Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2154/2023 08.08.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakları ilə, Ərizəçi barışıq sazişinin təsdiq edilməsi dair ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi, maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Maraqlı şəxs ilə nikahın pozulması və Maraqlı şəxs xx.xx.2011-ci ildə Hüseynbaba, xx.xx.2012-ci ildə Kənan və xx.xx.2015-ci ildə Namiq adlı uşaqlarının saxlanılması üçün hər uşağa görə 60 manat, cəmi 180 manat alimentin tutulması və həmin uşaqların himayədə qalması barədə Maraqlı şəxs Hüseyibaba oğlu ilə aralarında mediasiya şurasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarlmasını xahiş etmişdir. İşin halları: Ərizəsini belə əsaslandırmışdır ki, Maraqlı şəxs ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikaha girərək nikahlarını Yevlax rayon qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. Birgə nikahdan xx.xx.2011-ci ildə Hüseynbaba, xx.xx.2012-ci ildə Kənan və xx.xx.2015-ci ildə Namiq adlı uşaqları doğulmuşdur. Cavabdehlə əvvəllər münasibətləri yaxşı olsa da sonradan xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Heç bir yerdə işləmir, uşaqları saxlamaqda çətinlik çəkir. Cavabdeh uşağı ilə maraqlanır onun saxlanması üçün maddi yardım göstərir. Lakin cavabdeh könüllü olaraq yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün aliment ödəmir. Uşaqların normal saxlanması üçün cavabdehin mütləq maddi yardımı lazımdır. Maraqlı şəxs uşaqların saxlanılması üçün bir uşaq üçün 60 manat olmaqla ümumilikdə sabit pul məbləğində 180 manat aliment ödəməlidir.. Tərəflərin izahatları: İddiaçı Ərizəçi teleqram vasitəsi ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edərək ərizənin təmin olunmasını xahiş etmişdir. Cavabdeh Maraqlı şəxs teleqram vasitəsi ilə məhkəməyə müraciət edərək iştirakı olmadan işə baxıb ərizənin təmin edilməsini xaihş etmişdir. Sübutlar: Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış barışıq sazişindən müəyyən olunur ki, tərəflər 25 iyun 2010-cu ildə Yevlax rayon qeydiyyat şöbəsində bağlanmış nikahlarının ləğv edilməsini qəti istəmişlər. xx.xx.2011-ci ildə doğulmuş Hüseynbaba, xx.xx.2012-ci ildə doğulmuş Kənan və xx.xx.2015-ci ildə doğulmuş Namiq adlı uşaqları üçün aliment tələbini tərəflər aralarında razılaşaraq hər uşaq üçün hər ay 60 (altmış) manat, cəmi 180 (yüz səksən) manat məbləğində alimenti birinci tərəf Ərizəçi ödəyəcəyini ikinci tərəf Maraqlı şəxs öz öhdəsinə götürmüş. Həftənin 6-cı və bazar günlərində xx.xx.2011 -ci ildə doğulmuş Hüseynbaba, xx.xx.2012-ci ildə doğulmuş Kənan və 17,06.2015-ci ildə doğulmuş Namiq adlı uşaqları ilə görüşməyi ikinci tərəf öz öhdəsinə götürmüş. İkinci tərəf xx.xx.2011-ci ildə doğulmuş Hüseynbaba xx.xx.2012-ci ildə doğulmuş Kənan və xx.xx.2015-ci ildə doğulmuş Namiq adlı uşaqların anasının himayəsində qalmasına razı olmuşdur. Hüquqi məsələlər: Mülki Məcəllə: Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-25.4. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Maddə 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: Maddə 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; Maddə 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Maddə 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Ailə Məcəlləsi: Maddə 19.1. Bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, mediasiya prosesi zamanı tərəflər arasında barışıq sazişinin bağlanmasını nəzərə alaraq belə qənaətə gəlir ki, həmin saziş tərəflərin birgə nikahından olan övladlarının analarının yanında saxlanılmaqla onlarn yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs Ərizəçi xeyrinə alimentin tutulması və Maraqlı şəxs övladları ilə ünsiyyətdə olması hissəsində qanunvericiliyin tələblərinə uyğundur, Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsində sadalanmış hallar müəyyən olunmur və bu səbəbdən həmin hissədə barışıq sazişi qismən təsdiq edilməlidir. Lakin, nikahın pozulması hissəsində həmin barışıq sazişi təsdiq edilə bilməz, belə ki, ailə qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə görə ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda nikah məhkəmə qaydasında pozulur. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 355-25.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış barışıq sazişi qismən təsdiq edilsin. xx.xx.2011-ci təvəllüdlü X3, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X9 anaları Ərizəçi yanında qalsın. Maraqlı şəxs xx.xx.2011-ci təvəllüdlü X2, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2015ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 60 (altmış) manat sabit pul məbləğində aliment Ərizəçi xeyrinə tutulsun. Hər həftənin şənbə və bazar günləri Maraqlı şəxs övladları xx.xx.2011-ci təvəllüdlü X3, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X9 ilə ünsiyyət hüququ təmin edilsin. Mediasiya üçün ödənilmiş 50 manat məbləğin və dövlət rüsumu olaraq ödənilmiş 50 manat məbləğin əvəzi, cəmi 100 (bir yüz) manat cavabdeh Maraqlı şəxs iddiaçı Ərizəçi xeyrinə tutulsun. Qalan hissədə ərizə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-2154/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2154/2023
08.08.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver