Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2152/2025 21.10.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, İddiaçı, Cavabdeh nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin X10 İstismar İdarəsinin təbii X6nın pozulması haqqında aktına əsasən əsassız hesablanaraq onun abonet koduna vurulmuş itirilmiş qazın dəyəri kimi 513,90 manat cərimənin silinməsinə və yeni quraşdırılmış qaz sayğacının dəyərinin cavabdehə aid edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ailə üzvləri ilə birlikdə Yevlax rayonu, Qaramanlı kəndində özünə məxsus fərdi yaşayış evində yaşayır. Cavabdeh orqan X11 sahəsi ilə aralarında bağlanmış təbii qazla təmin edilməsi, ondan istifadə, istismar və ödəniş qaydaları haqqında (əhali üçün) müqaviləyə əsasən istehlakçı kimi cavabdeh orqan tərəfindən təbii qazla təmin edilmiş, sərf etdiyi təbii qaza görə nəzarətçi tərəfindən verilmiş bildirişdə göstərilən məbləği vaxtı-vaxtında poçt vasitəsi ilə cavabdeh orqanın hesabına ödəmişdir. Cavabdeh İB-nin X10 İstismar İdarəsinin əməkdaşları yaşayış evi üçün qurlaşdırılmış (sayğac həyətdə yox, həyətdən çöldə qurlaşdırılmışdır) qaz sayğacına baxış keçirmiş, sayğacın yoxlanılması üçün sayğacı dəyişdirilmiş və bu barədə akt tərtib edilmişdir. Yoxlamadan sonra ona bildirmişlər ki, sayğaca guya ki, müdaxilə olmuşdur. Lakin o həmin sayğaca hec bir müdaxilə etməmişdir. Səbəbini ona bildirmədən akta imza etməyini demişlər o isə imza etməkdən imtina etmişdir. Cababdehin tabeliyində olan bölmələrdən ondan 513,90 manat borc tələb olunduğu bildirilmişdir. Ona görə də o barəsində tərtib edilmiş təbii X6nın pozulması haqqında aktla razı deyil, həmin akt qanunsuz tərtib edilmiş, nəticədə stehlakçı kimi qanunla qorunan hüquqları cavabdeh orqan tərəfindən kobud şəkildə pozulmuşdur. Belə ki, qanunvericiliyin tələblərinə görə həmin sayğac sökülərkən akt tərtib edilərkən hal şahidləri iştirak etməmiş, həmin sayğac laboratoriyada yoxlanılarkən iştirakı təmin olunmamışdır. Göründüyü kimi, cavabdeh orqan X10 İstismar İdarəsinin əməkdaşları onlara verilmiş hüquqlardan sui istifadə edərək qeyd etdiyi qanunsuz hərəkətləri ilə bəzi qanunvericilik aktlarının tələblərini, eləcə də istehlakçı kimi onun qanunla qorunan hüquqlarını kobutcasına pozmuşdur ki, bu da yolverilməzdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, onun evinə quraşdırılmış qaz sayğacı evindən xeyi aralıda yerləşir Cavabdeh əməkdaşları gecə saat 11:00 radələrində sayğaca baxış keçirib cərimə yazıb çıxıb getmişlər. Sayğaca müdaxilə olunmamışdır. Sayğacın plombu yerindədir. Sayğac evin arxasında ona məxsus torpaq sahəsində yerləşir. Cavabdeh əməkdaşlarından dəfələrlə sayğacın həyətindən çölə çıxarılmasını xahiş etmişdir. Sayğac təxminən 10 il əvvəl çıxarılıb yoxlanılması üçün Bakı şəhərinə aparılmış və sayğaca müdaxiləyə görə 200 manat cərimə edilmişdir. Həmin cəriməni ödəmişdir. Bu dəfə sayğac dəyişdirilməyib, plombu yerindədir və sayğaca müdaxilə olunmamışdır. Sayğacı şauqli vəziyyətə o gətirməmişdir. Həyətdə olan zaman saygac görünür. Cavabdeh əməkdaşları sayğaca baxış keçirəndə evdə qardaşı olmuş, saygaca müdaxilə olunduğunu bildirmişlər, lakin sayğaca müdaxillə olunmamışdır. X2 X1 xx.xx.2025-ci il tarixli, MN №1277318 nömrəli inzibati tənbeh vermə haqqında qərarı əsasında 100 manat cəriməni ödəməmişdir. Hazırda qaz təhcizatı dayandırılmışdır. Sayğac dəyişdirilmədiyindən ancaq 513,90 manat cərimənin silinməsini xahiş edir. Sayğacın şaquli vəziyyətə gətirilməsindən məlumatsızdır. Cərimə yazılandan üç gün sonra Cavabdeh əməkdaşları evə gəlib evdə olan qaz avadanlıqlarını qeydə almışlar. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmn edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X7 iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, İddiaçı Cavabdehnə borcun silinməsinə dair qaldırdığı iddia tələbi əsassızdır. Belə ki, iddiaçı ilə Cavabdeh arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəsi arasında qazın alqı-satqısı barədə Müqavilə”nin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. İddiaçı Cavabdehnə qarşı 513.90 (beş yüz on üç manat, doxsan qəpik ) manat cərimənin ləğv edilməsi barədə iddia ərizəsi ilə Yevlax rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı müqavilənin 2.3.2-ci yarımbəndinin (bu Müqavilənin və “Qazdan istifadə qaydalan”nın tələblərinə əməl etmək) və “X6”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, sayğacı şaquli vəziyyətdə qaldıraraq qazdan istifadə edərək təbii qazı talamışdır. Belə ki, Cavabdeh İB-nin mütəxəssisləri tərəfindən Yevlax rayonu Qaramanlı kəndində yaşayan İddiaçı məxsus fərdi evinə quraşdırılmış G-4 mexaniki tipli GCZ20239622 nömrəli qaz sayğacına xx.xx.2025-ci il tarixdə baxış keçirilən zamanı sayğacı şaquli vəziyyətdə qaldıraraq qeyri-qanuni istifadə etmişdir. İddiaçının təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktı abonentin iştirakı ilə Birliyin işçiləri tərəfindən “Təbii X6n pozulması haqqında” xx.xx.2025-ci il tarixli ******* nömrəli akt tərtib edilərək təsdiq edilmişdir. İddiaçı qeyri-qanuni qazdan istifadəyə görə 2196 m3 yəni 513.90 manat itirilmiş qaz hesablanmışdır. Qeyd olunanların nəzərə alınaraq, iddianın əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmn edilməməlidir. Belə ki, işdə olan xx.xx.2025-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, İddiaçı evinə quraşdırılmış qaz sayğacı qaldırıb süni şəkildə hesablama mexanizmi dayandıraraq qazdan istifadə edildiyi aşkar edilmişdir. İşdə olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2025-ci il tarixli, ******* nömrəli akta əsasən İddiaçı evində olan PQ-3, QSQ-24l, iran sobası (radiator), Q/Standart odun peçi nəzərə alınmaqla 2196 m/kub itirilmiş qaz hesablanmışdır. İşdə olan Cavabdeh xx.xx.2025-ci il tarixli abonent saldosundan görünür ki, İddiaçı **********0000saylı abonent koduna 2025-ci ilin may ayında 513,90 manat borc yazılmışdır. İşdə olan X2 X1 xx.xx.2025-ci il tarixli, MN №1277318 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, İddiaçı Yevlax rayonu, Qaramanlı kəndində fərdi yaşayış evində qaz sayğacına müdaxilə etməklə təbii qazın talaması nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Yevlax rayonu Qaramanlı kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına Cavabdeh İB-nin nümayəndələri tərəfindən baxış keçirilmiş və istehlakçı təərfindən qaz sayğacının şaquli vəziyyətdə qaldırılaraq qazdan istifadə etməsi faktı aşkar edilmişdir. Bua görə onun barəsində X2 X3 tərəfindən xx.xx.2025-ci il tarixli, MN №1277318 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək, İddiaçı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsi ilə cərimə edilmiş və iddiaçı həmin cəriməni ödəmişdir. Buna baxmayaraq, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin X10 İstismar İdarəsinin təbii X6nın pozulması haqqında aktına əsasən hesablanaraq onun abonet koduna vurulmuş itirilmiş qazın dəyəri olan 513,90 manat cərimənin əsassız olduğundan silinməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənləri nəzərə alan məhkəmə, mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz (bənd 8). Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir (bənd 9). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 №-li Qərarı ilə təsdiq edilmiş “X6nın” 4.2-ci bəndinə görə, qaz sayğacı ilə təsdiq edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə görə, qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaydaların 4.8-ci bəndinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə iclasında iddiaçı Cavabdeh İstehsalat Biriliyi tərəfindən onun abonent koduna 513.9 manat cərimənin əsassız olaraq hesablandığını göstərsə də, həmin hal məhkəmə iclasında öz təsdiqini tapmamışdır. İddiaçı sayğaca müdaxilə olmadığını göstərsə də, həmin halı təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(039)-2152/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2152/2025
21.10.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver