Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2188/2021 16.11.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «borcla əlaqədar pul» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «borcla əlaqədar pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh istehlak etdiyi elektrik enerjisinə görə yaratmış olduğu 866.77 manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun ondan tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır, istehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. Cavabdeh elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Yevlax EŞ-nin “Proqram bazası”nda **********00087 saylı istehlakçı kodu ilə qeydiyyatda olmaqla elektrik enerjisindən yaşadığı evə quraşdırılmış ÜG 6807 tipli, zavod nömrəsi ********** olan elektrik hesablama sayğacı vasitəsi ilə 22 may 2007-ci il tarixdən 21 dekabr 2017-ci il tarixinə kimi, 21 dekabr 2017-ci il tarixindən 30 may 2020-ci il tarixə kimi VİKO-M580 tipli zavod nömrəsi ******* olan elektrik hesablama sayğacı vasitəsi, 30 may 2020-ci il tarixdən hal-hazıra kimi isə PAUD-MP 106 tipli zavod nömrəsi **********9 olan elektrik hesablama sayğacı vasitəsi ilə istifadə edir. Tərəflər arasında “Elektrik enerjisinin alqı-satqısının bir tipli müqaviləsi” bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən “enerjitəchizatı müəssisəsi istehlakçını (məişət abonenti) keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz edir, abonent isə istehlak edilmiş elektrik enerjisinin dəyərini yaşadığı evə quraşdırılmış elektrik hesablama sayğacının göstəricilərinə əsasən ona təqdim edilmiş “Bildiriş-Xəbərdarlığ”a uyğun olaraq ödəyir. Elektrik enerjisinə görə hesablaşma dövrü 1 ay qəbul olunur. Cavabdeh elektrik enerjisindən istifadəyə görə 06 noyabr 2015-ci il tarixinə 3938.75 manat debitor borcu olmuşdur. Həmin tarixdən 03 sentyabr 2021-ci il tarixinə kimi Cavabdeh yaşadığı evə quraşdırılmış elektrik hesablama sayğaclarının enerji sərfiyyatı göstəricilərinə əsasən dəyəri 3047.95 manat təşkil edən 44977 kvt saat miqdarında elektrik enerjisi istehlak etmişdir. 31 dekabr 2016-cı il tarixdə "xxxx" ASC tərəfindən məcburi köçkünlərin elektrik enerjisindən istifadəyə görə yaratmış olduqları debitor borclar birtərəfli qaydada silinmişdir. İddiaçı Cavabdeh həmin tarixə yaratmış olduğu 4311.51 manat məbləğində debitor borcu da onun istehlakçı kodu üzrə hesabından silinmişdir. Buna baxmayaraq Cavabdeh tərəfindən elektrik enerjisi israfla istehlak edildiyindən limitdən (2 nəfə üçün 42 manat) artıq istifadə etdiyinə görə 03 sentyabr 2021ci il tarixinə 866.77 manat məbləğində debitor borc yaratmışdır. İddiaçı bundan əlavə Cavabdeh tərəfindən limitdən (300 kvt) artıq istehlak edilmiş elektrik enerjisinin 690.64 manat təşkil edən dəyəri də nəzərə alınmaqla 3047.95 manat məbləğində elektrik enerjisi istehlak edilmişdir. Beləliklə Cavabdeh tərəfindən bu günə kimi istehlak edilmiş elektrik enerjisinin dəyərindən cəmi 100 manat ödəniş etdiyi üçün onun 03 sentyabr 2021-ci il tarixinə ödənilməli olan 866.77 manat məbləğində debitor borcu vardır. Tərəflərindən Cavabdeh yaşadığı ünvana 22 yanvar 2021-ci il tarixli 98 №-li “Pretenziya” göndərilərək həmin tarixə elektrik enerjisindən istifadəyə görə yaratmış olduğu 853.45 manat məbləğində debitor borcun 7 gün ərzində ödənilməsinin təmin edilməsi, əks təqdirdə “Borcun ödənilməsi” tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Cavabdeh ona ünvanlanmış “Pretenziya”nı şəxsən almasına baxmayaraq borcdan ödəniş etməmişdir. Cavabdeh yaşadığı əraziyə xidmət edən 'nəzarətçi mühəndis tərəfindən sayğac göstəriciləri hər ay mini kompüter vasitəsi ilə oxunaraq istehlak edilmiş elektrik enerjisinin miqdarı, dəyəri və qalıq borc məbləği göstərilən “Bildiriş-xəbərdarlıq” təqdim edilməsinə baxmayaraq o ödəniş etməkdən qəsdən yayınmaqla cavabdeh "xxxx" ASC-yə 866.77 manat məbləğində ziyan vurmuşdur. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında izah etdi ki, Kəlbəcər rayonundan məcburi köçkündür və Yevlax rayonu, Meyvəli kəndində məskunlaşmışdır. Yaşadığı ev işıqla təmin olunur. Onlara hər ay 300 kvt limit verilmişdir. Hazırda onun "xxxx" ASC-yə 866.77 manat borcu yaranıb. Lakin pulu bir dəfəyə ödəməyə imkanı yoxdur. Borcu hissə-hissə ödəyəcəkdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 05 yanvar 2021-ci il tarixli 170854 müqavilənin surətindən məlum olur ki, Yevlax EŞ-nin “Proqram bazası”nda **********00087 saylı istehlakçı kodu abonent Cavabdeh verilmişdir. İş materiallarına əlavə edilmiş **********00087 saylı abunə haqqında məlumatın surətindən məlum olur ki, Cavabdeh Yevlax rayonu Meyvəli kəndində yerləşən evində istifadə olunmuş elektrik enerjisinə görə 866.77 manat borcu vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.2-ci bəndinə əsasən bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq, dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Qaydaların 8.4-cü bəndinə əsasən “Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin Yevlax rayonu Meyvəli kəndində yerləşən fərdi yaşayış evi elektrik enerjisi ilə təmin olunmuşdur, cavabdeh 2016-cı ildən istifadə etdiyi elektrik enerjisinin haqqını ödəməmiş və nəticədə 866.77 manat məbləğində debitor borcu yaranmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 866.77 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 866.77 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-2188/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2188/2021
16.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver