Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2162/2023 05.10.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Ərizəçi, eyni zamanda digər Ərizəçi3 nümayəndəsi Ərizəçi1, ərizəçilər Ərizəçi2, Ərizəçi4, Ərizəçi5, Ərizəçi6 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5, Ərizəçi6 sənədin şəxslərə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6, maraqlı şəxs olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsini qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək JN - 383 A,KO D 90100038 saylı Torpağın mülkiyyətə veriləsinə dair şəhadətnamənin onlara, habelə mərhum X36 və mərhum Məmmədova (Quliyeva) Saçlı Cahangir qızına məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarımasını xahiş etmişdir. İşin halları: Ərizə belə əsaslandırılmışdır ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli, 27 nömrəli qərarı ilə Yevlax rayonu Salahlı kəndində yerləşən 0,30 hektar həyətyanı torpaq sahəsi Əsədova (Quliyeva) Namiyə Bədi qızının, X21, X22, mərhum X7, mərhum X29 və mərhum Məmmədova (Quliyeva) Saçlı Cahangir qızının ümumi birgə mülkiyyətinə verilmişdir. Bu barədə olan JN - 383A,KOD 90100038 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamədə 1-ci ərizəçi olaraq soyadı səhvən Quliyev, oğlu İman Quliyevin adı səhvən İslam, atasının adı səhvən Gürdoğlu, mərhum bacısı Saçlı Quliyevanın atasının adı səhvən Cuma, 2-ci ərizəçi olaraq soyadı səhvən Quliyeva, 3-cü ərizəçi olaraq atasının adı səhvən Gürdoğlu, 4-cü ərizəçi olaraq adı səhvən Gülsüm, atasının adı səhvən Kürloğlu, 5-ci ərizəçi olaraq adının səhvən Evgeniya və 6-cı ərizəçi olaraq atasının adı səhvən Cuma yazıldığına görə müəyyən mülki hüquqlarını həyata keçirilməsində çətinliklər yaranmışdır. Həmin şəhadətnamədə soyadda, adda və ata adlarında getmiş səhvlərin düzəldilməsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişlər, lakin tələbləri təmin edilməmiş və məhkəməyə müraciət etməklərini bildirmişlər. Tərəflərin izahatları: Ərizəçi, eyni zamanda digər Ərizəçi3 nümayəndəsi Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 ,Ərizəçi5 və Ərizəçi6 iclas zamanı ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişlər. Maraqlı şəxs DƏDRX 17 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də, nümayəndəsinin iclasda iştirakını təmin etməmiş, bunun səbəbi barədə məlumat verməmişdir. Sübutlar: X12 bildirmişdir ki, hazırkı iş üzrə ərizəçilər onun qohumlarıdır. Yevlax rayonu, Salahlı kəndində yerləşən 0,30 hektar pay torpaq sahəsi həmin şəxslərə məxsusdur və bunun təsdiqi olaraq onlara torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə də verilmişdir. Sonradan ona məlum olmuşdur ki, ərizçilərin şadları, soyadları və ata adları həmin şəhadətnamədə düz qeyd edilməmişdir. DƏDRX 17 saylı Ərazi İdarəsinin 08 may 2023-cü il tarixli 3-21-3-35/2-Q- 0035/8/2023 nömrəli məktubunda qeyd olunur ki, Yevlax rayon Aqrar islahat komissiyası tərəfindən təsdiq edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-383A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin subyektlər siyahısında göstərilən adların dəyişdirilərək şəxsiyyət vəsiqəsinə uyğun verilməsi 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətin aid deyil. Belə ki, ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1-ci maddəsində qeyd edildiyi kimi Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən “şəxsin sənəddə göstərilən adı və atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı və atasının adi və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının” müəyyən edilməsi məhkəmə orqanlarına məxsusdur. Torpağa mülkiyyət hüququna dair KOD 90100038 JN-383A saylı şəhadətnamədən müəyyən olunur ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli 27 nömrəli qərarı ilə Yevlax rayonu Salahlı kəndində yerləşən 0,30 hektar torpaq sahəsi X7, X4, X39, X8, X9, X14, X21, X22, X10, X23, Ərizəçi6 Cuma oğlunun və X40 mülkiyyətinə verilmişdir. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X68 ilə X5 nikahları 02 dekabr 2014-cü il tarixdə Yevlax rayon Qeydiyyat Şöbəsində 511 nömrə ilə qeydə alınmışdır. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X30 ilə X15 nikahları 06 aprel 2017-ci il tarixdə Ağdaş RİHB-nin Ağzıbiz kəndə İƏD-si üzrə nümayəndəliyində 04 nömrə ilə qeydə alınmışdır. AZ-122224 №-li 16 iyul 2002-ci il tarixli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X31 16 iyul 2002-ci il tarixdə ölmüşdür. AZ-İİ 138680 №-li Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X47 09 noyabr 2020-ci il tarixdə döyüş meydanında qəlplər törədən zərbələrdən ölmüşdür. AZ-İ 864971-li 23 may 2017-ci il tarixli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X32 23 may 2017-ci il tarixdə ölmüşdür. Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən təqdim edilmiş 28 mart 2023-cü il tarixli 725 №-li çıxarışdan görünür ki, X37 xx.xx.1965-ci il tarixdə anadan olması, Yevlax rayon Salahlı kənd İN-yi tərəfindən 32 –li doğum aktı ilə qeydə alınmış, atası X41, anası X16r. Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən 28 mart 2023-cü il tarixdə təqdim edilmiş 724 №-li çıxarışdan görünür ki, X33 ilə X17 nikahları 26 fevral 2022-ci il tarixdə Yevlax rayon Qeydiyyat Şöbəsində 52 aktı ilə qeydə alınmışdır. İcra Hakimiyyəti Başçısının Yevlax rayon Salahlı kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin təqdim etdiyi 07 iyul 2023-cü il tarixli arayışında qeyd olunur ki, Torpağa mülkiyyət hüququna dair KOD 90100038 JN-383A saylı şəhadətnamədə adı gedən mərhum X3 X6, X2 X69, mərhum X1 X28 Ərizəçi5 səhvən Quliyeva Evgeniya, Ərizəçi4 səhvən X34, Ərizəçi3 səhvən X44, Zeynalova (Quliyeva) Elnarə Kürdoğlu qızı kimi yazılmışdır. AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx xxxxxxxx 1991-ci il tarixdə Yevlax rayonu Salahlı kəndində doğulmuş, Yevlax rayonu Salahlı kəndində yaşayır. AA******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx xxxxxx 1997-ci il tarixdə doğulmuşdur. AA******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi4 xx xxxxxxx 1993cü il tarixdə doğulmuşdur. AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi5 15 mart 197cü il tarixdə Rusiya Federasiyası Qorki şəhərində doğulmuş, Yevlax rayonu Salahlı kəndində yaşayır. AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi6 xx xxxxxx 1961-ci il tarixdə Yevlax rayonu Salahlı kəndində doğulmuş, Yevlax rayonu Salahlı kəndində yaşayır. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: X24 xx.xx.1967 Azərbaycan Respublikası, Yevlax Rayonu, Salahlı, X13 (xx.xx.1967), qızı X25 (xx.xx.1991), qızı X18 (xx.xx.1993), qızı Ərizəçi3 (xx.xx.1997), oğlu X47 (xx.xx.1999) (vəfat edib) Hüquqi məsələlər: Mülki Prosesual Məcəllə Maddə 305.1.1. məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyət olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Maddə 307.2.5. məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin hüquqi mövqeyi: Beləliklə, təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 Yevlax rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli 27 nömrəli qərarı ilə Yevlax rayonu Salahlı kəndində yerləşən 0,30 ha torpaq sahəsi ayrılmışdır. Lakin, bu barədə onlara JN-383A KOD 90100038 olan şəhadətnamə verilərkən soyadları, adları və ata adlarında yuxarıda istinad edilən qaydada səhvlərə yol verilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, mövcud sənədlərlə JN- 383A KOD 90100038 olan şəhadətnamədə qeyd edilən torpaq sahəsinin ərizəçilərə və ərizədə qeyd edilən mərhum şəxslərə məxsus olması təsdiq olunur, bu, ərizəçilərə torpaq üçün mülkiyyət hüququna dair şəhadətnamənin alınması üçün lazımdır, ərizəçilər həmin faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməz və bu faktın qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Şərh edilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Yevlax rayonu, Salahlı kəndində yerləşən 0.30 ha torpaq sahəsinə dair JN-383A KOD 90100038 saylı torpağa mülkiyyət hüququna dair şəhadətnamənın X11 aid hissədə Ərizəçi1, X19 aid hissədə Ərizəçi2, X20 aid hissədə Ərizəçi4, X26 aid hissədə Ərizəçi5, X27 aid hissədə Ərizəçi3, X35 aid hissədə X36, Ərizəçi6 Cuma oğluna aid hissədə Ərizəçi6 və X48 aid hissədə Məmmədova (Quliyeva) Saçlı Cahangir qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-2162/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2162/2023
05.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver