifadələrində bildirmişdir ki, ərizəçi müvafiq olaraq onların anası və bacısdır. Həmçinin ərizəçinin adının Uruzə olduğunu, torpaq sənədində ərizəçinin adının Niyyə yazıldığını bildirmişdirlər. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X8, X5 ifadələrində bildirmişdir ki, ərizəçi müvafiq olaraq onların qayınanası və qonşusudur. Ərizəçinin adının Uruzə olduğunu, torpaq sənədində ərizəçinin adının Niyyə yazıldığını bildirmişlər. Qeyd olunanlara əsasən müəyyən edilir ki, ərizəçinin, JN-0001 KOD 90103018 №-li “torpağa mülkiyyət hüququna dair şəhadətnamə”də göstərilmiş “adı” ilə şəxsiyyət vəsiqəsində göstərilən “adı” düz gəlmir, şəhadətnamədə “Ərizəçi” əvəzinə “X10” yazılmışdır. Məhkəmə, mövcud mübahisəninin həlli ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Qeyd olunan prosessual hüquq normalarının tələblərindən çıxış edən məhkəmə hesab edir ki, JN-0001 KOD 90103018 №-li “torpağa mülkiyyət hüququna” dair dövlət aktında göstərilən “X10” AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi” ilə eyni şəxsdir ərizəçi həmin dövlət aktının ona məxsus olması faktının müəyyən edilməsini tələb etməkdə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. JN-0001 KOD 90103018 №-li “torpağa mülkiyyət hüququna” dair dövlət aktında göstərilən “X10” AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi” ilə eyni şəxsdir ərizəçinin həmin dövlət aktının ona məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar