Məhkəmə qərarları › İş №2(039)-2170/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2170/2022

03.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2170/2022 03.11.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, ərizəçilər Ərizəçi1 və X15 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və X15 “sənədin şəxsə məxsus olması faktın müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və X34 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax Ərazi İdarəsini maraqlı şəxs qismində qeyd etməklə, ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, JN-0066 KOD 90108018 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktının şəxslər qrafasında 5-sırada olan “X5” o yəni Ərizəçi1, 6-cı sırada olan “X1” o yəni Ərizəçi2, 9-cu sırada olan “X16” o yəni Ərizəçi3 və 10-cu sırada olan “Ərizəçi4” o yəni X34 olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi1 xx.xx.1994-cü ildə Yevlax rayonu, Qaraməmmədli kəndində anadan olmuş, hazırda da ailəsi ilə birlikdə həmin kənddə yaşayır. O, Ərizəçi2 xx.xx.1997-ci ildə Yevlax rayonu, Qaraməmmədli kəndində anadan olmuş, hazırda da isə ailəsi ilə birlikdə Bakı şəhəri Xətai rayonu, Gen.Mehmandarov küçəsi ev 6, mənzil 53-də yaşayır. O, Ərizəçi3 xx.xx.1987-ci ildə Yevlax rayonu, Qaraməmmədli kəndində anadan olmuş, hazırda da ailəsi ilə birlikdə həmin kənddə yaşayır. O, X34 xx.xx.1991-ci ildə Yevlax rayonu, Qaraməmmədli kəndində anadan olmuş, hazırda da ailəsi ilə həmin kənddə yaşayır. Yevlax Rayon Aqrar İslahat Komissiyasının 20 iyun 1998-ci il tarixli 32 №-li qərarı ilə ona və ailə üzvləri X22, X8, X26, X9, X23, X10, X43, X27, X35 və Ərizəçi4 Əli qızının adına 9.19 ha torpaq sahəsi verilmişdir. Bununla bağlı onlara JN-0066 KOD 90108018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmiş, tələbi təmin edilməmiş və ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Qeyd edilən səhvləri başqa qaydada düzəltmək mümkün olmadığından hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iştirak edən ərizəçilər Ərizəçi1 və Nərminə Qasımova iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Digər ərizəçilər Ərizəçi2 və Ərizəçi3 Yevlax Rayon Məhkəməsinə teleqram ilə müraciət edərək, mülki işə onların iştirakları olmadan baxılmasını və iddianın tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçilərin izahatlarını habelə şahidlərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Ərizəçi1 məxsus AA seriyalı, ******* №-li şəxsiyyət vəsiqəsində ərizəçinin soyadı “Quliyeva”, adı “Pərvin”, atasının adı “Nazim”, doğulduğu tarix isə “xx.xx.1994”, göstərilmişdir. Yevlax rayonu, Qaraməmmədli kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, X6 ilə X17 arasında bağlanmış nikah 2012-ci ilin noyabr ayının 01-ci günündə Yevlax rayonu, Qaraməmmədli kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin akt qeydləri kitabında 13 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Quliyev, arvada isə Quliyeva soyadı verilmişdir. Ərizəçi N.Qasımovaya məxsus xx.xx.2016-cı il tarixdə verilmiş AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsində ərizəçinin soyadı “Qasımova”, adı “Nərmin”, atasının adı “Əli”, doğulduğu yer “Yevlax şəhərində”, doğulduğu tarix isə “xx.xx.1991”, qeydiyyatda olduğu ünvan “ünvan 2ti ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, X24 ilə Ərizəçi4 arasında bağlanmış nikah 2011-ci ilin mart ayının 16-cı günündə Bərdə rayonu, Mehdixanlı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin akt qeydləri kitabında 05 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Qasımov, arvada isə Qasımova soyadı verilmişdir. Ərizəçi3 məxsus AA seriyalı, ******* №-li şəxsiyyət vəsiqəsində ərizəçinin soyadı “Ağakişiyeva”, adı “Aysel”, atasının adı “Əli”, doğulduğu tarix isə “xx.xx.1987”, göstərilmişdir. Yevlax rayonu, Qaraməmmədli kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, X7 ilə X44 arasında bağlanmış nikah 2006-cı ilin aprel ayının 17-ci günündə Yevlax rayonu, Qaraməmmədli kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin akt qeydləri kitabında 06 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Ağakişiyev, arvada isə Ağakişiyeva soyadı verilmişdir. Ərizəçi Y.Əfsanəyə məxsus xx.xx.2015-ci il tarixdə verilmiş AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsində ərizəçinin soyadı “Yusifova”, adı “Əfsanə”, atasının adı “Nazim”, doğulduğu yer “Yevlax şəhərində”, doğulduğu tarix isə “xx.xx.1997”, qeydiyyatda olduğu ünvan “ünvan 4lı Bakı “ASAN-xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, X36 ilə X18 arasında bağlanmış nikah 2015-cı ilin may ayının 22-ci günündə 2 saylı Bakı “ASAN-xidmət” mərkəzinin qeydiyyat şöbəsinin akt qeydləri kitabında 1448 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Yusifov, arvada isə Yusifova soyadı verilmişdir. JN-0066 KOD 90108018 №-li “torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, X11, X2, X19, X3, X12, X4, X28, X20, X25 və Ərizəçi4 Əli qızına Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 32 saylı qərarı ilə Yevlax rayonu Qaraməmmədli kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı üçün 9,19 ha torpaq sahəsi verilmişdir. DƏDRX-in 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-0066 №-li torpağın mülkiyyət hüququna dair dövlət aktında hər hansı bir düzəlişin və ya dəyişikliyin edilməsi DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid deyildir. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Qaraməmmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X29 həqiqətən də JN-0066 KOD 90108018 №-li torpağa mülkiyyət hüququna dair Dövlət aktında vətəndaşların adı və soyadları texniki səhv olaraq X23, X10, X35 və Ərizəçi4 Əli qızı kimi yazılmışdır. Vətəndaşların adı və soyadları X17, X21, X44 və Ərizəçi4 kimi yazılmalı idi. Dövlət aktından adları yazılmış digər vətəndaşların X22 istisna olunmaqla soyadları Mehdiyev, Mehdiyeva deyil- Mehtiyev; Mehtiyava kimi yazılmalıdır. Yevlax rayon Qeydiyyat Şöbəsinin 05/09/S/039182-22 №-li, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid xx.xx.2022-ci ilədək daxil edilmiş bütün vətandaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir. xx.xx.1963-cü il təvəllüdlü X30, əri arvadı xx.xx.1967-ci il təvəllüdlü X13, qızı xx.xx.1994-cü il təvəllüdlü Ərizəçi1, qızı xx.xx.1999-cu il təvəllüdlü X45, oğlu xx.xx.2007-ci il təvəllüdlü X14. Yevlax rayon Qeydiyyat Şöbəsinin 05/09/S/039174-22 №-li, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid xx.xx.2022-ci ilədək daxil edilmiş bütün vətandaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir. xx.xx.1966-cı il təvəllüdlü X46, əri arvadı xx.xx.1965-ci il təvəllüdlü X31, qızı xx.xx.1987-ci il təvəllüdlü Ərizəçi3, qızı xx.xx.1991-ci il təvəllüdlü Ərizəçi4. xx.xx.2017-ci il tarixdə verilmiş AZE seriyalı, 16798067 №-li şəxsiyyət vəsiqəsində ərizəçinin soyadı “Mehtiyeva”, adı “Aidə”, atasının adı “Əjdər”, doğulduğu yer “Yevlax rayonu Rüstəmli kəndində”, doğulduğu tarix isə “xx.xx.1965”, qeydiyyatda olduğu ünvan “Yevlax rayonu Qaraməmmədli kəndi” göstərilmişdir. xx.xx.2016-cı il tarixdə verilmiş AZE seriyalı, 16275402 №-li şəxsiyyət vəsiqəsində ərizəçinin soyadı “Mehtiyev”, adı “Əli”, atasının adı “Yusif”, doğulduğu yer “Yevlax rayonu Qaraməmmədli kəndində”, doğulduğu tarix isə “xx.xx.1966”, qeydiyyatda olduğu ünvan “Yevlax rayonu Qaraməmmədli kəndi” göstərilmişdir. xx.xx.2017-ci il tarixdə verilmiş AZE seriyalı, 17302002 №-li şəxsiyyət vəsiqəsində ərizəçinin soyadı “Mehtiyeva”, adı “Rahilə”, atasının adı “Məzlum”, doğulduğu yer “Yevlax rayonu Qaraməmmədli kəndində”, doğulduğu tarix isə “xx.xx.1967”, qeydiyyatda olduğu ünvan “Bakı şəhəri Xətai rayonu, Gen Mehmandarov küçəsi ev 6, mənzil 53” göstərilmişdir. xx.xx.1963-cü il tarixdə verilmiş AZE seriyalı, 14531829 №-li şəxsiyyət vəsiqəsində ərizəçinin soyadı “Mehtiyev”, adı “Nazim”, atasının adı “Yusif ”, doğulduğu yer “Yevlax şəhərində”, doğulduğu tarix isə “xx.xx.1963”, qeydiyyatda olduğu ünvan “ünvan 10ax rayon Qeydiyyat Şöbəsi tərəfindən AZ-İ 035492 №-li xx.xx.2003-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X22 xx.xx.2003-cü il tarixdə vəfat etmişdir; Məhkəmə iclasında şahid qismində ifadə vermiş X46 ifadəsində bildirmişdir ki, ərizəçilər onun qızılarıdır. Ərizəçilərdən birinin soyadı “Ağakişiyeva” və digərinin soyadı “Qasımova” olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X37 ifadəsində bildirmişdir ki, ərizəçilər onun qohumudur. Ərizəçilərdən birinin soyadı “Quliyeva”, adı “Pərvin”, atasının adı “Nazim ”, və digərinin soyadı “Yusifova”, adı “Əfsanə”, atasının adı “Nazim ”, olduğunu bildirmişdir. Qeyd olunanlara əsasən müəyyən edilir ki, ərizəçilərin, JN-0066 KOD 90108018 №li “torpağa mülkiyyət hüququna dair şəhadətnamə”də göstərilmiş “adı” və ata adı ilə doğum haqqında şəhadətnamədə göstərilən “soyadları” düz gəlmir, şəhadətnamədə “Ərizəçi1” əvəzinə “X23” yazılmış, “Ərizəçi2” əvəzinə “X10” yaşılmış, “Ərizəçi3” əvəzinə “X35” yazılmış və “X34” əvəzinə “Ərizəçi4” yazılmışdır. Məhkəmə, mövcud mübahisəninin həlli ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Qeyd olunan prosessual hüquq normalarının tələblərindən çıxış edən məhkəmə hesab edir ki, JN-0066 KOD 90108018 №-li “torpağa mülkiyyət hüququna” dair dövlət aktında göstərilən “X23 ” AA seriyalı, ******* №-li şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi1” ilə eyni şəxsdir, “X10” AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi2” ilə eyni şəxsdir, “X35” AA seriyalı, ******* №-li şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi3” ilə eyni şəxsdir və “Ərizəçi4” AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsində göstərilən “X34” ilə eyni şəxsdir ərizəçilər həmin dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsini tələb etməkdə haqlıdırlar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. JN-0066 KOD 90108018 №-li “torpağa mülkiyyət hüququna” dair dövlət aktında göstərilən “X23” AA seriyalı, ******* №-li şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi1” ilə eyni şəxsdir, “X10” AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi2” ilə eyni şəxsdir, “X35” AA seriyalı, ******* №-li şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi3” ilə eyni şəxsdir və “Ərizəçi4 Əli qızı” AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsində göstərilən “X34” ilə eyni şəxsdir ərizəçilər həmin dövlət aktının onlara məxsus olması faktının müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar