Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2135/2022 30.11.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və ailə üzvləri yaşadığı, o cümlədən onun qanuni sahibliyində və istifadəsində olan Yevlax rayonu, Yuxarı Salamabad kəndində yerləşən fərdi yaşayış evində elektrik enerjisinə görə quraşdırılmış elektrik sayğacına müdaxiləyə görə "xxxx" ASC tərəfindən əsassız olaraq hesablanmış 874.27 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, sonradan iddia tələbini dəqiqləşdirərək 2000- 2010-cu illərdə Yevlax rayonu, Yuxarı Salamabad kəndində yerləşən fərdi yaşayış evində yaşamış məcburi köçkün ailəsinin istifadə etdiyi işıq sərfiyyatı üçün yaranmış 1242 manat borc məbləğinin silinməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Yevlax rayonu Yuxarı Salamabad kəndində onun mərhum valideynlərindən həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi miras qalmış, həmin ev onun nəzarəti altında olmuşdur. Hal- hazırda ailə üzvülərilə birlikdə o, həmin ünvanda yaşayır. 2000-2010-cu ilin sonlarınadək həmin ünvanda Qubadlı rayonundan olan məcburi köçkün ailəsi X2 ailəsi yaşamışdır. Həmin ailə 4 nəfərdən ibarət olmuş, həmin ünvanda Həziyevlər ailəsinin yaşadıqları müddətdə 1242 manat işıq pulu borcları yaranmışdır. Həmin ailə məcburi köçkün ailəsi olduğu üçün onların işıq limitləri olmuşdur. 10 il ərzində işıq limitləri hansı səbəbdənsə həmin ailəyə tətbiq edilməmiş və 1242 manat borc yaranmışdır. Məcburi köçkün ailəsinə məxsus fərdi yaşayış evini tərk etdikdən sonra işıq sərfiyyatı olaraq onların üzərinə 1242 manat borc yazılmışdır. Onun müraciəti araşdırılmış və yazılmış borc qismən 375.10 manatı silinsə də, hazırda silinməmiş 874.27 manat borcu qalmışdır. "xxxx" ASC tərəfindən ona bildirilmişdirki, hazırda mənzilinin elektrik enerji hesabı haqqında abunə vərəqi təhlil olunmuş, xx.xx.2020-ci il tarixə sərf olunan elektrik enerjisi sərfiyyatına görə yaranmış, 874.27 manat debitor borcu mənzilən istehlak edilmiş, lakin ödənişi aparılmamış elektrik enerjisinin dəyəri olduğunu müəyyənləşdirilmişdir. 874.27 manat borcun 2010-cu ildən sonraya artıq istehlak edilmiş energinin dəyəri kim hesablanması tam qanunsuz və əsassızdır. 2010-cu ildən sonundək dövr üçün istehlak edilmiş energinin dəyəri tərəfindən ödənilmişdir. Onun ailəsi kənd şəratində yaşadığı üçün elektrik energisindən minimal şəkildə istifadə edir. Habelə ailəsinin istehlak etdiyi elektrik energisinin dəyəri də ayba ay ödənilmişdir. 874.27 manat 2010-cu ilədək yaranmış borcdur. Bu məbləğ isə bütün hallarda isə silinməlidir. Çünki. 2000-2010-cu illərdə həmin ünvanda məcburi köçkün ailəsi yaşamış və həmin ailəyə Dövlət tərəfindən verilmiş limit (güzəşt) əsasında X1 etmişlər. Dövlət tərəfindən qanuni hallarla nəzərdə tutulmuş elektrik enerjisi limitindən istifadə etmiş məcburi, köçkün ailəsinin istehlak etdiyi elektrik enerjisinin haqqının ona şamil edilməsi hamısı dərəcədə qanuni və əsaslıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat vermiş, habelə qanunvericiliyə uyğun olaraq hazırki mübahisə üzrə 5 illik iddia müddətinin tətbiq olnuması ilə bağlı ərizə verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə, iş üzrə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; “ASAN Xidmət”lə İş və Elektron İdarəetmə Departamentinin direktoru Elsevər Rüstəmli tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda bildirmişdir ki, 874.27 manat borc 2010-cu ildən sonraya artıq istehlak etdiyi enerjisinin dəyərdir. "xxxx" ASC-nin Enerji satışı Departamentinin direktoru Elçin Dadaşov tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda bildirmişdir ki, **********100066 saylı kod üzər mənzilinin elektrik enerji hesabatı haqqında abunə vərəqi təhlil olunmuş, xx.xx.2020-ci il tarixə sərf olunan elektrik enerjisi sərfiyyatına görə yaranmış 867.48 manat debitor borc mənzildə istehlak edilmiş, lakin ödənişi aparılmamış elektrik enerjisinin dəyəri olduğu müəyyənləşdirilmişdir. "xxxx" ASC-nin Enerji satışı Departamentinin direktoru Elçin Dadaşov tərəfindən xx.xx.2020-ci il tarixli məktuba cavab olaraq bildirmişdir ki, **********100066 saylı kod üzrə mənzilinin elektrik enerji hesabatı haqqında abunə vərəqi təhlil olunmuş, elektrik enerjisi sərfiyyatına görə yaranmış cari borcunun "xxxx" ASC-nin fəaliyyəti dövrünə qədər yaranmış 375.10 manatı xx.xx.2020-ci il tarixdə ödənişləri tələb olunmayan borclar qrafasına daxil edilmişdir. Son ödəmə müddəti xx.xx.2011-ci il tarixi göstərilmiş “Azərenerji”-nin Hesab- Bildirişində sayğac nömrəsi ********** olan abunə kodu **********6 üzrə İnqlab Əhmədovun 1261,18 azn borcu vardır (həmin qəbz üzrə qalıq borc 1251,58 azn təşkil edir). Son ödəmə müddəti xx.xx.2011-ci il tarixi göstərilmiş “Azərenerji”-nin Hesab- Bildirişində sayğac nömrəsi ********** olan abunə kodu **********6 üzrə İnqlab Əhmədovun 1271,38 azn borcu vardır (həmin qəbz üzrə qalıq borc 1261,18 azn təşkil edir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “X1 Qaydaları”nın 1.2-ci bəndinə əsasən bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq, dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Qaydaların 8.4-cü bəndinə əsasən “Enerji təchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır”. Qanunun tələbindən görünür ki, istehlakçı kimi iddiaçıdan istifadə etmədiyi enerjiyə görə haqq tələb edilə bilməz. “X1 Qaydaları”nın 8.2-ci bəndində göstərilmişdir ki, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.32-ci bəndinə görə məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X1 göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X1yə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsi ilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Qaydaların 7.2-ci bəndində göstərilir ki, dövlət elektroenergetika müəssisəsinin, enerji təchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. Qaydaların 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə-pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədi ilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Qaydaların 7.10-cu bəndinə görə istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Qaydaların 7.11-ci bəndinə görə yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerji təchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Qaydaların 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Aktın əsasında enerji təchizatı müəssisəsi qeydə alınmamış elektrik enerjisinin miqdarını müəyyən edir və məişət abonentinə əlavə ödəniş sənədi yazır. Mübahisələndirilən aktdan görünür ki, enerji təchizatı müəssisəsinin nümayəndələri tərəfindən Qaydaların yuxarıda qeyd olunan tələbləri pozularaq abonentə məxsus elektirk hesabat sayğacının bütövlüyünün pozulması halı üçün abonentə əlavə sərfiyyat hesablanarkən Qaydaların qeyd olunan tələbləri nəzərə alınmamış və akt tərtib olunarkən iki nəfər hal şahidinin iştirakı təmin olunmamışdır. Hazırkı halda sayğacın düzgün işləməməsi X3 təqsiri üzündən baş verməsi sübut olunmalıdır ki, bunun nəticəsində protokol əsasında ona cərimə hesablansın. Həmçinin laborator müayinəsi zamanı isə X3 iştirakının təmin edilməsi üçün cavabdeh ona müvafiq bildiriş göndərməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.1-ci maddəsinin tələbinə görə, Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2-ci maddəsinin tələbinə görə, Aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: 551.2.1. kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə məhkəmə iclası zamanı məlum olmuşdur ki, İddiaçı fərdi yaşayış evinə quraşdırılmış müvafiq elektrik sayğacı üzrə ona istifadə olunmuş elektrik enerjisinin dəyərinə görə 1242 manat debitor borc hesablanmış, daha sonra "xxxx" ASC tərəfindən aparılmış araşdırma nəticəsində həmin borcdan 375,10 manat məbləğ silinmiş, lakin qalıq 874.27 manat borc hazıradək qalmaqdadır. Həmçinin müəyyən edilmişdir ki, sözügedən borc xx.xx.2011-ci il tarixdən əvvəlki dövrdə istehlak edilmiş elektrik enerjisinin dəyərinə görə yaranmış borcdur (bu hal son ödəmə müddəti xx.xx.2011-ci il tarixi göstərilmiş sayğac nömrəsi ********** olan abunə kodu **********6 üzrə İnqlab Əhmədovun 1271,38 azn borcu olması barədə “Azərenerji”-nin iddiaçıya ünvanladığı Hesab-Bildirişi ilə sübut olunur). Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya hesablanmış 874.27 manat silinməlidir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı hesablanmış 874.27 manat debitor borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-2135/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2135/2022
30.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver